ADMIU SABAH

ADMIU SABAH

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from ADMIU SABAH, Education, Əbdürrəhim Bəy Haqverdiyev küçəsi, 11, Baku.

Photos from ADMIU SABAH's post 12/12/2025

ADMİU SABAH Qruplarında Türkiyəli mütəxəssislərin iştirakı ilə təlim günləri

SABAH qruplarında təhsil alan tələbələrin bilik və təcrübəsinin artırılması, yaradıcı düşünmə bacarıqlarının formalaşdırılması və peşəkarlıq səviyyəsinin yüksəldilməsi məqsədilə 15–19 dekabr 2025-ci il tarixlərində Türkiyədən dəvət olunmuş mütəxəssislərin iştirakı ilə təlim proqramının keçirilməsi nəzərdə tutulur.

Təlim proqramı SABAH qruplarının Aktyor sənəti, Bədii yaradıcılıq və ekran dramaturgiyası (ssenarist) ixtisasları üzrə təhsil alan II və III təhsil ili tələbələrinin nəzəri və praktiki hazırlığının gücləndirilməsinə yönəlib.

Keçiriləcək təlimlər tələbələrin peşəkar inkişafına, sahə üzrə bilik və bacarıqlarının genişləndirilməsinə, beynəlxalq təcrübənin öyrənilməsinə və yaradıcı potensialının artırılmasına xidmət edəcəkdir.

Təlim proqramının həyata keçirilməsi məqsədilə Süleyman Demirel Universitetinin İncəsənət fakültəsinin Səhnə sənətləri kafedrasının müəllimi Mustafa Kayabaşı və yazar-dramaturq Ruteba Doğan dəvət olunmuşdur.

Photos from ADMIU SABAH's post 23/11/2025

SABAH tamaşa günlərində - Yay Gecəsində Yuxu!

Zəfər bayramının 5 illiyi münasibətilə SABAH qruplarında noyabr ayı tamaşa həftəsidir!

🎭Növbəti tamaşa - Vilyam Şekspir
“Yay Gecəsində yuxu”
IV kurs aktyor sənəti tələbələrinin ifasında oynanılacaq tamaşanın rejissoru Mikayıl Mikayılovdur

📅 Tarix: 25 noyabr saat 15:00
📍Məkan: ADMİU / Böyük Səhnə

Gecənin sehrində sevgi öz qaydalarını yenidən yazacaq. Gəlin, Sehrli aləmə siz də tamaşa edin!❤️‍🔥

Photos from ADMIU SABAH's post 21/11/2025

Tamaşa günlərində “DÖNÜŞ”!

SABAH tamaşa günlərində növbəti tamaşa təqdim olundu. Cəfər Cabbarlının eyniadlı əsəri əsasında hazırlanan “DÖNÜŞ” tamaşası rejissor İradə Gözəlova tərəfindən sənədli komediya janrında qurulmuşdur.
Tamaşa IV kurs Aktyor Sənəti tələbələri tərəfindən uğurla nümayiş olundu.

Tamaşadan görüntüləri təqdim edirik:📸

Photos from ADMIU SABAH's post 17/11/2025

SABAH tamaşa günlərində - DÖNÜŞ!

Zəfər bayramının 5 illiyi münasibətilə SABAH qruplarında noyabr ayı tamaşa həftəsidir!

🎭Növbəti tamaşa - Cəfər Cabbarlı
“DÖNÜŞ”
IV kurs aktyor sənəti tələbələrinin ifasında oynanılacaq tamaşanın rejissoru İradə Gözəlovadır.

📅 Tarix: 20 noyabr saat 15:00
📍Məkan: ADMİU / Kiçik Səhnə

Teatrın gələcəyi ilə keçmişi arasında alovlanan mübarizəni səhnədə bizimlə birlikdə yaşayın!

SABAH Theatre Days – DONUSH!

In honor of the 5th anniversary of the Victory Day, November is Theatre Week at SABAH groups!

🎭 The next production – Jafar Jabbarli’s
“DONUSH”

Staged by 4th-year Acting students, the performance is directed by Irada Gozalova.

📅 Date: November 20, 15:00
📍 Venue: ADMIU / Small Stage

Join us to witness the fiery clash between the future and the past of theatre—live on stage!

