Psixoloq Aytac Ayaz

Psixoloq Aytac Ayaz

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Psixoloq Aytac Ayaz, Education Website, 165 № li tam orta məktəb, Baku.

Photos from Psixoloq Aytac Ayaz's post 04/04/2026

03.04.2026-cı il tarixində 165 nömrəli tam orta ümumtəhsil məktəbinin psixoloqu Rəhimova Aytac tərəfindən həssas qrupa daxil olan şagirdlərlə 7 həftəlik treninq proqramının 4-cü məşğələsi keçirilmişdir.

Mobile uploads 03/04/2026

Lələtəpədən Şuşaya uzanan şərəf yolu 🇦🇿
Bu gün məktəbimizdə keçirilən tədbir tariximizi hiss etdiyimiz dəyərli anlarla yadda qaldı. Aprel döyüşlərinin ildönümünə həsr olunan görüşdə qəhrəmanlıq salnaməmiz bir daha xatırlandı.
Şəhid pilot mayor Təbriz Musazadənin anası Tovuz xanımın səmimi çıxışı hər kəsə dərin təsir etdi, şagirdlərimiz üçün unudulmaz dərs oldu.
Şagirdlərin hazırladıqları təqdimatlar və çıxışlar Lələtəpədən Şuşaya uzanan zəfər yolunu bir daha canlandırdı.
Bu gün biz tarixini unutmayan, qəhrəmanlarını tanıyan bir nəsil formalaşdırırıq 🇦🇿

02/04/2026

Bəzi uşaqlar gözlərinə baxmır…
Amma bu o demək deyil ki, səni görmürlər.
Bəzi uşaqlar danışmır…
Amma bu o demək deyil ki, hiss etmirlər.
Autizmli uşaqlar da sevgi ilə böyüyür. 💙
📌Autizm fərqlilikdir, xəstəlik deyil.
Hər uşaq öz dünyasını fərqli şəkildə qurur.
Bəziləri sözlərlə, bəziləri baxışlarla, bəziləri isə səssizliklə danışır...
Autizmli uşaqları anlamaq üçün onları dəyişməyə yox,
onların dünyasına daxil olmağa çalışaq. 💙

27/03/2026

27 Mart – Azərbaycanda Elm Günüdür! 📚 🔬

Bu münasibətlə ölkəmizin bütün elm ictimaiyyətini təbrik edir, elm sahəsində əmək və töhfələrinə görə təşəkkür edirik!

20/03/2026

Bayramınız mübarək olsun ❤️

Mobile uploads 20/03/2026

💫

17/03/2026

İlaxır çərşənbəniz mübarək! ✨
Bu əziz gün hər bir evə ruzi-bərəkət, sevinc və xoşbəxtlik gətirsin. Yandırılan tonqallar bütün dərd-qəmləri aparsın, ürəklərimiz ümid və sevgi ilə dolsun. 🔥
Qoy bu çərşənbə həyatınıza yeni başlanğıclar, gözəl arzular və xoş xəbərlər gətirsin. Hər kəsin ocağı daim yansın, süfrəsi bol olsun! 🌾
Bayram ab-havası ruhunuza işıq, qəlbinizə rahatlıq bəxş etsin.
İlaxır çərşənbəniz uğurlu və xeyirli olsun! 🌙✨

Photos from Psixoloq Aytac Ayaz's post 16/03/2026

165 nömrəli tam orta ümumtəhsil məktəbinin psixoloqu Rəhimova Aytac tərəfindən 7-ci sinif şagirdləri ilə psixodiaqnostik iş aparıldı.
Tədbir çərçivəsində:
📌“Mən kiməm?” testi – şagirdlərin özünü dərk etmə səviyyəsini və şəxsiyyət xüsusiyyətlərini müəyyən etmək üçün,
📌Natamam Cümlələr anketi – daxili duyğu və düşüncələrini ifadə etmək bacarıqlarını ölçmək üçün tətbiq edildi.
Tədbirin məqsədi şagirdlərin özünü tanıma bacarıqlarını inkişaf etdirmək, fərdi xüsusiyyətlərini müəyyənləşdirmək və onların psixoloji dəstək planlarını formalaşdırmaq idi.

Photos from Psixoloq Aytac Ayaz's post 16/03/2026

06.03.2026 tarixində 165 nömrəli tam orta ümumtəhsil məktəbinin psixoloqu Rəhimova Aytac tərəfindən 7-ci sinif şagirdləri ilə “Sosial şəbəkələrdən düzgün istifadə qaydaları” mövzusunda maarifləndirici görüş keçirildi. Şagirdlər virtual mühitdə təhlükəsizlik, şəxsi məlumatların qorunması və etik davranış qaydaları haqqında məlumatlandırıldılar.
Tədbir nəticəsində şagirdlər sosial şəbəkələrdə daha məsuliyyətli davranma vərdişləri qazandılar,

Photos from Psixoloq Aytac Ayaz's post 16/03/2026

03.02.2026 - 13.02.2026 tarixində 165 nömrəli tam orta ümumtəhsil məktəbinin psixoloqu Aytac Rəhimova tərəfindən 3-cü sinif şagirdləri ilə psixodiaqnostik iş aparılmışdır.📝📚

Şagirdlərin məntiqi təfəkkürünü, diqqətini və müqayisə etmə bacarıqlarını qiymətləndirmək məqsədilə “Üç söz” metodikası, fərqli olan sözü tapmaq və ümumi olanı müəyyən etmək tapşırıqları tətbiq edildi.

Bu fəaliyyət zamanı şagirdlər sözlər arasında əlaqəni müəyyən etməyə, oxşar və fərqli xüsusiyyətləri ayırd etməyə çalışdılar. Tapşırıqlar onların düşünmə prosesini, analiz və ümumiləşdirmə bacarıqlarını inkişaf etdirməyə kömək etdi.

Psixodiaqnostik fəaliyyət nəticəsində şagirdlərin məntiqi düşünmə səviyyəsi, diqqət xüsusiyyətləri və anlayışlar arasında əlaqə qurma bacarıqları haqqında ilkin məlumatlar əldə edildi.

Bu kimi fəaliyyətlər şagirdlərin intellektual inkişafını izləmək və onların psixoloji xüsusiyyətlərini daha yaxşı anlamaq üçün mühüm əhəmiyyət daşıyır.

✨Uşaqların verdiyi sadə cavablar bəzən onların düşüncə dünyası haqqında çox şey danışır. ✨🧠

Photos from 165 nömrəli tam orta məktəb's post 16/03/2026

4-cü siniflərlə psixodiaqnostik iş aparılmışdır📚📝

Photos from Psixoloq Aytac Ayaz's post 16/03/2026

06.03.2026-cı il tarixində 165 nömrəli tam orta ümumtəhsil məktəbinin psixoloqu Rəhimova Aytac tərəfindən həssas qrupa daxil olan şagirdlərlə 7 həftəlik treninq proqramının 3-cü məşğələsi keçirilmişdir.

Want your school to be the top-listed School/college in Baku?

Click here to claim your Sponsored Listing.

Location

Website

Address

165 № Li Tam Orta Məktəb
Baku

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00