08/08/2025
📊 Aprel – May aylarında dolu-dolu təlim! 🎯
Excel-dən layihə idarəçiliyinə, yumşaq bacarıqlardan şəxsi inkişafa qədər geniş spektrdə 80 təlim uğurla həyata keçirildi! 🚀
🎯 4 əsas istiqamət
👥 4 fəal qrup
🧠 Onlarla bilik, bacarıq və inkişaf!
Öyrənməyə, öyrətməyə və birlikdə böyüməyə davam edirik! 💼📚
02/07/2025
💡 Uğurlu karyera yalnız texniki biliklərlə deyil, yumşaq bacarıqlarla da qurulur!
Keçirdiyimiz onlayn Yumşaq Bacarıqlar Təlimi iştirakçılara real iş mühitində lazım olan bir çox əsas bacarıqları öyrənmək imkanı yaratdı. Təlim zamanı bu mövzulara toxunuldu:
🔹 Komanda işi və effektiv ünsiyyət
🔹 Liderlik və problem həll etmə bacarığı
🔹 Stresin idarə olunması üsulları
🔹 Fəal dinləmə və empatiya
🔹 Qısa, orta və uzunmüddətli hədəflərin planlanması
🔹 Qərarvermə prosesində PAUSE metodu
🔹 SMART məqsədlərlə işləmək
İştirakçılar öz sahələrində daha effektiv ünsiyyət qurmaq, komanda daxilində əməkdaşlığı gücləndirmək və şəxsiyyətlərarası bacarıqlarını inkişaf etdirmək üçün praktik yanaşmalarla tanış oldular. 🌟
24/06/2025
Karyera hazırlığı və şəxsi inkişaf təlimində iştirakçılar bu mövzularda praktiki biliklər qazandılar:
🔹 Karyera planlaması və düzgün CV hazırlanması
🔹 CV və Resumenin fərqləri
🔹 Şəxsi brendin formalaşdırılması
🔹 Sosial medianın şəxsi brenddə rolu
🔹 LinkedIn platformasının effektiv istifadəsi
Yeni bacarıqlarla gələcək karyera yolunu daha inamla planlaşdırmaq artıq mümkündür! 🚀
Təlim boyu aktiv iştirak edən hər kəsə təşəkkür edirik!
16/06/2025
📉 Peşə Təhsili üzrə Dövlət Agentliyinin dəstəyi ilə "Layihələrin İdarə Edilməsi” mövzusunda təşkil etdiyimiz təlim iştirakçıların layihə planlaması, resursların bölüşdürülməsi və effektiv komanda idarəçiliyi üzrə biliklərini artırdı.
Təlim boyu aktiv iştirak edən hər kəsə təşəkkür edirik!
15/06/2025
15 İyun - Azərbaycan xalqının Milli Qurtuluş Günü 🇦🇿
10/06/2025
📊 Peşə Təhsili üzrə Dövlət Agentliyinin dəstəyi ilə onlayn formatda keçirdiyimiz Excel təlimi iştirakçılara proqramın əsas funksiyalarını öyrənmək, məlumatları daha səmərəli analiz etmək və hesabat hazırlamaq bacarıqlarını inkişaf etdirmək imkanı yaratdı.
Təlimdə aktiv iştiraka görə bütün iştirakçılara təşəkkür edirik!
06/06/2025
Birlik, paylaşma və mərhəmət bayramı – Qurban bayramınız mübarək!
28/05/2025
Yaşasın müstəqil, qüdrətli, suveren Azərbaycan! 🇦🇿
10/05/2025
Bu gün Ümummilli lider Heydər Əliyevin anadan olmasından 102 il ötür.
Dərin hörmət və ehtiramla anırıq!
29/04/2025
🧠 Peşəkar biliklər qədər, düzgün ünsiyyət, liderlik və komandada işləmək bacarıqları da uğurun açarıdır.
📍Baku Design Academy-nin və Proxy Group-un birgə tərəfdaşlığı ilə tələbələri üçün keçirilən “Soft Skills” təlimində şəxsi inkişaf, effektiv ünsiyyət, təqdimat bacarıqları və zamanın idarə olunması kimi mövzular praktiki şəkildə öyrədildi.
💬 Yumşaq bacarıqlar BDU tələbələrinə həm akademik, həm də peşəkar həyatda fərqlənmək üçün lazım olan, kommunikasiya, liderlik, özünü və işini yaxşı ifadə edə bilmək kimi üstünlükləri qazandırdı.
🌟 Təlimdə iştirak edən hər kəsə uğurlar arzulayırıq!
29/04/2025
📌 Müasir dövrdə hər bir uğurlu layihənin arxasında güclü planlama və düzgün idarəetmə dayanır.
Bunun nəticəsində BDA və Proxy Group -un birgə tərəfdaşlığı ilə Bakı Dövlət Universiteti (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK)-nin tələbələrinə PMP təlimində layihələrin mərhələləri, hədəf təyin etmə, vaxt və resursların idarə olunması kimi mövzularda əhatəli məlumatlar verildi.
🤝 Tələbələr yalnız nəzəri biliklərlə deyil, həm də interaktiv tapşırıqlar vasitəsilə praktik bacarıqlar qazanaraq real layihə düşüncə tərzini formalaşdırdılar.
💪 Gələcəyin peşəkar layihə rəhbərlərinə bu yolda uğurlar arzulayırıq!
29/04/2025
📊 Layihə idarəetməsi bugünün və sabahın peşəkarlarının ayrılmaz bacarığıdır.
📍Proxy Group və BDA-nın birgə tərəfdaşlığı ilə ADNSU tələbələri üçün keçirilən PMP təlimində layihələrin effektiv planlaşdırılması, icrası və idarə olunması mövzuları əhatə olundu.
👨💼 Tələbələr real nümunələr üzərindən layihə dövrləri, resursların bölgüsü, risklərin idarə olunması və komanda ilə iş kimi mövzularda praktiki biliklər qazandılar.
🌟 Gələcək layihələrində bütün tələbələrə uğurlu yol arzu edirik!