30/06/2026
📌Balakən Dövlət Peşə Təhsili Mərkəzi PHŞ-də 2025–2026-cı tədris ilinin başa çatması münasibətilə Məzun Günü keçirilib.
📌Tədbirdə rəsmi qonaqlar, pedaqoji heyət, valideynlər və məzunlar iştirak ediblər.
📌Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edilmişdir. Daha sonra Azərbaycan Respublikasının ərazi bütövlüyü və müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
📌 Tədbirdə çıxış edən Balakən Dövlət Peşə Təhsil Mərkəzi PHŞ-nin direktoru Azad Dibirov ölkə rəhbərliyinin peşə təhsilinin inkişafına göstərdiyi diqqət və qayğıdan bəhs etmiş, son illərdə peşə təhsilinin maddi-texniki bazasının gücləndirilməsi, yeni təhsil müəssisələrinin tikilməsi və müasir infrastrukturun yaradılması istiqamətində həyata keçirilən mühüm tədbirlər barədə ətraflı məlumat vermişdir.
📌Daha sonra qonaq qismində çıxış edənlər məzunları təbrik edərək onlara gələcək həyatlarında uğurlar arzulamış, peşə təhsilinin əmək bazarında rəqabətqabiliyyətli kadrların hazırlanmasındakı əhəmiyyətindən danışmış, əldə etdikləri bilik və bacarıqları daim inkişaf etdirərək ölkəmizin sosial-iqtisadi inkişafına töhfə verməyə çağırmışlar.
📌Tədbir çərçivəsində məzunların hazırladıqları şeir və rəqs nömrələri təqdim olunmuş, müxtəlif musiqi çıxışları nümayiş etdirilmişdir.
📌Sonda xatirə şəkilləri çəkdirilmiş, məzunlara gələcək təhsil və əmək fəaliyyətlərində uğurlar arzulanmışdır.
📌Əziz məzunlar gününüz mübarək! Yolunuz açıq, gələcəyiniz parlaq olsun!