Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrası

Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrası Bakı Dövlət Universiteti Jurnalistika fakültəsi Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının rəsmi səhifəsi

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin elmi işlər üzrə dekan müavini, Yeni media və kommunikasiya nəzəriy...
10/06/2026

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin elmi işlər üzrə dekan müavini, Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının dosenti Sevinc Əliyeva Türkmənistanda keçirilən beynəlxalq elmi-praktik konfransda iştirak edib.
Konfrans çərçivəsində BDU-nun nümayəndəsi “Azərbaycanda ekoloji jurnalistika: məlumatlandırmadan cəmiyyətin iqlim məsuliyyətinin formalaşdırılmasına doğru” (“Экологическая журналистика в Азербайджане: от информирования кформированию климатической ответственности общества”) mövzusunda məruzə ilə çıxış edib.

BDU və QAİ-nın birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi” mövzusunda I Bey...
05/06/2026

BDU və QAİ-nın birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi” mövzusunda I Beynəlxalq elmi konfransın açılış mərasimində Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının müəllimi Anzulə Cəfərova iştirak edib.

26/05/2026
Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının doktorantı Lalə Paşayevaya 1-2 may 2026-cı il tarixlərində Mingəçev...
19/05/2026

Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının doktorantı Lalə Paşayevaya 1-2 may 2026-cı il tarixlərində Mingəçevir Dövlət Universitetində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev fenomeni: Azərbaycan dövlətçiliyinin siyasi, iqtisadi və humanitar modelinin müəllifi” Respublika elmi konfransında “Süni intellekt dövründə jurnalistin rolu: dəyişən peşə standartları” mövzusunda tezislə iştirak etdiyinə görə təqdim edilib.

15 mayda Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının doktorantı Səbinə İzzətlinin “Problem yönümlü jurnalistika...
15/05/2026

15 mayda Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının doktorantı Səbinə İzzətlinin “Problem yönümlü jurnalistikadan həll yönümlü jurnalistikaya keçid: kontent istehsalında yeni texnologiyaların rolu” mövzusunda elmi seminarı keçirilib.
Seminarda jurnalistikanın problem yönümlü yanaşmadan həll yönümlü yanaşmaya keçidi, informasiya yorğunluğu və media auditoriyasının dəyişən davranışları barədə müzakirələr aparıldı.

BDU-nun Jurnalistika fakültəsində “Tələbə tribunası”nın təqdimatı keçirilibBDU-nun Jurnalistika fakültəsinin III kurs tə...
14/05/2026

BDU-nun Jurnalistika fakültəsində “Tələbə tribunası”nın təqdimatı keçirilib

BDU-nun Jurnalistika fakültəsinin III kurs tələbələri "Xalq qəzeti"ndə "Tələbə tribunası" səhifəsini hazırlayıblar.
Onlar "Media iqtisadiyyatı" seçmə fənni çərçivəsində fənn müəllimi Kənan Novruzovun rəhbərliyi ilə iqtisadi mövzuda materiallar hazırlayıblar.
Fakültədə qəzetin təqdimat mərasimi keçirilib.
Yeni media və Kommunikasiya Nəzəriyyələri kafedrasının müdiri Xatirə Hüseynova bu cür praktik fəaliyyətin tələbələrin yaradıcılıq fəaliyyəti üçün mühüm rol oynadığını qeyd edib.
Kafedranın dosenti Zaur Babayev isə söyləyib ki, tədris ilinin sonuna yaxın belə nümunələr ortaya qoymaq ötən ayların səmərəli keçdiyini göstərir.
K.Novruzov dəstəyə və etimada kafedra müdirinə, fəallıqları üçün tələbələrə təşəkkür edib.
Sonda tələbələr yaradılan şəraitə görə fakültə rəhbərliyinə və kafedra müdirinə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, bundan əvvəl həmin qrup tələbələrinin yaradıcılıq nümunələri “Bütöv Azərbaycan” qəzetində dərc olunmuşdu. Bu cür praktik fəaliyyət fakültədə artıq ənənəyə çevrilib.

15 may tarixində Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının doktorantı Səbinə İzzətlinin “Problem yönümlü jurn...
12/05/2026

15 may tarixində Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının doktorantı Səbinə İzzətlinin “Problem yönümlü jurnalistikadan həll yönümlü jurnalistikaya keçid: kontent istehsalında yeni texnologiyaların rolu” mövzusunda elmi seminarı keçiriləcək.

“Sosial medianın ictimai rəyin formalaşmasına təsiri” mövzusunda elmi seminarMayın 12-də Bakı Dövlət Universitetinin (BD...
12/05/2026

“Sosial medianın ictimai rəyin formalaşmasına təsiri” mövzusunda elmi seminar

Mayın 12-də Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının müəllimi Anzulə Cəfərovanın “Sosial medianın ictimai rəyin formalaşmasına təsiri” mövzusunda elmi seminarı keçirilib. Seminarda kafedranın professor-müəllim heyəti iştirak edib.
Kafedra müdiri, dosent Xatirə Hüseynova bildirib ki, Anzulə Cəfərova sosial media platformalarının informasiya axınına, auditoriya davranışına və ictimai fikrin yönləndirilməsinə təsirini ətraflı araşdırıb.
Eyni zamanda, saxta məlumatların yayılması, “filter bubble” və “echo chamber” kimi anlayışların cəmiyyətə təsiri diqqətə çatdırılıb.
İnteraktiv şəkildə keçən elmi seminarda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb və gələcəkdə bu sahədə araşdırmaların genişləndirilməsinin vacibliyi qeyd olunub.

Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının müəllimi Anzulə Cəfərovanın elmi seminarı keçiriləcək.
12/05/2026

Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının müəllimi Anzulə Cəfərovanın elmi seminarı keçiriləcək.

Address

Baku

Website

Alerts

Be the first to know and let us send you an email when Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrası posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share