18/05/2026
Gələcəyin proqramçıları: Süni İntellekt və Robot Proqramlaşdırma layihəmizin iştirakçıları, Layihə rəhbərimiz və layihənin eksperti ölkəmizdə ilk dəfə təşkil edilən DayOfAI - Təhsildə Süni İntellekt Konfransında iştirak etdilər !
04/04/2026
Texnologiyanın gələcəyini öyrənən gənclərlə birlikdə maraqlı və ilhamverici təlimlərimiz davam edir. Süni intellekt və robot proqramlaşdırma üzrə yeni biliklər, yeni ideyalar və bol praktika ilə dolu dərslərdən bəzi anları sizinlə paylaşırıq.
05/03/2026
Xəyal et! Düşün! Proqramlaşdır və yarat! Məktəblilər üçün süni intellekt dərslərimiz davam edir!
Link: https://youtu.be/CdnTERyvuKI
̈sabiqəsi ̈nii̇ntellekt
Məktəblilər üçün Süni İntellekt Dərsləri
Sİ əsaslı robotlar ilə tanışlıq
26/02/2026
Gələcəyin proqramçıları burada yetişir !
̈sabiqəsi
19/02/2026
"Gələcəyin proqramçıları: Süni İntellekt və Robot Proqramlaşdırma" Layihəsi üzrə təlimlərimiz davam edir !
05/01/2026
📢 ŞAGİRDLƏR ÜÇÜN QƏBUL ELANI!
“Gələcəyin Proqramçıları: Süni İntellekt və Robot Proqramlaşdırma” layihəsinə şagird qəbulu elan olunur!
Bu layihə süni intellekt və robot proqramlaşdırmaya marağı olan şagirdlər üçün nəzərdə tutulmuş praktik və innovativ təlim proqramıdır. Layihə çərçivəsində iştirakçılar süni intellekt proqramlaşdırılmasının əsas alqoritmləri ilə tanış olacaq, real problemlərə texnoloji həllər hazırlayacaq və öz nümunə layihələrini ərsəyə gətirəcəklər.
🔹 Layihə müddətində şagirdlər:
Süni intellekt və robot proqramlaşdırmanın əsaslarını öyrənəcək
Alqoritmik və məntiqi düşünmə bacarıqlarını inkişaf etdirəcək
Dizayn düşüncəsi (Design Thinking) yanaşması ilə tanış olacaq
Komanda şəklində işləyərək ideyalarını layihəyə çevirəcək
Öz fərdi və qrup layihələrini hazırlayıb təqdim edəcəklər
📍 Məkan: 189–190 nömrəli məktəb
👩🏫 Layihə rəhbəri: Aynur Hüseynova
🎯 Kimlər müraciət edə bilər? 9-15 yaş arası məktəblilər
📌 Qeyd: Yer sayı məhduddur. Seçilmiş şagirdlər layihədə iştirak hüququ qazanacaqlar.
🚀 Gələcəyin texnologiyalarını bu gündən öyrənmək istəyirsənsə, sən də bizə qoşul!
Qeydiyyat üçün link: https://forms.gle/ey3xfpPvpg6tBVU29
24/12/2025
“Gələcəyin Proqramçıları: Süni İntellekt və Robot Proqramlaşdırma” layihəsinin açılış tədbiri baş tutub.
Layihə çərçivəsində şagirdlər süni intellekt proqramlaşdırılmasının əsas alqoritmləri ilə tanış olacaq, əldə etdikləri biliklər əsasında öz nümunə layihələrini hazırlayacaqlar. Tədris prosesi praktik yönümlü tapşırıqlar, layihə əsaslı öyrənmə və interaktiv fəaliyyətlər üzərində qurulacaq.
Layihələrin hazırlanması zamanı şagirdlər dizayn düşüncəsi (Design Thinking) yanaşması ilə tanış olacaq, problemi müəyyənləşdirmə, ideya yaratma, prototipləşdirmə və test mərhələlərini tətbiq edərək yaradıcı və funksional texnoloji həllər üzərində işləyəcəklər. Bu yanaşma onların tənqidi düşünmə, komanda işi və innovativ yanaşma bacarıqlarının inkişafına töhfə verəcək.
Layihə çərçivəsində keçirilən dərslər şagirdlərin alqoritmik düşüncə, kodlaşdırma bacarıqları və robot proqramlaşdırma sahəsində praktiki təcrübə qazanmasına imkan yaradacaq. Eyni zamanda, süni intellektin real həyatdakı tətbiq sahələri ilə tanışlıq şagirdlərin texnologiyaya marağını daha da artıracaq.
Qeyd edək ki, “Gələcəyin Proqramçıları: Süni İntellekt və Robot Proqramlaşdırma” layihəsi 189–190 nömrəli məktəbdə həyata keçirilir. Layihənin rəhbəri Aynur Hüseynovadır. Layihənin əsas məqsədi şagirdlərin STEAM sahələrinə marağını artırmaq, onları gələcəyin rəqəmsal bacarıqları ilə təmin etmək və innovativ düşünən gənc nəsil formalaşdırmaqdır.