12/11/2025

Zəfər Bayramının 5 illiyi münasibətilə SABAH qruplarında noyabr ayı tamaşa həftəsidir!
🎭 Həftənin ilk tamaşası — “90 60 90” Niyə biz?

📅 Tarix: 13 noyabr saat 15:00
📍 Məkan: ADMİU (kiçik səhnə)

Sizi düşünməyə və hiss etməyə çağıran bu səhnə hekayəsinə baxmağa dəvət edirik.

Photos from ADMIU SABAH's post 08/11/2025

🇦🇿 Zəfər Gününə həsr olunmuş tamaşa

🎭 “Sən mənim payımsan”
(Bir ailənin hekayəsi)

Zəfərimizin arxasında dayanan sevgi, güc və səbir — bu tamaşada bir ailənin taleyi üzərindən səhnə dilində canlandı.

✨ Tamaşa 7 noyabr tarixində ADMİU-nun Kiçik səhnəsində təqdim olundu.
Gərgin duyğular, qürur və minnətdarlıq dolu anlar həm səhnədə, həm də zalda yaşandı.

📸 Tamaşadan görüntüləri təqdim edirik —
Zəfərimizin səsi, ailənin hekayəsində səslənir.

05/11/2025

Zəfər Gününə həsr olunmuş tamaşa

“Sən mənim payımsan”
(Bir ailənin hekayəsi)

Bu tamaşa Zəfərimizin arxasında dayanan sevgi, güc və səbirin bir ailənin həyatında necə yaşandığını səhnə dilində təqdim edir.

✍️ Hekayənin müəllifi və quruluşçu rejissor: İradə Gözəlova .gezalova

Baş rollarda:
Nofəl Vəliyev – SABAH Mərkəzinin rəhbəri, əməkdar artist ( )
Leyli Vəliyeva – əməkdar artist ( .leyli )

SABAH qrupları Aktyor sənəti ixtisası IV təhsil ili tələbələri: ( )
Murad Fərzəliyev
Xədicə Bayramova
Heyran Abdullayeva
Məhəmməd Gülmalıyev
Nigar Məmmədli
Atilla İbrahimli
Ərgün Camalzadə
Pünhan Quliyev

🗓 7 noyabr
⏱ Saat: 12:00
📍 ADMİU – Kiçik səhnə

✨ Bu hekayə təkcə bir ailənin deyil — hamımızın Zəfər yaddaşıdır.
Qələbənin izlərini və ürəklərdəki qüruru birlikdə yaşamağa dəvət edirik!

30/10/2025

SABAH-da Tamaşa Günləri Başlayır! 🎭

Zəfər Gününün 5 illiyi münasibətilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin SABAH Mərkəzi tərəfindən tədbir proqramı hazırlanmışdır.

Tədbir proqramının məqsədi Zəfər Bayramı ərəfəsində teatr ruhunu ötürmək, mədəni dəyərlərin paylaşılmasına şərait yaratmaq və gənc aktyorların səhnə təcrübəsini artırmaqdır.

Proqram çərçivəsində SABAH qrupları Aktyor sənəti ixtisası III və IV təhsil ili tələbələrinin hazırladığı tamaşalar ADMİU-da və bölgə teatrlarında nümayiş etdiriləcək.

Proqram çərçivəsində baş tutacaq tamaşaları sizlərə təqdim edirik 👇

🌟 Sizi teatrın canlı nəfəsini, gənc aktyorların enerjisini hiss etməyə dəvət edirik.

26/10/2025

🌟 SABAH-da öyrənmə günləri davam edir! 🌟

“Fərqli Mövzular, Yeni Baxışlar” silsiləsinin növbəti təlimi —
“Kreativ layihələrdə uğur düsturu” 💡

👨🏻‍🏫 Təlimçi: Qasımov Toğrul
(ADMİU – Yaradıcılıq layihələrinin idarə olunması şöbəsinin mütəxəssisi)

🎯 Təlimin məqsədi:
Kreativ ideyanın uğurlu layihəyə çevrilməsi üçün planlama, komanda işi, idarəetmə və təqdimat bacarıqları haqqında praktiki biliklər qazanmaq.

