15/04/2026
Bağça və məktəbəqədər müəllimlərin, tərbiyəçilərin və valideynlərin nəzərinə!
Mayın 2-si Bakı Slavyan Universitetində “Təlimdən bacarığa” adlı forum keçiriləcək.
🖊 Spiker ADPU-nun baş müəllimi, təlim-tədris mərkəzinin müdiri, pedaqogika üzrə fəlsəfə doktoru Xalidə Həmidova – “Məktəbəqədər təhsilə innovativ səyahət”
📌 Forumun məqsədi məktəbəqədər təhsil sahəsində beynəlxalq bağça modellərinin, innovativ yanaşmaların və inteqrativ tədris metodlarının müzakirəsi, bu modellərin yerli təhsil sisteminə uyğun tətbiq imkanlarının təqdim edilməsi, uşaqların psixoloji hazırlığı və inkişafında müasir öyrənmə alətlərinin rolunun vurğulanması, eləcə də pedaqoqlar arasında təcrübə mübadiləsinin gücləndirilməsidir.
✅ İştirakçılar “Balabilgə” uşaq bağçasının model dərslərində iştirak edəcəklər. Sonda iştirakçılar sertifikatla təltif ediləcəklər.
❗️Forumda iştirak ödənişlidir.
⏱️ Saat: 09:00–15:00
📩 Ətraflı məlumat əldə etmək üçün rəy bölməsinə “Forum” qeyd edin.
📍 Ünvan: Bakı Slavyan Universiteti
📞 Əlavə məlumat üçün: +994 77 220 44 22