15/10/2025
📚 Bilik Kuboku - 2025 başlayır! 🎉
Əziz tələbələr!
Oktyabr ayından etibarən Universitet Liqası çərçivəsində Xəzər İntellektual Gənclər Klubunun təşkilatçılığı ilə “Nə? Harada? Nə zaman?” oyunu üzrə Bilik Kuboku start götürür! 🧠🏆
Layihədə ölkənin paytaxt və regiondakı 25-dən artıq ali təhsil müəssisəsi iştirak edəcəkdir.
2 seçim turu + Böyük final 🔥
Bu böyük və mötəbər intellektual turnirdə siz peşəkar müəlliflərin hazırladığı maraqlı və düşündürücü suallarla biliklərinizi sınağa çəkmək imkanı əldə edəcəksiniz.
👤 Baş redaktor: Fuad Eminov
🕛 İlk seçim turu: 18 oktyabr 2025-ci il, saat 12:00
Ölkənin ən nüfuzlu liqalarından birində iştirak edib, öz intellekt və bacarıqlarınızı göstərməyə hazırsınızmı?
O zaman qeydiyyatdan keçin və yarışa qoşulun! 🚀
📩 Qeydiyyat və əlavə məlumat üçün səhifənin inboxuna yazın və ya universitetlərinizdə yerləşən intellektual klublara müraciət edə bilərsiniz. ✨
igk
https://www.instagram.com/p/DPddjWpDCXp/?igsh=MWs0enF2cXlzZXpraA==