14/09/2024
Hər kəsə salam.
İnformatika fənni üzrə respublika fənn olimpiadalarına hazırlaşmağa başlamaq istəyən şagirdlərin ən çox qarşılaşdığı çətinliklərdən biri olimpiada barədə məlumatınlarının az olması və olimpiadaya necə hazırlaşmalı olduğunu bilməmələridir. Bunu nəzərə alaraq 21-22 sentyabr tarixlərində sıfırdan informatika fənni olimpiadasına hazırlaşmaq istəyən şagirdlər üçün iki günlük kamp təşkil edəcəm.
Kamp iki gün boyunca online formatda keçiriləcək. Kampın əsas məqsədi şagirdlərə olimpiada barədə detallı məlumat vermək, olimpiadalara hazırlıq üçün faydalı olan resurslarla təmin etmək, və resurslardan səmərəli istifadənin öyrədilməsidir.
Kampda iştirak etmək istəyənlər aşağıdakı link vasitəsilə WhatsApp qrupuna qoşula bilər. Ətraflı məlumat həmin qrupda elan ediləcək.
Keçid linki: