31/08/2018
Azerbaycan Telebeleri
Butun Telebeler Devetlidi
31/08/2018
12/01/2018
Izlemeye Deyer!
Tarix və Coğrafiya fakultəsi (bufetdə)
-Qaqa o qız kimdi?
+hansı?
-Şimal şərq uzunluğu 45° azimunt bucağı 50 °
cənub şərq uzunluğu saat 3 istiqamətindəki qız
+Hə gördüm tanımıram
Usaqlari sevin qoruyun onlara biraz serbestlik
verin usaqlari milletci irqci boyutmeyin dunyanin
geleceyi usaqlardi onlari qoruyaq..!!!
Hər bir tələbənin abituriyent dövrlərində dərs
oxuduğu zaman "17 riyaziyyat, 20 Azərbaycan
dili, 18 tarix zad yazsam polnu 500ü keçərəm"
dediyi vaxtları olub.
Bezi Universitetlerde derslerin bitmesine 1 hefte qalib!
Bəzi Universitetilərdə bu həftə 4 cü kurslar üçün son həftədi.
09/02/2016
Azərbaycan Kooperasiya Universitetinin 3-cü kurs
tələbəsi Nigar Vahabova dünən gecə öz evində
özünü asaraq intihar edib..
Allah rəhmət eləsin!
15/01/2016
Vezyet Beledi :D
Imtahanlar nece gedir?
Artiq demək olarki bu həftə jurnalarin baglanacqi Payiz(Qiş) semesterinin qurtarmasi...Imtahan sesiyalarinin baslanmasi vaxtidir...
22/12/2015
"Bakı Ali Neft Məktəbinin tələbələrinin səviyyəsi
olduqca yüksəkdir" - Culian Qudvin
Bakı Ali Neft Məktəbi (BANM) Böyük Britaniyanın
Heriot-Vatt Universiteti (HVU) ilə əməkdaşlıq edir.
Bu əməkdaşlıq nəticəsində tələbələrə hər iki ali
təhsil müəssisəsinin diplomları veriləcək. Bunun
üçün əsas şərtlərdən biri BANM-də semestr
imtahanlarının HVU-nun müəllimləri tərəfindən
həyata keçirilməsidir. Hal-hazırda BANM-də iki
ixtisas üzrə - “Neft-qaz mühəndisliyi” və “Kimya
mühəndisliyi” ixtisasları üzrə semestr imtahanları
britaniyalı müəllimlər tərəfindən həyata keçirilir.
Belə ki, BANM-in “Neft-qaz mühəndisliyi” və
“Kimya mühəndisliyi” ixtisasları üzrə
bakalavriatda təhsil alan tələbələri Böyük
Britaniyanın Heriot-Vatt Universitetinin (HVU)
tədris proqramları üzrə təhsil aldıqlarına görə
imtahanlar sözügedən universitetlə paralel olaraq
eyni günlərdə və saat fərqi nəzərə alınaraq eyni
saatda keçirilir. Heriot-Vatt Universitetinin Kimya
mühəndisliyi üzrə tədris qrupunun rəhbəri Culian
Qudvin BANM tələbələrinin bilik səviyyəsi,
imtahanların təşkili və nəzarət, nəticələrin
qiymətləndirilməsində şəffaflıq, eyni zamanda öz
peşəkar fəaliyyəti ilə bağlı suallrımızı
cavablandırdı.
- Cənab Qudvin, Bakı Ali Neft Məktəbində
semestr imtahanları sizin tərəfinizdən nəzarət
olunaraq qiymətləndirilir. İmtahan nəticələrini
necə qiymətləndirirsiniz? Nəticələr
qiymətləndirilərkən hansı meyarlar əsas
götürülür?
- Öncə onu deyim ki, imtahan sualları HVU-nun
mütəxəssisləri tərəfindən tələbələr imtahanlara
girməzdən öncə hazırlanır və nəzərdən keçirilir.
İxtisas proqramları ilə bağlı imtahanlara gəldikdə
isə, suallar həm də kənar mütəxəssis tərəfindən
yoxlanılır. Yəni imtahan suallarının keyfiyyəti
tələbələr bu sualları görməzdən öncə yoxlanılır.
Hər hansı əməkdaşımız sualları tərtib edərkən
tələbənin cavabının müvafiq aspektlərinə uyğun
olaraq qiymətlərin bölgüsü üzrə qiymətləndirmə
şkalası tərtib olunur. Beləliklə, imtahan sualları
yoxlanılarkən sözügedən sualla bağlı
qiymətləndirmə şkalasında nəzərdə tutulmuş
xüsusi məqamlar nəzərə alınır. Daha doğrusu,
artıq yoxlama mərhələsində hansı aspektləri
nəzərə alacağımızı və qiymətləndirməzdən öncə
tələbədən olan gözləntilərimizi konkret olaraq
bilirik. Lakin bir sıra hallarda müəyyən dərəcədə
çevik yanaşma ola bilər, belə ki, bir sıra suallar
açıq tiplidir və tələbələr sözügedən sualı bir və ya
bir neçə üsulla cavablandıra bilərlər.
- BANM tələbələrinin səviyyəsi sizi qane edirmi?
Ən çox nədə səhv edirlər?
- Ümumilikdə, BANM tələbələrinin səviyyəsi
olduqca yüksəkdir. Bunun bizim üçün o qədər də
böyük sürpriz olmadığını düşünürəm, çünki
tələbələrinizin yerli tələbələrin ən yaxşıları
qisminə daxil olduğunu bilirik, məhz bu baxımdan
bu bizim üçün heç də təəccüblü hal deyil.
Zənnimcə, təhsilin ilk illərində sizin tələbələr
HVU-nun Edinburq və digər kampuslarında təhsil
alan tələbələrlə müqayisədə ümumilikdə daha
yaxşı nəticələr göstərirlər. Bununla belə, yuxarı
kurslarda proqram daha da çətinləşdikcə, bu fərq
bir qədər daha az nəzərə çarpacaqdır. Əlbəttə,
göstəriciləri olduqca yüksəkdir və bu tələbələrin
bizim tələbələrimiz sırasında olması bizi olduqca
məmnun edir.
- Nəticələri yoxlayarkən daha çox tələbələrin
cavablarında nəzəriyyəyə, yoxsa məntiqi
təfəkkürə fikir verirsiniz?
- Tələbələr konkret metodları tətbiq etməyi və
eyni zamanda düşünməyi bacarmalıdırlar.
İmtahan sualları bu kimi bacarıqların bir qisminin
müəyyən edilməsi nöqteyi-nəzərindən hazırlanır.
Bir sıra suallarda tələbənin konkret faktlar
haqqında biliyi, digər qisim suallarda isə
problemin həllinə konkret həll üsulunu tətbiq edə
bilmə qabiliyyəti yoxlanılır. Bəzi suallar açıq tipli
olduqlarından tələbələr bu suallara necə
yanaşacaqlarını və problemi necə həll edəcəklərini
düşünməlidirlər. Artıq yuxarıda təsvir etdiyim
qiymətləndirmə şkalasında ballar bir qayda olaraq
tələbənin sualı cavablandırarkən tətbiq etdiyi
prosesin müxtəlif mərhələlərinə uyğun olaraq
verilir. Cavabları yoxlayıb qiymətləndirərkən biz,
həqiqətən də, tələbənin məntiqi təfəkkürünə
diqqət yetiririk. Bizim üçün cavabın düzgünlüyü o
qədər də əhəmiyyətli deyil, nəinki tələbənin
problemin həllinə yanaşma üsulu, çünki bir sıra
hallarda tələbə problemin həlli istiqamətində
düzgün yanaşmanı seçdiyi halda ən son
məqamda riyazi hesablamada elə bir səhv buraxa
bilər ki, bu, sualın faktiki olaraq səhv
cavablandırılması ilə nəticələnə bilər. Yəni, bu
baxımdan biz əslində prosesin özünə diqqət
yetiririk.
- Təhsiliniz və HVU-da işiniz barədə məlumat
verə bilərsinizmi?
- Əslində, təhsilə kimya mühəndisliyi üzrə deyil,
başqa bir sahə üzrə başlamışam. Orta məktəbdə
dəqiq elmlərlə maraqlanırdım, daha sonra kimya
üzrə ali təhsil aldım. Bu, mənim Şeffild
Universitetində ilk dərəcəm oldu. Bundan sonra
PhD təhsili almağa başladım. İlk olaraq
Birmingem Universitetində “Tikinti mühəndisliyi”
fakültəsində təhsil alırdım və doktorantura
dissertasiyamın mövzusu tullantı sularının email
ilə bağlı idi. Tullantı sularının emalı sahəsində
çalışdığım müddətdə biologiya sahəsində
biliklərimi tətbiq etmək imkanım oldu. Lakin eyni
zamanda, proses mühəndisliyi sahəsinə də
marağım yaranmışdı. PhD təhsilimi başa
vurduqdan sonra doktoranturadan sonrakı
təhsilimi almağa qərar verdim və Birmingem
Universitetinin “Tikinti və Kimya mühəndisliyi”
kafedrasının birgə həyata keçirdiyi bir layihəyə
cəlb olundum. Beləliklə, tullantı sularının emalı
sahəsində elmi dərəcə aldım. Daha sonra HVU-da
çalışmağa başladım. O zamanlar universitet
biologiya sahəsində biliklərə malik mütəxəssisləri
işə cəlb edirdi, çünki biotexnologiya sahəsində
fəaliyyətini genişləndirmək və artırmaq niyyətində
idilər. Beləliklə, bu sahədə müəllim olaraq
fəaliyyətə başladım və o zamandan etibarən
kimya mühəndisliyi və faktiki olaraq tədris
sahəsində təcrübəmi inkişaf etdirmiş oldum.
Kimya mühəndisliyi üzrə tədris qrupunun rəhbəri
olaraq hazırkı vəzifə öhdəliklərimə tədris işçiləri
arasında iş bölgüsünün aparılması daxildir. Eyni
zamanda keyfiyyət prosesinə nəzarət, tələbələrin
müraciətləri, tələbələrə gələcək karyera
seçimlərində dəstək və digər məsələlər də mənim
səlahiyyətimdədir.
- Tələbələrimizə nə tövsiyə edərdiniz?
- Düşünürəm ki, tələbələriniz üçün gələcəkdə
çoxsaylı geniş imkanlar mövcuddur. Tədris
proqramımız böyük nüfuza malikdir. Birləşmiş
Krallıqda bu tədris proqramı Kimya Mühəndisləri
İnstitutu tərəfindən akkreditasiyadan keçib, yəni
mühəndislik sahəsində təhsil alan tələbələr üçün
peşəkar kvalifikasiya proqramı hesab edilir.
Əlbəttə, Edinburqda təhsil alan tələbələrimiz
təhsillərini davam etdirəcək və müxtəlif sahələrdə
çalışacaqlar. İnanıram ki, sizin tələbələriniz də
belə edəcəklər. Əgər konkret olaraq neft-qaz
sahəsində çalışmaq niyyətindədirlərsə, əlbəttə ki
neft-qaz və kimya mühəndisləri bu sahədə tələb
olunan kadrlardır. Onlara olduqları kimi olmağı,
təhsillərinə önəm vermələrini, nəyə nail olmaq
istədiklərini anlamalarını və buna lazımi qədər
zaman ayırmalarını tövsiyə edərdim. Tələbələr
təhsillərinə məsuliyyətlə yanaşmalı, daha doğrusu,
dərsdən kənar olduqlarında belə buna müvafiq
zaman ayırmalıdırlar. Məqsədlərini konkret olaraq
müəyyən etməli və ən yaxşı nəticəyə nail ola
bilmək üçün əllərindən gələni etməlidirlər.
Click here to claim your Sponsored Listing.
Location
Category
Website
Address
Baku
12345