06/07/2026
Təhsil fakültəsinin fəxri məzunu Gəraylı Nəzrin Yaqub qızı
Gəraylı Nəzrin Yaqub qızı Abşeron rayonu Xırdalan şəhər 1 nömrəli tam orta məktəbini yüksək nailiyyətlərlə bitirib. Məktəbdə təhsil aldığı illərdə akademik göstəriciləri ilə seçilib, 9-cu sinifdə “Virtual Əlaçı” adına layiq görülüb və bu münasibətlə Azərbaycan Respublikasının elm və təhsil naziri ilə onlayn görüşdə iştirak edib.
Orta təhsilini başa vurduqdan sonra Azərbaycan Dillər Universitetinin İbtidai sinif müəllimliyi (tədris ingilis dilində) ixtisasına qəbul olunub. Universitetdə təhsil aldığı müddətdə yüksək akademik göstəricilər nümayiş etdirib, ilk semestrdə 93,2, sonrakı bütün semestrlərdə isə 98-dən yuxarı nəticə əldə edib. Ümumi orta müvəffəqiyyət göstəricisi (GPA) 97,7 olub və Təhsil fakültəsinin ən yüksək akademik nəticə göstərən məzunu kimi Fəxri Məzun adına layiq görülüb.
Peşəkar fəaliyyətinə tələbəlik illərində başlayıb. Nəzrin Gəraylı ilk olaraq Kidsbourg layihəsində müəllim assistenti kimi çalışıb, daha sonra ISOPS şirkətinin Landau Kindergarten Summer School proqramında müəllim assistenti kimi fəaliyyət göstərib və sertifikatla təltif olunub.
Peşəkar inkişaf istiqamətində Cambridge Teaching Knowledge Test (TKT) üzrə Module 1, Module 2 və Module 3 imtahanlarını uğurla başa vurub, hər üç modul üzrə Band 3 nəticəsi əldə edərək beynəlxalq sertifikatlar qazanıb. Eyni zamanda, Arizona State University tərəfindən təqdim olunan TESOL (Teaching English to Speakers of Other Languages) proqramını uğurla tamamlayaraq beynəlxalq sertifikat əldə edib.
Pedaqoji təcrübəsini Landau School-da keçib, təcrübəsini 100 bal nəticə ilə başa vurub və sertifikatla təltif olunub. Təcrübə müddətində nümayiş etdirdiyi yüksək peşəkarlıq, məsuliyyət və pedaqoji bacarıqlarına görə məktəb tərəfindən co-teacher vəzifəsində çalışmağa dəvət alıb.
Yüksək akademik nailiyyətləri, davamlı peşəkar inkişafı və müəllimlik peşəsinə olan məsuliyyətli yanaşma