Bərdə rayon Şorəlli kənd A.Süleymanov adına tam orta məktəb

Bərdə rayon  Şorəlli kənd A.Süleymanov adına tam orta məktəb

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Bərdə rayon Şorəlli kənd A.Süleymanov adına tam orta məktəb, School, Şorəlli kənd, Barda.

Photos from Bərdə rayon  Şorəlli kənd A.Süleymanov adına tam orta məktəb's post 26/05/2026

26.05.2026-cı il tarixdə Bərdə rayon Şorəlli kənd A.Süleymanov adına tam orta məktəbin şagirdləri ilə məktəbin psixoloqu A. Nağıyeva tərəfindən “Hüquqlarımızı Tanıyaq” adlı maarifləndirici seminar keçirilib.

Seminarın keçirilməsində məqsəd şagirdlərə uşaq hüquqları haqqında məlumat vermək, onların hüquq və vəzifələrini tanımasına dəstək olmaq, hüquqların qorunmasının vacibliyini aşılamaq və şagirdlərin hüquqi biliklərinin artırılması olub.

Photos from Bərdə rayon  Şorəlli kənd A.Süleymanov adına tam orta məktəb's post 26/05/2026

26.05.2026-cı il tarixdə Bərdə rayon Şorəlli kənd A.Süleymanov adına tam orta məktəbində 28 May – Respublika Günü münasibətilə məktəbimizdə tədbir keçirilmişdir.

Photos from Bərdə rayon  Şorəlli kənd A.Süleymanov adına tam orta məktəb's post 26/05/2026

26.05.2026-cı il tarixdə Bərdə rayon Şorəlli kənd A.Süleymanov adına tam orta məktəbində 28 May – Respublika Günü münasibətilə məktəbimizdə siniflər arasında rəsm müsabiqəsi keçirilmişdir.

Photos from Bərdə rayon  Şorəlli kənd A.Süleymanov adına tam orta məktəb's post 26/05/2026

26.05.2026- cı il tarixdə Bərdə rayon Şorəlli kənd A.Süleymanov adına tam orta məktəbində 28 May – Respublika Günü münasibətilə məktəbimizdə siniflər arasında rəsm müsabiqəsi keçirilmişdir. Şagirdlər hazırladıqları rəsm işlərində vətən sevgisini, dövlət rəmzlərimizi və milli dəyərlərimizi əks etdirmişlər.

Photos from Bərdə rayon  Şorəlli kənd A.Süleymanov adına tam orta məktəb's post 25/05/2026

25.05.2026-cı il tarixdən Bərdə rayon Şorəlli kənd A.Süleymanov adına tam orta məktəb Təhsil müəssisələrində şəffaf idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi, etik davranış kodeksinin tətbiqi və korrupsiya risklərinin preventiv idarə olunması istiqamətində pedaqoji heyətlə maarifləndirici müzakirə təşkil olundu.
@

Photos from Bərdə rayon  Şorəlli kənd A.Süleymanov adına tam orta məktəb's post 22/05/2026

28 May – Müstəqillik Günü münasibətilə şagirdlər üçün maarifləndirici ekskursiya təşkil olundu. Ekskursiyanın məqsədi şagirdlərdə vətənpərvərlik hissinin gücləndirilməsi, tariximizə və milli dəyərlərimizə marağın artırılması olmuşdur. Şagirdlər ekskursiya zamanı tarixi məkanlarla yaxından tanış olaraq maraqlı məlumatlar əldə etdilər. Gün ərzində onların sevinc və marağı tədbirə xüsusi rəng qatdı.

Photos from Bərdə rayon  Şorəlli kənd A.Süleymanov adına tam orta məktəb's post 19/05/2026

Evdə təhsil dərslərimiz davam edir

Photos from Bərdə rayon  Şorəlli kənd A.Süleymanov adına tam orta məktəb's post 19/05/2026

19.05.2026-cı il tarixdə Bərdə rayon Şorəlli kənd A.Süleymanov adına tam orta məktəbində şagirdlərlə “İnsan alverinə yox deyək!” mövzusunda maarifləndirici tədbir keçirilmişdir. Tədbirdə insan alverinin təhlükələri, qorunma yolları və təhlükəli hallarda müraciət ediləcək qurumlar barədə şagirdlərə ətraflı məlumat verilmişdir.
Maarifləndirici tədbir məktəbin psixoloqu A. Nağıyeva tərəfindən təşkil olunmuşdur.

Photos from Bərdə rayon  Şorəlli kənd A.Süleymanov adına tam orta məktəb's post 19/05/2026

19.05.2026-cı il tarixdə Bərdə rayon Şorəlli kənd A.Süleymanov adına tam orta məktəbin Musiqi müəllimi Ruslana Həsənli tərəfindən dahi Azərbaycan bəstəkarı Fikrət Əmirov haqqında şagirdlərə maarifləndirici məlumat verildi. Dərsdə bəstəkarın Azərbaycan musiqi mədəniyyətinə verdiyi töhfələrdən, xüsusilə simfonik muğam janrının yaranmasındakı rolundan bəhs olundu.

Photos from Bərdə rayon  Şorəlli kənd A.Süleymanov adına tam orta məktəb's post 16/05/2026

15.05.2026-cı il tarixdə Bərdə rayon Şorəlli kənd A.Süleymanov adına tam orta məktəbin kimya müəllimi İbadova Mədinə tərəfindən şagirdlər arasında “Əlaçı” yarışı təşkil olunmuşdur. Üç turdan ibarət keçirilən yarışın əsas məqsədi şagirdlərin bilik və bacarıqlarını üzə çıxarmaq, onların sağlam rəqabət ruhunu artırmaq olmuşdur.
Yarışın yekun nəticələrinə əsasən:
🥇 I yer — X sinif şagirdi Nuray İbrahimli
🥈 II yer — X sinif şagirdi Rahilə Səmədova
🥉 III yer — XI sinif şagirdi Əlizadə Yaqut
Qaliblər məktəb rəhbərliyi və müəllim kollektivi tərəfindən təbrik olunaraq onlara gələcək təhsillərində daha böyük uğurlar arzulanmışdır.

Want your school to be the top-listed School/college in Barda?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address

Şorəlli Kənd
Barda