21/05/2026
Kəlbəcər rayonu 105 nömrəli tam orta ümumtəhsil məktəbində "Narkomaniyaya qarşı birgə olaq!” tədbiri keçirilib.
Narkomaniyaya qarşı mübarizə ilə bağlı təbliğat işinin daha da gücləndirilməsi, maarifləndirmə tədbirlərinin sistemli və əlaqəli şəkildə həyata keçirilməsi məqsədilə 21 may 2026-ci il tarixində məktəbimizin direktorunun təşkilatçılığı ilə Narkomaniyaya qarşı birgə olaq!” adlı maarifləndirmə tədbiri keçirilmişdir.
Tədbirdə Məktəbin direktoru Muğan Hüseynov, Məktəbdən kənar və sinifdən xaric işlər üzrə təşkilatçı Mətləb Xudaquluyev , Psixoloq Mübariz Qarayev, Uşaq birliyi rəhbəri Xuraman Hüseynov, müəllimlər və digər qonaqlar iştirak etmişdirlər.
Tədbiri giriş sözü ilə açan Məktəbin direktoru Muğan Hüseynov bildirib ki, narkomaniya ilə mübarizə sağlam cəmiyyətin formalaşması baxımından əsas məqsəd və vəzifələrdəndir. Azərbaycanın dövlət siyasətində başlıca vəzifə olan, sağlam nəslin formalaşması istiqamətində həyata keçirilən tədbirlər sırasında mühüm istiqamət kimi diqqət yetirilən narkomaniya ilə mübarizə kampaniya xarakterli deyil, davamlı siyasətdir. Narkomaniya ilə mübarizə və onun profilaktikası mühüm məsələ olmaqla yanaşı, gənclərin formalaşması, onların sağlam böyüməsində ən vacib amillərdən biridir. Hazırda narkomaniya ilə mübarizə bütün dünyada qlobal çağırışlardan biridir və belə bir şəraitdə maarifləndirmə işlərinə böyük ehtiyac var. Bu gün üzərimizə düşən ən vacib vəzifələrdən biri bu bəlaya qurşanan vətəndaşlarımızı normal həyata qaytarmaqdır. Bu yöndə maarifləndirmə işləri il ərzində istər dövlət orqanları, istərsə də digər qurumlar tərəfindən keçirilir və bundan sonra da davamlı şəkildə aparılacaqdır. M.Hüseynov həmçinin bildirmişdir ki, 44 günlük Vətən müharibəsində Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuz tərəfindən azad olunan Qarabağ torpaqlarının işğal altında olması narkomanlıqla mübarizədə bəzi çətinliklər törətmişdir. Lakin bu gün Qarabağda gedən yenidənqurma və abadlıq işləri bu sahədə də aparılan mübarizəyə mühüm töhfə verməkdədir.
Bu bəlanın qarşısının alınması hər birimizin vətəndaşlıq borcudur,- deyə qeyd edən , Psixoloq Mübariz Qarayev bildirib ki, narkomaniya ilə cəmiyyət olaraq mübarizə aparmalıyıq. Narkomanlıq müasir dövrdə bütün bəşəriyyəti narahat edən ən ciddi sosial bəlalardan biridir. O, vurğulayıb ki, görülən qabaqlayıcı tədbirlərə baxmayaraq, narkomaniyanın miqyasının genişlənməsi dövlətləri daha sərt addımlar atmağa məcbur edir. Narkomanlığa qarşı qətiyyətlə mübarizə aparan ölkələrdən biri də Azərbaycandır. Ölkəmizdə bu istiqamətdə atılan qətiyyətli addımlar nəticəsində son illərdə mühüm uğurlar əldə olunub. Məktəbdən kənar və sinifdən xaric işlər üzrə təşkilatçı Mətləb Xudaquluyev qeyd etdi ki, Azərbaycan da narkotik vasitələr, psixotrop maddələr və prekursorların qanunsuz dövriyyəsinə qarşı mübarizə ciddi şəkildə davam etdirilir.
Çıxış edən digər qonaqlar bildiriblər ki, bugün hər bir dövlət orqanı və qurumu, həmçinin müvafiq təşkilatlar üzərinə düşən vəzifələri tələb edilən səviyyədə yerinə yetirməklə qarşıya qoyulan məqsədlərə tam nail olmağa töhfələr verməyə çalışırlar ki, bu da təbii olaraq müsbət nəticələrini göstərməkdədir.