Azərbaycan Respublikasının Təhsil İnstitutu

Azərbaycan Respublikasının Təhsil İnstitutu

Share

və maarifləndirmə (konfrans, seminar, dəyirmi masa, müzakirə, təlim kursları və s.) işlərinin aparılması.

Təhsil İnstitutu öz işini aşağıdakı istiqamətlərdə tənzimləyir:

- təhsilin nəzəri və təcrübi məsələləri ilə bağlı, o cümlədən, təhsil siyasəti üzrə prioritetlərin müəyyənləşdirilməsi və strateji planlaşdırma istiqamətləri üzrə tədqiqatların aparılması;
- təhsil müəssisələrində keyfiyyət göstəricilərinin artırılması, o cümlədən, təhsil imkanlarının genişləndirilməsi və təhsilalanlar üçün bərabər i

Photos from Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi's post 25/05/2026

Mayın 25-də elm və təhsil naziri Emin Əmrullayev İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin Qobustan korpusunda olub.

Photos from Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi's post 23/05/2026

Mayın 23-də elm və təhsil naziri Emin Əmrullayev Tacikistan Respublikasının təhsil və elm naziri Rahim Saidzoda ilə görüşüb.

Photos from Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi's post 23/05/2026

Elm və təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti Böyük Britaniyanın Vorvik Universitetində olub.

22/05/2026

Mayın 9-da və 10-da Asiya-Pasifik İnformatika Olimpiadası keçirilib. Onlayn formatda təşkil olunan olimpiadaya şagirdlərimiz Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin kompüter laboratoriyasından qoşulublar.

46 ölkədən 181 məktəblinin qatıldığı müsabiqədə şagirdlərimiz uğurla çıxış ediblər. Bakı Türk Anadolu liseyinin 11-ci sinif şagirdi Əhməd Qənbərli olimpiadanın bürünc mükafatına layiq görülüb.

Qeyd edək ki, informatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq prosesi “Azercell Telekom” MMC-nin dəstəyi ilə həyata keçirilir.

22/05/2026

Dərs zamanı təhlükəsizliyin təmin edilməsinə aid nümunə sualların izahı

22/05/2026

4 və 6-cı sinif monitorinqlərində hansı dəyişikliklər olacaq?

Təhsil İnstitutunun şöbə müdiri Turan Zəkəriyəyeva Təhsil TV-yə müsahibəsində monitorinq yeniliklərinə aydınlıq gətirib.

22/05/2026

Elm və təhsil naziri Emin Əmrullayev Londona səfəri çərçivəsində Quacquarelli Symonds (QS) reytinq agentliyinin təsisçisi və prezidenti Nunzio Kvakvarelli ilə görüş keçirib.

Azərbaycan nümayəndə heyəti QS rəhbərliyi ilə görüşüb

Elm və təhsil naziri Emin Əmrullayev Londona səfəri çərçivəsində Quacquarelli Symonds (QS) reytinq agentliyinin təsisçisi və prezidenti Nunzio Kvakvarelli ilə görüş keçirib.

Görüş zamanı QS reytinqlərində Azərbaycan universitetlərinin mövcud göstəriciləri və gələcək inkişaf perspektivləri müzakirə olunub. Bununla yanaşı, ali təhsil sahəsində qlobal rəqabətliliyin gücləndirilməsi məqsədilə növbəti dövrdə müxtəlif istiqamətlər üzrə həyata keçirilməsi planlaşdırılan layihələr ətrafında fikir mübadiləsi aparılıb.

Tərəflər arasında həmçinin gələn ay Budapeşt şəhərində keçiriləcək Avropa Ali Təhsil Sammiti çərçivəsində Azərbaycan nümayəndə heyətinin iştirakı və universitetlərimizin ölkə pavilyonunda təmsil olunması məsələləri də müzakirə edilib.

22/05/2026

Respublika Fənn Müsabiqələrinin və Lütfi Zadə adına Riyaziyyat-Məntiq Olimpiadasının final mərhələsi mayın 31-də keçiriləcək. Şagirdlər portal.edu.az platformasında şəxsi kabinetlərinə daxil olaraq buraxılış vərəqələrini əldə edə bilərlər.

İmtahan saat 11:00-da başlayacaq və bütün fənlər üzrə 150 dəqiqə davam edəcək. İmtahan binasına kənar əşyaların və köməkçi vasitələrin gətirilməsi qadağandır. Binada mobil telefon və digər şəxsi əşyaların saxlanılması üçün yer ayrılmayacaq. Fizika, kimya və təbiət fənləri üzrə yarışan şagirdlər kalkulyator gətirə bilərlər.

Lütfi Zadə adına Riyaziyyat-Məntiq Olimpiadasında iştirakçılara 25 qapalı tipli sual, Fənn Müsabiqələrində isə açıq və yarımqapalı tipli suallar təqdim olunacaq.

Bütün finalçılara uğurlar arzulayırıq!

Photos from Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi's post 21/05/2026

Elm və təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti Şimali İrlandiyanın Belfast Kraliça Universitetini (Queen’s University Belfast) ziyarət edib.

Photos from Azərbaycan Respublikasının Təhsil İnstitutu's post 21/05/2026

“Zəkaların mübarizəsi” olimpiadasının qalibləri mükafatlandırılıb

Mayın 21-də Heydər Əliyev Fondu və Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə IX-XI sinif şagirdləri arasında “Zəkaların mübarizəsi” olimpiadasının final mərhələsi keçirilib.

Şahmat üzrə finalda 18 komandanı təmsil edən 72 şagird iştirak edib. Nəticələrə əsasən, “Sumqayıt” komandası I yerə, “Gəncə” komandası II yerə, “Xətai” komandası III yerə layiq görülüb. Qeyd edək ki, olimpiadanın elm kateqoriyasında “Abşeron” komandası I yeri, “Salyan” komandası II yeri, “Səbail” komandası isə III yeri tutub. Bu kateqoriyada da 108 nəfərin təmsil etdiyi 18 komanda yarışıb.

Hər iki kateqoriyada qızıl, gümüş və bürünc medalçılar müəyyənləşdirilib. Qaliblərə medallar və qiymətli hədiyyələr təqdim olunub.

Photos from Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi's post 21/05/2026

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi və Təhsil İnstitutu tərəfindən 5 iyun tarixində IV siniflər, 6 iyun tarixində isə VI siniflər olmaqla ölkə üzrə bütün dövlət ümumi təhsil müəssisələrində monitorinq təşkil olunacaq.

Want your school to be the top-listed School/college in Baku?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Address


Afiyəddin Cəlilov Küçəsi 86
Baku

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00