13/06/2026
Bu gün məktəbimizdə məzunlarımız üçün yaddaqalan və qürurverici “Son zəng” tədbiri keçirildi. Məktəb illərinin ən duyğulu anlarından biri olan bu gün sevinc, qürur və kövrək hisslərlə yadda qaldı. Məzunlarımız müəllimlərinin zəhməti, valideynlərinin dəstəyi ilə yeni həyat mərhələsinə qədəm qoydular.🎊
Tədbir Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə, vətənpərvərlik ənənələrinə və Azərbaycançılıq ideologiyasına uyğun şəkildə təşkil olunmuşdur. Çıxışlar və təqdimatlar zamanı Vətənə sevgi, dövlətə sədaqət, milli irsimizə hörmət və gənclərin cəmiyyət qarşısındakı məsuliyyəti xüsusi vurğulanmışdır.✨
Tədbirdə Nərimanv Rayon İcra Hakimiyyətinin nümayəndəsi, şəhid və qazi ailələrinin üzvləri, valideynlər, müəllimlər və məktəb ictimaiyyəti iştirak etmişlər. Qonaqlar məzunlara gələcək həyat yollarında uğurlar arzulamış, onlara Vətənə layiqli vətəndaş olmağı, qazandıqları bilik və bacarıqları ölkəmizin inkişafı naminə istifadə etməyi tövsiyə etmişlər.💫
Tədbir boyunca şagirdlərin təqdim etdikləri musiqi nömrələri, rəqs kompozisiyaları və bədii çıxışlar iştirakçılar tərəfindən böyük maraqla qarşılanmış, tədbirə xüsusi rəng qatmışdır. Milli ruhu, estetik zövqü və yaradıcılığı əks etdirən çıxışlar məzunların məktəb həyatına duyğusal və yaddaqalan vida etməsinə imkan yaratmışdır.🎉
Əziz məzunlar, bu gün çalınan son zəng sizin məktəb həyatınızın sonu deyil, yeni hədəflərə, böyük arzulara və uğurlu gələcəyə açılan qapıdır. Yolunuz daim işıqlı, addımlarınız uğurlu olsun!💕