07/04/2025
150 nəfər gənc “Uğur Bələdçisi” layihəsinin ikinci mərhələsinin məzunu oldular!👏🏼💙
Layihənin ikinci mərhələ təlim modulları uğurla tamamlandı!
Gənclər paralel olaraq 6 qrup formasında 6 Moduldan ibarət təlimlərə cəlb edildilər. Ümumilikdə 108 saatı əhatə edən proqram zamanı iştirakçılar “Karyera Planlaşdırılması”, “Peşəkar İnkişaf Planı”, “4 K Prinsipi”, “Yumşaq Bacarıqlar”, “Düzgün CV formasının hazırlanması”, “Müsahibəyə Hazırlıq” və “Əməli Yazı Nümunələri” mövzularında nəzəri biliklər əldə edərək öyrəndiklərini praktikada tətbiq etdilər.
Sonda isə hər bir iştirakçıya təlim mövzularını əhatə edən yaddaş kitabçaları təqdim edilib.
✨Layihə məzunları zəngin təcrübə və yüksək motivasiya ilə bizdən ayrıldı. Gənclərimizə karyera yolunda uğurlar arzu edirik!💙
Onuda qeyd edək ki, layihə ümumilikdə 200 nəfər gənci əhatə etmişdir.
“Uğur Bələdçisi” layihəsi PASHA Holding LLC maliyyə dəstəyi, Gənclərin İnkişaf və Karyera Mərkəzi tərəfdaşlığı və Azərbaycan Gənclərinin Nailiyyəti - Junior Achievement Azerbaijan - JAA təşkilatçılığı ilə həyata keçirilmişdir.
07/04/2025
Sahibkar yeni müəssisənin yaradılması, cəmiyyətə təklif olunan yeni ideyanın, məhsulun və ya xidmətin işlənib hazırlanması ilə bağlı riski öz üzərinə götürən şəxsdir. Sahibkar, yəni mülkiyyətçi sahibkarlık fəaliyyəti ilə məşğul olmaq üçün sahibkarlık qabiliyyətinə malik olmalıdır.💼📈
04/04/2025
4 aprel 2025-ci il tarixində Azərbaycan Gənclərinin Nailiyyəti İB (JAA) və Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyası (AFBİA) arasında əməkdaşlığa dair qarşılıqlı anlaşma memorandumu imzalanmışdır.
Memorandum çərçivəsində tərəflər kapital bazarları sahəsində məktəblilər və gənclərin maliyyə savadlılığının artırılması istiqamətində birgə fəaliyyət göstərəcək.
03/04/2025
“Uğur Bələdçisi” layihəsi çərçivəsində paralel olaraq 6 qrup ilə təlim modulları uğurla həyata keçirilib!🤩
Gənclər “Təqdimat bacarıqları”, “Düzgün CV formasının hazırlanması”, “Müsahibəyə hazırlıq”, “Rəsmi işgüzar sənədlər” kimi mövzularında önəmli nəzəri məlumatlar əldə ediblər. Layihə iştirakçıları mənimsədikləri məlumatları möhkəmləndirmək və birbaşa praktikada tətbiq etmək üçün qrup işlərinə cəlb ediliblər.
Gənclərimiz əylənərək öyrənir və qrup işləri vasitəsilə hər bir nəzəri məlumatı təcrübədən keçirirlər!👏🏼💙
Qeyd edək ki, layihə PASHA Holding LLC maliyyə dəstəyi, Gənclərin İnkişaf və Karyera Mərkəzi tərəfdaşlığı və Azərbaycan Gənclərinin Nailiyyəti - Junior Achievement Azerbaijan - JAA təşkilatçılığı ilə həyata keçirilib!
30/03/2025
🌙✨ Azərbaycan Gənclərinin Nailiyyəti - Junior Achievement Azerbaijan - JAA ailəsi olaraq Ramazan Bayramınızı ürəkdən təbrik edirik!
Bu müqəddəs bayram bizə birlik, paylaşma və mərhəmət dəyərlərini xatırladır. Ramazan ayı boyunca qazandığımız səbir, dözüm və xeyirxahlıq hisslərinin həyatımızın hər anında bizə bələdçi olmasını arzulayırıq. Bayram süfrələriniz bol ruzi, eviniz sevgi və xoşbəxtliklə dolsun! Uğur, firavanlıq və gözəl günlər sizinlə olsun! 🤲💫
✨ Ramazan Bayramınız Mübarək! ✨
20/03/2025
Novruz bayramı yenilənmə, birlik və ümid rəmzidir. Yazın gəlişi həyatınıza bahar təravəti, yeni imkanlar və uğurlar gətirsin!🤩🍃
Junior Achievement Azerbaijan olaraq arzu edirik ki, bu bayram sizə yeni ideyalar, motivasiya və yüksəliş bəxş etsin. Həyatınızda daim bahar havası, qəlbinizdə isə sevinc və xoşbəxtlik hökm sürsün!
Novruz Bayramınız Mübarək! 🌿🔥
08/03/2025
Gözəlliyin və zərifliyin rəmzi olan, həyatı öz toxunuşları ilə gözəlləşdirən dəyərli xanımlar, bayramınız mübarək!❤️🌹
07/03/2025
8 mart Beynəlxalq Qadınlar günü münasibəti ilə Azərbaycan Gənclərinin Nailiyyəti İB-nin təşkilatçılığıyla 7 Mart tarixində Azərbaycan Maliyyə İqtisad Kollecində “Qadın Gücü: Parlaq Gələcək Sənin Əlində!” adlı seminar uğurla həyata keçirildi.🤩👏🏼
Seminar çərçivəsində kollecin gənc qızları uğurlu karyera qurmaq, effektiv CV hazırlamaq, iş müsahibəsinə düzgün hazırlaşmaq və eyni zamanda sahibkarlığın əsasları, uğurlu sahibkar xüsusiyyətləri, biznesin idarə edilməsi mövzularında vacib biliklər əldə etdilər.
💡Bu tədbir gənc xanımların öz potensiallarını kəşf etmələri və gələcək inkişaf yollarını daha aydın görmələri üçün mühüm bir platforma oldu.
25/02/2025
Bu gün yazın, Novruzun ilk müjdəçilərindən biri olan su çərşənbəsidir!💦💧
Su çərşənbəsi aydınlığın, saflığın göstəricisidir.
Əziz gənclər, ruhunuz su qədər saf və təmiz, həyatınız bahar qədər rəngarəng olsun!