ADPU-Ümumi Pedaqogika Kafedrası

ADPU-Ümumi Pedaqogika Kafedrası ADPU-nun Tarix və coğrafiya fakültəsinin Ümumi pedaqogika kafedrasının rəsmi facebook hesabıdır.

22/07/2026

22 İyul - Milli Mətbuat Günüdür!

Ümumi pedaqogika kafedrasında 2025-2026 tədris ilinin sonuncu iclası keçirilib08 iyul 2026-cı il tarixində Tarix və coğr...
11/07/2026

Ümumi pedaqogika kafedrasında 2025-2026 tədris ilinin sonuncu iclası keçirilib

08 iyul 2026-cı il tarixində Tarix və coğrafiya fakültəsinin Ümumi pedaqogika kafedrasının 2025-2026-cı ilinin sonuncu iclası keçirilib.
İclasda cari tədris ilinin yekunlarına dair hesabatlar dinlənilib, qarşıdakı tədris ilinə hazırlıq məsələləri, kafedranın tədris, elmi-metodik və təşkilati fəaliyyətinin daha da təkmilləşdirilməsi ilə bağlı mühüm məsələlər müzakirə olunub. Həmçinin kafedranın fəaliyyət istiqamətlərinin səmərəliliyinin artırılması, yeni tədris ilində görüləcək işlər və digər cari məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Müzakirələrin sonunda gündəlikdə duran məsələlər üzrə müvafiq qərarlar qəbul edilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 30.06.2026-cı il tarixli qərarı ilə Zeynall...
10/07/2026

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 30.06.2026-cı il tarixli qərarı ilə Zeynallı Aysel Şahin qızına pedaqogika elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmişdir.
Bu münasibətlə həmkarımızı professor-müəllim heyəti adından təbrik edir, gələcək elmi və pedaqoji fəaliyyətində yeni uğurlar arzulayırıq!🌸🌸🌸

Magistrantların dissertasiya müdafiələri uğurla başa çatdı.07.07.2026-cı il tarixində magistratura səviyyəsində Pedaqogi...
08/07/2026

Magistrantların dissertasiya müdafiələri uğurla başa çatdı.
07.07.2026-cı il tarixində magistratura səviyyəsində Pedaqogika ixtisası “Pedaqogika nəzəriyyəsi və tarixi” və “Sosial pedaqogika” ixtisaslaşmaları üzrə təhsil alan magistrantların dissertasiya işlərinin müdafiəsi başa çatdı.

Müdafiələr zamanı magistrantlar apardıqları elmi tədqiqatların nəticələrini komissiya üzvlərinə təqdim edərək mövzu üzrə əldə etdikləri elmi-nəzəri və praktik nəticələri əsaslandırdılar. Komissiya üzvləri təqdim olunan işlərə dair suallar ünvanlayaraq elmi müzakirələr apardılar və tədqiqatların aktuallığı, metodologiyası, elmi yeniliyi və praktik əhəmiyyətini yüksək qiymətləndirdilər.

Magistrantlarımıza gələcək elmi fəaliyyətlərində və peşəkar karyeralarında uğurlar arzulayır, onları bu mühüm mərhələni uğurla başa vurduqlarına görə təbrik edirik.

Ümumi pedaqogika kafedrasının  “Pedaqogika nəzəriyyəsi və tarixi” ixtisaslaşması üzrə 2025-2026-cı tədris ili üzrə sonun...
04/07/2026

Ümumi pedaqogika kafedrasının “Pedaqogika nəzəriyyəsi və tarixi” ixtisaslaşması üzrə 2025-2026-cı tədris ili üzrə sonuncu tədris ili magistrantlarının magistrlik dissertasiyalarının müdafiəsi başa çatmışdır.Kafedramızın professor-müəllim heyəti adından magistrantlarmızın hər birinə gələcək həyat və elmi-pedaqoji fəaliyyətində uğurlar arzu edirik.🌸🌸🌸

Pedaqoji irsə dəyərli töhfə!Ümumi pedaqogika kafedrasının dosenti, pedaqogika üzrə fəlsəfə doktoru Emilya Hüseynovanın y...
03/07/2026

Pedaqoji irsə dəyərli töhfə!

Ümumi pedaqogika kafedrasının dosenti, pedaqogika üzrə fəlsəfə doktoru Emilya Hüseynovanın yeni nəşr olunan "Sosial Pedaqogika" və "Etnopedaqogika" kitabları pedaqoji ictimaiyyətin ixtiyarına verilib.

Müəllif bu əsərlərdə vətəndaşlıq mövqeyinin formalaşdırılması, ailə-məktəb əməkdaşlığı və milli dəyərlər əsasında təlim-tərbiyə kimi aktual mövzuları özündə birləşdirir.

Beynəlxalq təcrübəyə, pedaqoji irsə və zəngin pedaqoji araşdırmalara əsaslanan bu qaynaqları həmkarlarımıza və tələbələrimizə mütaliə etməyi tövsiyə edirik.

Emilya Hüseynovanı bu uğuru münasibətilə təbrik edir, ona pedaqoji fəaliyyətində daim uğurlar arzulayırıq!

26/06/2026

26 İyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günüdür!

14/06/2026

15 İyun - Milli Qurtuluş Günüdür!

Azərbaycan dövlətçiliyinin dönüş nöqtələrindən olan Milli Qurtuluş Günündə xalqımız Ümummilli Lider Heydər Əliyevin timsalında sabitlik və sarsılmazlığı, tarixi Zəfərə gedən yolu seçdi!

Address

Akademik Həsən Əliyev Küç. 104
Baku

Alerts

Be the first to know and let us send you an email when ADPU-Ümumi Pedaqogika Kafedrası posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share