Besiret.az

Besiret.az

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Besiret.az, Religious school, Kerbela, Baku.

Besiret.az saytı ilə əlaqədar olaraq sual, məsləhət və iradlarınızı bu səhifəyə ünvanlaya bilərsiniz...
Səhifə və kanallarımız:
https://instagram.com/besiret.az
https://m.facebook.com/besiretaz
http://T.me/besiretaz

03/06/2026

03/06/2026

🔸️ 4 İyun (18 Zil-hiccə) - Əzəmətli Qədir-xum bayramıdır.

QƏDİR-XUM BAYRAMINIZ MÜBARƏK

03/06/2026

Qədirxum gününün namazı

03/06/2026

🔴 "Mən kimin mövlasıyamsa, Əli (ə) də onun mövlasıdır..."

📍 Peyğəmbərin Qədir-xum xütbəsi

🎥 Xütbəni tam şəkildə dinləmək üçün daxil olun:
https://youtu.be/1Ys3fAKKJ8I

🌐 Besiret.az

02/06/2026

🔹️Qeyd: Qədir-xum bayramı 4 iyuna təsadüf edir.

Photos from Besiret.az's post 02/06/2026

🔸️ Qədirxum günü bu əməlləri yerinə yetirməyin çoxlu savabı vardır.

01/06/2026

🔴 "Əliyə ancaq bədbəxt bir şəxs düşmən olar..."

📍 Peyğəmbərin Qədir-xum xütbəsi

🎥 Xütbəni tam şəkildə dinləmək üçün daxil olun:
https://youtu.be/1Ys3fAKKJ8I

🌐 Besiret.az

01/06/2026

🔸️ İyun ayında olan bəzi əlamətdar günlər

🔵 1 İyun (15 Zil-hiccə) - (Bir rəvayətə əsasən) İmam Hadinin mövlud günüdür (red.).

🔵 4 İyun (18 Zil-hiccə) - Əzəmətli Qədir-xum bayramıdır (hicri 10-cu il).

🔵 5 İyun (19 Zil-hiccə) - Hicrətin 35-ci ilində müsəlmanların, İmam Əmirəl-möminin Əli ibn Əbu Talibə (ə) xəlifə olaraq beyət etdikləri gündür.

🔵 6 İyun (20 Zil-hiccə) - İmam Museyi-Kazimin mövlud günüdür (red).

🔵 8 İyun (22 Zil-hiccə) - Hicrətin 60-cı ilində Meysəm ət-Təmmarın (rizvanullahi əleyh) şəhid olduğu gündür.

🔵 9 İyun (23 Zil-hiccə) - Hicrətin 62-ci ilində Muslim ibn Əqilin (əleyhissəlam) uşaqlarının - Muhəmməd və İbrahimin şəhid olduqları gündür.

🔵 10 İyun (24 Zil-hiccə) - Hicrətin 10-cu ilində Muhəmməd Peyğəmbərin (s) öz Əhli-beyti (əleyhimussəlam) ilə birgə Nəcranlı xristianlarla mübahilə üçün çıxdığı gündür (Mübahilə günü).

🔵 11 İyun (25 Zil-hiccə) - Mədinə şəhərində "Həl əta" (İnsan) surəsinin Əhli-beytin (əleyhimussəlam) şənində nazil olduğu gündür.

🔵 13 İyun (27 Zil-hiccə) - Hicrətin 210-cu ilində İmam Cəfər Sadiqin (əleyhissəlam) Ureyzi ləqəbi ilə tanınmış oğlu Əli ibn Cəfərin vəfat etdiyi gündür.

🔵 14 İyun (28 Zil-hiccə) - Hicrətin 63-cü ilində Hirrə hadisəsinin baş verdiyi gündür. Bu hadisədə Yezid ibn Muaviyənin (lənətullahi əleyh) ordusuna Mədinə şəhəri halal edilmişdi.

⚫️ 17 İyun (1 Muhərrəm) - Hicri tarixin başlandığı gün.

⚫️ Hicrətdən 3 il öncə Peyğəmbərin (sallallahu əleyhi və alih) Şi'bi Əbi Talib dərəsində (müşriklər tərəfindən) muhasirəsinin başlandığı gündür

⚫️ 18 İyun (2 Muhərrəm) - Hicrətin 61-ci ilində İmam Huseynin (əleyhissəlam) Kərbəlaya daxil olduğu gündür.

⚫️ 19 İyun (3 Muhərrəm) - Hicrətin 61-ci ilində Ömər ibn Sədin (lənətullahi əleyh) qoşunu ilə birgə Kərbəlaya daxil olduğu gündür.

⚫️ 25 İyun (9 Muhərrəm) - Tasua günü. Bu gün İmam Huseynin (əleyhissəlam) və əshabının mühasirəyə alındığı gündür. İmam Huseyn (əleyhissəlam) qardaşı Həzrət Əbulfəzl Abbası (əleyhissəlam) Ömər ibn Sədin (lənətullahi əleyh) qoşununa tərəf göndərərək döyüşü bir gün təxirə salmağı istəmişdir. (Red.)

⚫️ 26 İyun (10 Muhərrəm) - Aşura günü. Hicrətin 61-ci ilində Kərbəla qətliamının baş verdiyi və İmam Huseynin (əleyhissəlam) şəhid edildiyi gündür.

⚫️ 28 İyun (12 Muhərrəm) - Hicrətin 61-ci ilində Əhli-beytin (əleyhimussəlam) əsirlərinin Kufəyə daxil olduğu gün.

⚫️ 29 İyun (13 Muhərrəm) - Hicrətin 61-ci ilində (İmam Səccadın (əleyhissəlam) başçılığı ilə) Kərbəla şəhidlərinin cəsədlərinin dəfn olunduğu gün.

🔴 24/06/2026 tarixində, həftənin çərşənbə günü, Bakı vaxtı ilə saat 10:47-də ay əqrəb bürcünə daxil olur.

🔴 26/06/2026 tarixində, həftənin cümə günü, Bakı vaxtı ilə saat 22:43-də ay əqrəb bürcündən çıxır.

📍 İmam Sadiq (əleyhissalam) buyurur: "Hər kim Ay Əqrəb bürcündə olduqda səfər etsə və ya evlənsə, xeyir görməz" (Şeyx Hürr Amili, Vəsailuş-şiə, c. 11, səh. 367).

📌 Qeyd edək ki, qəməri aylar yalnız hilalın (ayın) şəri yolla sübut olması ilə başlayır.

📌 Qeyd: Burada qeyd olunan əlamətdar günlər Ayətullah Seyid Əli Sistaninin Nəcəf ofisinin nəşr etdiyi təqvimə əsaslanır.

🌐 Besiret.az

Want your school to be the top-listed School/college in Baku?

Click here to claim your Sponsored Listing.

Location

Category

Address

Kerbela
Baku