18/04/2026
Qaqauz türkləri və digər oğuzlar
Türk xalqlarının oğuz qrupuna qaqauzlar, türkmənlər, Azərbaycan və Anadolu türkləri aiddir. Onu da qeyd etmək lazımdır ki, oğuz qolu özü də 2 budağa ayrılır. Gəlin bu təsnifat haqqında daha ətraflı danışaq.
Türk tarixində öz sözünü demiş səlcuqlar deyilənə görə vaxtilə Göytürk xaqanlığının tərkibində mövcud olmuş türkmənşəli tayfalardan biri idilər. Hətta Dədə Qorqud dastanında onların adı "səlçik" kimi qeyd olunur. Həmin səlcuqlar IX əsrdə indiki Türkmənistan torpağından Qərbə doğru hərəkət edərək əvvəlcə Qafqazda yerləşdilər və burada vahid Azərbaycan türk xalqının yaranmasında böyük rol oynadılar. Sonra isə Anadoluya doğru irəliləyib oradakı Bizans torpağını işğal edərək Böyük Səlcuq imperiyasını yaratdılar. Bu imperiya çökəndən sonra isə həmin səlcuqlar Osmanlı dövlətini qurdular və indiki Anadolu türklərinin əsasını qoydular. Buradan belə çıxır ki, oğuz qrupuna aid olan 3 türkdilli xalqın, daha dəqiq desək türkmənlərin, Azərbaycan və Anadolu türklərinin əcdadı səlcuqlardır.
Qaqauzlara gəldikdə isə onlar bu qəbildən deyil. Çünki qaqauzların əcdadı VII-VIII əsrlərdə formalaşan, indiki Anadolu və Balkan yarımadalarında yaşamış peçeneqlərdir. Peçeneqlər də oğuzların bir hissəsi idilər. Nəticədə, oğuz qolunu da öz növbəsində 2 budağa ayırmaq olar:
1) oğuz-səlcuq budağı
2) oğuz-peçeneq budağı