Yay mövsümündə arzuladığın sahənin mütəxəssisi ol!
“Mühasibatlıq 1C” üzrə yeni qrupumuz start verdik!
Sıfırdan öyrənmək, real praktika qazanmaq və bu sahəyə peşəkar şəkildə başlamaq istəyənlər üçün əla fürsətdir!
Təlimçi : 35 illik təcrübəyə sahib Elyar Məmmədov
📌 Təlimdən sonra işlə təminatda dəstək göstərilir!
Əgər sən də bu sahədə öz yerini tutmaq istəyirsənsə,
indi başlamağın ən doğru vaxtıdır.
📩 Qeydiyyat üçün tələsin!
Əlaqə: 0505025022
Azeraudit Academy
📣 20 ildir sizinlə!
28/05/2026
108 ildir Azadıq!
108 ildir Hürr yaşayırıq!
28 may Azərbaycanın Müstəqillik günüdür!🇦🇿
Diləyirik ki, Azərbaycan bayrağımız hər zaman ən uca zirvələrdə dalğalansın!
27/05/2026
Qurban Bayramı münasibətilə hər birinizi səmimi qəlbdən təbrik edirik! 🌙✨
Bu müqəddəs bayramın hər evə ruzi-bərəkət, sevinc, sağlamlıq və xoşbəxtlik gətirməsini arzulayırıq. Paylaşmağın, birlik və mərhəmətin simvolu olan bu gözəl günlərin qəlblərinizə nur, ailələrinizə isə huzur gətirməsi diləyi ilə.
Bayramınız mübarək! 🤍
26/05/2026
Məzunumuz Maliyyə Müdiridir!
Kamran Əliyev işlə təmin olundu!
İllər öncə karyerasını futbolçu kimi davam etdirən Kamran, oyun zamanı ayağından aldığı zədə ilə futbol karyerasına son verməli oldu. Onun atası Elyar müəllimin çox yaxın dostu idi. Atasından aldığı tövsiyə əsasında Kamran Elyar müəllimin yanında mühasibatlığı öyrənməyə başladı. Riyazi beyni çox güclü olduğundan heç təsadüf deyil ki, o, bu gün mühasibatlıqla başlayan karyerasının nirvanasını Maliyyə Müdiri olaraq yaşayır! Həyatda bəzən belə təsadüflər baş verir. Necə deyərlər hər şərdə bir xeyir var.
Tələbəmizin uğurlarına çox sevinir və onunla qürur duyuruq!
📣 HR (İnsan Resursları) üzrə yeni qrup üçün qeydiyyat başladı!
15 ildən artıq peşəkar iş təcrübəsinə malik Emin Həsənovun rəhbərliyi ilə keçirilən "HR menecment" təlimi, bu sahədə bilik və praktiki bacarıqlarını inkişaf etdirmək istəyənlər üçün nəzərdə tutulub.
🔺 Təlim müddəti: 3 ay
– 2 ay Əmək Qanunvericiliyi
– 1 ay Kargüzarlıq (praktiki)
ℹ️ Təlim proqramı ilə bağlı ətraflı məlumat almaq üçün şərhlərdə “HR” yazmağınız kifayətdir.
📱 050 502 50 22
📍 Qarabağ küçəsi 30
Bütün tələbələrimizi təbrik edirik!
Onlar ölkənin qabaqcıl şirkətlərində mühasib olaraq çalışırlar artıq!✨✅
Qeyd edək ki, onların hamısı Elyar Məmmədovun tələbələri olublar. 6 aylıq “Mühasibatlıq 1C” təliminə qoşularaq öz bacarıqlarını təkmilləşdiriblər!
Dəyərli məzunlarımız, yolunuz açıq olsun!
11/05/2026
“Praktiki 1C” təlimi məzunlarımızı qarşılayın!
Məzunlarımız artıq proqram üzərində tam professional şəkildə gündəlik mühasibatlıq əməliyyatlar icra etməyi bacarırlar. ✅
Verdiyi bütün əməklərə görə təlimçimiz Həsən Məmmədlilə təşəkkür edirik! 🎯
Hər birinizi təbrik edirik!
09/05/2026
Bu gün Azərbaycan xalqının Ümummilli Lideri, dahi şəxsiyyət, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü tamam olur.
Böyük qürur hissi ilə anırıq!
09/05/2026
9 May faşizm üzərində Qələbə günüdür!
Artıq 81 ildir ki, 9 may - faşizm üzərində Qələbə günü təntənəli şəkildə qeyd olunur. Çünki bu qələbə heç də asan başa gəlməyib. Yüzlərlə, minlərlə həmvətənlərimiz, Azərbaycanın mərd övladları bu Qələbə naminə canlarından-qanlarından keçiblər. Onlar doğma Azərbaycanın hüdudlarından çox-çox uzaqlarda mərdliklə, hünərlə vuruşaraq həm də doğma Azərbaycan torpağını qoruyublar.
Azadlığımızı ilmə-ilmə hörmüşük. Bu azadlıq uğrunda canından keçən şəhidlərimizə Allahdan rəhmət diləyirik!
06/05/2026
Azər Audit Akademiyasında növbəti işlə təminat! ✅
Quluzadə Ağaəli artıq özəl klinikaların birində mühasib olaraq çalışır.
Ağaəli bəyin öz kiçik biznesi var idi və o biznesin maliyyə idarə etməsini öyrənmək üçün mərkəzimizdəki "Mühasibatlıq 1C" təliminə qoşulmuşdu. Bu maraq təlim boyunca getdikcə daha da böyüdü. Bu sahəni dərindən öyrənərək karyerasını bu yöndə davam etdirdi. Təlimi yüksək fərqlənmə ilə bitirən uğurlu məzunumuz Elyar Məmmədovun yönləndirməsi isə işlə təmin olundu!
Onu ürəkdən təbrik edir, karyerasında müvəffəqiyyətlərinin davamını arzulayırıq!
Click here to claim your Sponsored Listing.
Location
Contact the school
Website
Address
Baku
1033