Üzəngi – əsasən at minərkən istifadə olunan metal halqadır. Atın yəhərinin hər iki tərəfində asılır və minən şəxs ayağını onun içinə qoyur.
OTM.az
Onlayn təhsil
19/01/2026
29/12/2025
Özünü sınamağın vaxtı gəldi - İndi başla !💪
📞 050 669 47 47
🌐 www.otm.az
21/12/2025
OTM.AZ – biliklərinizi gəlirə çevirin !
Əlaqə: 050 669 47 47
17/12/2025
📜 Tarixi fakt:
Qədim Çində imperatorluq dövründə dövlət qulluğuna qəbul olmaq üçün imtahan sistemi tətbiq edilirdi. Namizədlər illərlə hazırlaşır, sınaqlardan keçmədən vəzifə ala bilmirdilər.
➡️ Bu sistem tarixdə ilk rəsmi sınaq və qiymətləndirmə mexanizmi hesab olunur.
💡 Bu gün isə həmin ideya onlayn sınaq platformaları vasitəsilə daha sürətli, ədalətli və əlçatan formada davam edir.
16/12/2025
OTM.AZ ilə hər sınaq səni hədəfinə bir addım da yaxınlaşdırır 🎯
13/12/2025
Tomas Edison uşaq yaşlarında məktəbdə çətinlik çəkirdi. Müəllimlərindən biri onun haqqında belə demişdi:
“Bu uşaq düşünə bilmir.”
Anası isə buna inanmadı. Edisonu məktəbdən çıxardı və evdə özü təhsil verməyə başladı. O gündən sonra Edison üçün ən böyük dərs inanmaq oldu.
Gənclik illərində Edison yüzlərlə, minlərlə təcrübə apardı. Demək olar ki, hər cəhd uğursuzluqla nəticələnirdi. İnsanlar ona gülürdü, bəziləri isə vaz keçməsini tövsiyə edirdi.
Bir gün ondan soruşdular:
— “Bu qədər alınmayan sınaqdan sonra niyə dayanmadın?”
Edison sakitcə cavab verdi:
> “Mən uğursuz olmadım. Sadəcə işləməyən min yolu öyrəndim.”
O, bilirdi ki, nəticə dərhal gəlməyə bilər. Amma hər sınaq onu bir addım irəli aparırdı. Nəhayət, həmin inad və davamlılıq dünyanı işıqlandıran ixtiralara çevrildi.
Edisonun həyatı sübut etdi ki, böyük nəticələr istedadla yox, davamlı sınaqla doğulur.
> İşıq bir anda yanmır — sınaqdan keçir.
OTM.AZ ilə biliyini gəlirə çevir ! Sınaq tərtib et, əlavə qazanc əldə et !
10/12/2025
🎓 Diqqət! Şagirdlər, tələbələr və müəllimlər!
Yeni tədris ilində daha təsirli öyrənmək, dərsləri daha maraqlı etmək və nəticələrini yüksəltmək istəyənlər üçün xüsusi hazırladığımız innovativ tədris xidmətləri artıq sizin üçün hazırdır!
📚 Müasir yanaşma, yüksək keyfiyyət və peşəkar dəstək – hər biri bir arada!
Öz inkişafınıza yatırım etmək vaxtıdır. ✨
08/12/2025
Siz olsa idiniz, nə edərdiniz?
Uşaq vaxtı atamla sirkə getmişdik. Bilet satılan kassanın qarşısında uzun bir növbə var idi. Bizdən öndə ata, ana və 6 uşaqdan ibarət bir ailə dayanmışdı. Kasıb olduqları çox bilinirdi. Paltarları köhnə olsa da, çox təmiz idi. Uşaqlar sevincdən atılıb, düşürdülər. Sirkə gələ bildiklərinə görə çox xoşbəxt idilər.
Bir azdan onlara da növbə çatdı. Ata kassaya yaxınlaşdı və biletin qiymətini soruşdu. Kassir ona biletin qiymətini deyəndən sonra kəkələməyə başladı. Dönüb həyat yoldaşının qulağına nələrsə pıçıldadı. Üzündən necə bir p*s vəziyyətə düşdüyü oxunurdu.
Qəfil atam cibindən 20 dollar çıxardı və yerə atdı. Sonra da əyilib yerdən qaldırdı və kişinin çiyninə toxunaraq:
— «Pulunuz yerə düşdü, cənab» dedi. Kişi atama baxdı və gözləri dolaraq: «Təşəkkür edirəm, cənab» dedi.
Onlar bilet alıb içəri girdikdən sonra atam mənim əlimdən yapışaraq növbədən çıxdı. Çünki atamın o kişiyə verdiyi 20 dollardan başqa pulu yox idi.
O gündən sonra atamla fəxr etdim. O iki dəqiqədə izlədiyim anlar mənim həyatımda ən gözəl tamaşa idi. O gün izləyə bilmədiyim sirkdən daha daha gözəl bir tamaşa.
Çarli Çaplin
Click here to claim your Sponsored Listing.
Location
Category
Website
Address
Baku