Bakı şəhər 343 nömrəli tam orta ümumtəhsil məktəbi

Bakı şəhər 343 nömrəli tam orta ümumtəhsil məktəbi Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Bakı şəhər 343 nömrəli tam orta ümumtəhsil məktəbi, Middle School, Bakı şəhəri, Binəqədi rayon, Fatmayi bağları, Baku.

26/08/2026

Zəfər tariximiz – Laçın Şəhəri Günü! 🇦🇿

📢10-cu sinif şagirdləri üçün elektron yerdəyişmə prosesinə başlanılır 📌27 avqust saat 15:00-dan etibarən 2026-2027-ci tə...
26/08/2026

📢10-cu sinif şagirdləri üçün elektron yerdəyişmə prosesinə başlanılır

📌27 avqust saat 15:00-dan etibarən 2026-2027-ci tədris ili üzrə X siniflər üçün şagird yerdəyişməsi prosesinə başlanılacaq.

💻 Şagirdlərin elektron yerdəyişməsi sy.edu.az portalı vasitəsilə həyata keçirilir.

🗓️ Qeyd edək ki, 20 avqust saat 15:00-dan etibarən başlayan 2026–2027-ci tədris ili üzrə 2–9-cu və 11-ci sinif şagirdlərini əhatə edən elektron yerdəyişmə prosesi davam edir.

❗Nəzərinizə çatdırırıq ki, internetə çıxış imkanı olmayan vətəndaşlar yerdəyişmə prosesi ilə bağlı aidiyyəti üzrə Agentliyin və təhsili yerli idarəetmə bölmələrinin çağrı mərkəzlərinə, Agentliyin Vətəndaşlara Xidmət Mərkəzinə, eləcə də ASAN xidmət mərkəzlərinə müraciət edə bilərlər.

Yeni işə qəbul olunmuş müəllimlər üçün Adaptasiya proqramı başlayırAzərbaycan Respublikasının Məktəbəqədər və Ümumi Təhs...
25/08/2026

Yeni işə qəbul olunmuş müəllimlər üçün Adaptasiya proqramı başlayır

Azərbaycan Respublikasının Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının (AGMA) birgə təşkilatçılığı ilə yeni işə qəbul olunmuş müəllimlər üçün Adaptasiya proqramı həyata keçiriləcək.

Proqramın əsas məqsədi müəllimlərin peşəkar fəaliyyətə uğurlu adaptasiyasını dəstəkləmək, məktəb mühitinə uyğunlaşmalarını asanlaşdırmaq, müasir tədris metodları, sinif idarəetməsi və müəllimlik fəaliyyətində vacib olan digər istiqamətlər üzrə bilik və bacarıqlarını inkişaf etdirməkdir.

Adaptasiya proqramı çərçivəsində AGMA-nın rəsmi Facebook səhifəsində canlı vebinarlar təşkil olunacaq. Vebinarlar hər həftənin 1-ci günü saat 16:00-da başlayacaq və iştirakçılara müxtəlif aktual mövzularda praktiki məlumatlar təqdim ediləcək.

Proqram çərçivəsində aşağıdakı mövzularda təlimlər keçiriləcək:

31 avqust 2026 – Müəllimin peşəkar adaptasiyası və məktəb mədəniyyəti
7 sentyabr 2026 – Müasir dərsin planlaşdırılması və effektiv tədris metodları
14 sentyabr 2026 – Sinif idarəetməsi və müsbət öyrənmə mühitinin yaradılması
21 sentyabr 2026 – Qiymətləndirmə, əks-əlaqə və şagird inkişafının izlənməsi
28 sentyabr 2026 – Müəllim üçün süni intellekt və rəqəmsal alətlər
5 oktyabr 2026 – Psixoloji dayanıqlıq və emosional rifah
12 oktyabr 2026 – Praktik müəllimlik laboratoriyası və mentorluq

Proqram yeni işə qəbul olunmuş müəllimlər üçün nəzərdə tutulmaqla yanaşı, peşəkar inkişafını davam etdirmək istəyən digər müəllimlər üçün də faydalı olacaq.

Adaptasiya proqramı iştirakçılara müəllimlik fəaliyyətinin ilk mərhələsində qarşılaşa biləcəkləri çağırışları daha düzgün idarə etmək, tədris prosesini səmərəli təşkil etmək və peşəkar inkişaf istiqamətlərini müəyyənləşdirmək baxımından yeni imkanlar yaradacaq.

Müəllimləri proqram çərçivəsində keçiriləcək canlı vebinarlarda iştirak etməyə dəvət edirik.

🎓 Məktəbdən  universitetlərə. Bakı şəhəri 343 nömrəli tam orta ümumtəhsil məktəbin məzun şagirdləri - abituriyentlərimiz...
24/08/2026

🎓 Məktəbdən universitetlərə.

Bakı şəhəri 343 nömrəli tam orta ümumtəhsil məktəbin məzun şagirdləri - abituriyentlərimiz tələbə adını qazanıb.

Əziz məzunlarımızı, həmçinin bütün tələbə adı qazanan abituriyentləri ürəkdən təbrik edir, onlara tələbəlik həyatında uğurlar arzulayırıq.

