Quality Assurance ADPU

Quality Assurance ADPU Quality Assurance Department at Azerbaijan State Pedagogical University

🌿 Azərbaycan Dövlət Pedaqoji Universiteti  (ADPU) “ UI GreenMetric World University Rankings 2025”də əhəmiyyətli irəlilə...
10/12/2025

🌿 Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) “ UI GreenMetric World University Rankings 2025”də əhəmiyyətli irəliləyiş əldə edib! 🌍

ADPU bu il 4320 bal toplayaraq 1745 universitet arasında 1225-ci, ölkə üzrə isə 19 ali məktəb arasında 14-cü pillədə qərarlaşıb.
📈 Ötən il: 1477 universitet arasında 1388-ci, ölkə üzrə isə 12-ci idi. Bu isə universitetin davamlı inkişaf sahəsində atdığı addımların real nəticəsidir.

ADPU-nun uğuru aşağıdakı istiqamətlərdə aparılan işləri bir daha göstərir:
🌱 Yaşıl infrastruktur
💡 Enerji və su səmərəliliyi
♻️ Tullantıların idarə edilməsi
🌍 Ekoloji maarifləndirmə

Bu yüksəliş ADPU-nun “yaşıl kampus” konsepsiyasını davamlı şəkildə tətbiq etdiyini və dayanıqlı inkişaf strategiyasını uğurla həyata keçirdiyini təsdiqləyir.

Azərbaycan Dövlət Pedaqoji Universiteti bu həftə ali təhsildə keyfiyyətin regional mərkəzlərindən birinə çevrildi! 🌍✨27-...
29/11/2025

Azərbaycan Dövlət Pedaqoji Universiteti bu həftə ali təhsildə keyfiyyətin regional mərkəzlərindən birinə çevrildi! 🌍✨

27-28 noyabr tarixlərində keçirilən “Ali Təhsildə Keyfiyyət üzrə Beynəlxalq Konfransı” (ICQH) və “Beynəlxalq Müəllim Hazırlığı Konfransı” (ITEC) yüzlərlə iştirakçını bir araya gətirərək fikir mübadiləsi, yeni əməkdaşlıqlar və transformativ müzakirələr üçün geniş imkan yaratdı.

ICQH və ITEC konfransları ADPU-da Türkiyənin Ali Təhsilin Keyfiyyəti Şurası (YÖKAK), Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA), Türkiyənin Sakarya və Çankaya universitetlərinin birgə təşkilatçılığı ilə keçirildi.

🤝 Konfrans günlərində ADPU, Türkiyənin Süleyman Dəmirəl və Sakarya universitetlərinin nümayəndə heyətlərini qəbul etdi. Görüşlərin nəticəsi olaraq əməkdaşlığa dair MoU-ların imzalanması gələcək birgə layihələr üçün mühüm zəmin yaratdı.

🔍 Plenar iclasdan sonra panel müzakirə bölmələrində davam edən ICQH 2025 və ITEC konfransı ali təhsildə keyfiyyətə dair çoxşaxəli baxışları bir araya topladı.

Daha ətraflı məlumat üçün:
https://adpu.edu.az/index.php/az/x%C9%99b%C9%99rl%C9%99r/2758-adpu-da-ali-t%C9%99hsild%C9%99-keyfiyy%C9%99t-üzr%C9%99-beyn%C9%99lxalq-konfrans-v%C9%99-beyn%C9%99lxalq-mü%C9%99llim-hazırlığı-konfransının-açılış-m%C9%99rasimi-keçirilib

📌 19–20 noyabr tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetində Rektor yanında Keyfiyyət Təminatı Komissiyası və İşç...
21/11/2025

📌 19–20 noyabr tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetində Rektor yanında Keyfiyyət Təminatı Komissiyası və İşçi Qrupun birgə görüşü keçirilib.
Görüşü Tədris İşləri üzrə prorektor, dos. Eldar Aslanov açaraq, iclasın məqsədindən danışıb. Daha sonra Keyfiyyət Təminatı Şöbəsinin müdiri, dos. Qalib Sharifov davam edən keyfiyyət təşəbbüslərinə dair ümumi məlumat təqdim edib.

Görüşdə aşağıdakı mövzular müzakirə olunub:

✅ ADPU filiallarında akkreditasiya prosesləri
✅ 2025-ci ildə tələbə və məzunlar arasında keçirilmiş sorğuların müqayisəli təhlili
✅ ADPU-nun beynəlxalq reytinqlərdə təmsilçiliyi
✅ Akademik heyətin 2025-ci il performans qiymətləndirməsi üçün təkliflər
✅ Daxili monitorinq sənədləri

📎 Ətraflı məlumat üçün zəhmət olmasa linkə keçid edin.
https://adpu.edu.az/index.php/az/x%C9%99b%C9%99rl%C9%99r/2747-adpu-da-rektor-yan%C4%B1nda-keyfiyy%C9%99tin-t%C9%99minat%C4%B1-komissiyas%C4%B1-v%C9%99-i%CC%87%C5%9F%C3%A7i-qrupun-birg%C9%99-iclas%C4%B1-ke%C3%A7irilib

21/11/2025

ADPU-nun yeni uğuru! 🎉
Azərbaycan Dövlət Pedaqoji Universiteti ilk dəfə olaraq 2025-ci il Times Higher Education Impact Rankings siyahısına daxil olub! 🌍
Bu göstərici universitetimizin beynəlxalq arenada tanınmasının və dayanıqlı inkişaf məqsədlərinə töhfəsinin daha bir sübutudur.

🔗 Ətraflı məlumat üçün:
https://adpu.edu.az/index.php/az/x%C9%99b%C9%99rl%C9%99r/2490-adpu-ilk-d%C9%99f%C9%99-times-higher-education-the-impact-rankings-d%C9%99-yer-al%C4%B1b

21/11/2025
21/11/2025

ADPU-nun növbəti uğuru!

21/11/2025

“ADPU-2030 Strateji İnkişaf Planı”nın işçi variantı müzakirə olunub.

Mayın 13-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Keyfiyyətin təminatı şöbəsi yanında İşçi Qrupun onlayn iclası keçirilib.

Ətraflı: https://bit.ly/4amdgGt

Address

Üzeyir Hacıbəyli, 68, Bakı, Səbail
Baku
AZ1000

Alerts

Be the first to know and let us send you an email when Quality Assurance ADPU posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share