İdeyanı reallığa çevir, uğurunun düsturunu yaz!

21/10/2025

SABAH-da öyrənmə günləri davam edir!

SABAH tələbələri üçün hər III gün keçirilən öyrənmə və inkişaf sessiyaları yeni mövzularla davam edir! ✨

📌 Bu dəfəki təlimimiz – “Kinossenarinin gizli xüsusiyyətləri”

Ssenari yazmaq sadəcə texnika deyil, həm də düşüncəni, duyğunu və baxışı formaya salmaq sənətidir.

Bu təlimdə öyrənəcəyik:
✔️ Ssenari üçün orijinal ideyanın tapılması
✔️ Dram və dramaturgiya anlayışı
✔️ Dram əsərinin üç aktı və onların funksiyası
✔️ Qəhrəman və tamaşaçı arasında emosional əlaqə qurmaq
✔️ Hekayənin strukturunda gərginlik və ritm yaratmaq üsulları

💡 İlhamı gözləmə — Başlamaq sənin qələmindən gəlir!

06/10/2025

SABAH-da öyrənmə günləri başlayır!

SABAH tələbələri üçün oktyabr ayından etibarən hər III gün təlim günlərimiz başlayır! ✨

Bu təşəbbüsün məqsədi yalnız yeni biliklər toplamaq deyil, həm də fərqli mövzulara açılmaq, özünü daha dərindən tanımaq və gələcək inkişaf yoluna işıq salmaqdır.

🔸İlk təlimimiz – “Natamamlıq kompleksi və onun izləri”
Bu mövzu həyatımızda düşündüyümüzdən daha çox rol oynayır.

Bu təlimdə öyrənəcəyik:
✔️ Natamamlıq kompleksinin mahiyyəti və gündəlik həyata təsirləri
✔️ Üstünlük kompleksinin arxasında gizlənən natamamlıq hissi
✔️ Komplekslərin formalaşmasında ailə, cəmiyyət və müqayisənin rolu
✔️ Bastırılmış emosiyaların nəticəsi olaraq daxili gərginlik və psixosomatik hallar
✔️ Sağlam münasibətlər qurmaq üçün emosional yetkinliyin əhəmiyyəti

💡İlk addımı qaçırma! Gəl, özünü tanı, suallarını paylaş və münasibətlərinə yeni baxış gətir!

Photos from ADMIU SABAH's post 19/09/2025

✨ SABAH qruplarının arxasında güclü komanda dayanır! ✨

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində fəaliyyət göstərən SABAH qrupları tələbələrin bilik və yaradıcılıq potensialını üzə çıxarmağı hədəfləyir. Bu yolun arxasında isə öz işinə sadiq, peşəkar komanda dayanır.

🤵🏻Mərkəz rəhbəri – Əməkdar artist Nofəl Vəliyev
- SABAH qruplarının əsas idarəçisi, tədrisin keyfiyyətinə və prosesin ümumi inkişafına nəzarət edən şəxsdir. Onun rəhbərliyi ilə həm müəllimlər, həm də tələbələr üçün stabil və innovativ mühit formalaşdırılır.

👩🏻‍💼Koordinator – Könül Dəmirova
• tələbələrlə müəllim heyəti arasında körpü rolunu oynayan, dərslərin düzgün təşkilini təmin edən və prosesin hər detalına diqqətlə yanaşan əsas əlaqələndiricidir. Koordinator, həmçinin tələbələrin akademik uğurlarına yaxın dəstəkçidir.

👩🏻‍💻Tyutor – Aytac Şahmar
• tələbələrin gündəlik təhsil yolunda müşaviri, onların akademik göstəricilərinə, şəxsi inkişafına və sosial fəaliyyətlərinə daim dəstək göstərən şəxsdir. Tələbələr üçün ən yaxın ünvan və yol yoldaşı məhz tyutordur.

💡 SABAH qruplarının komandası bir amal uğrunda birləşir: təhsili daha keyfiyyətli etmək və gəncləri sabaha hazırlamaq.

Want your school to be the top-listed School/college in Baku?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address


Əbdürrəhim Bəy Haqverdiyev Küçəsi, 11
Baku
AZ 1065