İnanırıq ki, bu tələbələr Vətənimizin quruculuğuna, inkişafına və gələcək tərəqqisinə öz dəyərli töhfələrini verəcəklər.

Azərbaycan Respublikasının Təhsil İnstitutu Müəllimlərin işə qəbulu müsabiqəsinin (MİQ) və təhsilverənlərin sertifikatla...
23/08/2026

Azərbaycan Respublikasının Təhsil İnstitutu Müəllimlərin işə qəbulu müsabiqəsinin (MİQ) və təhsilverənlərin sertifikatlaşdırılması prosesinin Azərbaycan və rus bölməsi üzrə müsahibə mövzularını təqdim edir.

Aşağıdakı keçidə daxil olaraq müsahibə mövzuları ilə tanış ola bilərsiniz:

https://arti.edu.az/2026/08/21/miq-v%C9%99-t%C9%99hsilver%C9%99nl%C9%99rin-sertifikatlasdirilmasi-prosesinin-az%C9%99rbaycan-v%C9%99-rus-bolm%C9%99si-uzr%C9%99-musahib%C9%99-movzulari/

📢 Direktor müavinlərinin işə qəbulu üzrə elektron qeydiyyat başlayır🗓️ 24 avqust 2026-cı il saat 15:00-dan etibarən təli...
23/08/2026

📢 Direktor müavinlərinin işə qəbulu üzrə elektron qeydiyyat başlayır

🗓️ 24 avqust 2026-cı il saat 15:00-dan etibarən təlim-tərbiyə işləri üzrə direktor müavini və digər profillər üzrə direktor müavini vəzifəsi vakant olan dövlət ümumi təhsil müəssisələrinə işə qəbulu prosesinin elektron sənəd qəbulu mərhələsinə başlanılacaq. Namizədlər 27 avqust 2026-cı il saat 15:00-dək (miq.edu.az/muavin) linki vasitəsilə elektron qeydiyyatdan keçə bilərlər.

📌 Müsabiqə seçim və müsahibə mərhələlərindən ibarət olacaq. Seçim mərhələsində namizədlərin təqdim etdiyi məlumat və sənədlərin düzgünlüyü yoxlanıldıqdan sonra müsabiqənin müsahibə mərhələsinə buraxılacaqlar. Namizədlər müsahibə mərhələsinə qaydalara uyğun olaraq ardıcıllıq əsasında dəvət ediləcəklər.

❗️ Nəzərinizə çatdırırıq ki, namizədlər müsahibə mərhələsində liderlik və strateji idarəetmə, pedaqoji və tədris, idarəçilik və təşkilatçılıq, ünsiyyət və əlaqə, problemlərin həlli və qərarvermə, rəqəmsal və texnoloji, eləcə də sosial və emosional bacarıqları üzrə qiymətləndiriləcəklər.

📌 Qeyd edək ki, müsabiqədən müvəffəqiyyətlə keçmiş namizədlərlə əmək münasibətləri qanunvericilikdə müəyyən olunmuş qaydada rəsmiləşdiriləcək.

🤝 Müsabiqədə iştirak edəcək bütün namizədlərə uğurlar arzulayırıq!

📢 Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır🗓️ 20 avqust saat 15:00-dan etibarən 2026–2027-ci tədris ili üzr...
17/08/2026

📢 Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır

🗓️ 20 avqust saat 15:00-dan etibarən 2026–2027-ci tədris ili üzrə şagirdlərin elektron yerdəyişməsi prosesi aktivləşdiriləcək. Proses 2–9-cu və 11-ci sinif şagirdlərini əhatə edəcək.

💻 Şagirdlərin elektron yerdəyişməsi sy.edu.az portalı vasitəsilə həyata keçirilir.

📌 Nəzərinizə çatdırırıq ki, internetə çıxış imkanı olmayan vətəndaşlar yerdəyişmə prosesi ilə bağlı aidiyyəti üzrə Agentliyin və təhsili yerli idarəetmə bölmələrinin çağrı mərkəzlərinə, Agentliyin Vətəndaşlara Xidmət Mərkəzinə, eləcə də ASAN xidmət mərkəzlərinə müraciət edə bilərlər.

✔️Yeni tədris ilinə hazırlıq çərçivəsində şagirdlərimiz üçün tövsiyələr
12/08/2026

✔️Yeni tədris ilinə hazırlıq çərçivəsində şagirdlərimiz üçün tövsiyələr

10/08/2026
Bu gün Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür.Dilimiz xalqımızın tarixini, milli kimliyini və mənəvi dəyərlərini...
01/08/2026

Bu gün Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür.

Dilimiz xalqımızın tarixini, milli kimliyini və mənəvi dəyərlərini özündə yaşadan ən böyük sərvətimizdir. Ana dilimizi sevmək, zənginliyini qorumaq və inkişaf etdirmək hər birimizin vətəndaşlıq borcu və mənəvi məsuliyyətidir.

Address

Bakı şəhəri, Binəqədi Rayon, Fatmayi Bağları
Baku

Website

Alerts

Be the first to know and let us send you an email when Bakı şəhər 343 nömrəli tam orta ümumtəhsil məktəbi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category