Namaza Gəl

Namaza Gəl

Share

Namaz islamın və dinin dayğıdır

29/05/2026

Cüməniz Mübarək

25/05/2026

Samirra şəhəri. İmam Əliyyən Nəqi və İmam Həsən Əskəri əleyhissəlamın ziyarəti

23/05/2026
20/05/2026

Ərbəin Ziyarəti 650 $ oldu !

Salam Olsun Mühəmməd s.a.a.v.s Ümmətinə

Bakı - Tbilisi - Bakı qatar reysləri açıldığı üçün Ərbəin Ziyarətinə endirim etdik.

Bakı - Tbilisi - Bakı qatarla, Tbilisidən Türkiyəyə, oradan da İran (Əgər müharibə olmasa və İrana giriş olarsa) - Məşhəd və Qum ziyarətləri, eləcə də İraq ziyarətlərinə Avtobusla gediləcək.

Əgər İranda Müharibə olarsa (İnşAllah ki, olmaz) və İrana giriş olmazsa Türkiyədən İraqa Avtobusla keçəcəyik.

Məşhəd 3 gecə otel (Qida daxil)
Nəcəf 3 gecə
Kərbəla 5 gecə

Eləcə də digər ziyarətlər. Qum, Samirrə, Kazimeyn, Səhlə və Kufə Məscidləri, Meysəmmi Təmmar, Müslümün balaları, Əyyub Peyğəmbər v.s

Bakı - Tbilisi - Bakı Qatarla 650 $

Bakı - Tbilisi - Bakı Təyyarə ilə 850 $

Hazırda İrana uçuşlar var, amma hazırkı gedişə görə hər an müharibə ola biləcəyi təhlükəsi də var. Bu səbəbdən də risk edib Bakı - Tehran və ya Bakı - Təbriz reyslərinə bilet almırıq.

İxlas Tur - 051 501 10 30 (Vüsal)

14/05/2026

Salam vermək İslam dininin müstəhəb əməllərindən hesab olunur. Ancaq bəzi hallarda bu əməl müstəhəbliyini əldən verir, məkruh və hətta haram olur.

Salam verməyin məkruh olduğu hallar:

1. Naməhrəm kişinin naməhrəm cavan qadına salam verməsi. İmam Əli (ə) də Peyğəmbər (s) kimi cavan qadınlara salam verməkdən çəkinərmiş.

2. Namaz qılana salam vermək. Bəzi fəqihlərin nəzərinə görə, namaz qılan insana salam vermək məkruhdur. Ancaq bəzi fəqihlər belə hesab etmir.

3. Cənazəni müşayiət edənlərə.

4. Cümə namazına tələsən insana. Çünki onu vacibatını yerinə yetirməkdən saxlamış olarsan.

5. Hamamda olan insana. Bu insana salam vermək onun xoşuna gəlməz, çünki hansı halda olduğundan xəbər tutmağın onun xoşuna gəlməz.

İnsanların elə dəstəsi vardır ki, dinimiz onlara salam verməyi məsləhət görmür. Bu insanlar ibarətdir:

1. Qumarbazlar.

2. Şərabxorlar.

3. Ğina əhli olanlar.

4. Söyüş söyməyə adət edən insanlar.

5. Düşmənlər. (Beytutə/Deyerler)

Çünki salam vermək bir növ məhəbbəti bildirməkdir. Ona görə də o şəxs ki, harama üz tutmuşdur və dinimizin düşmənidir, ona salam vermək heç də bəyənilən əməllərdən hesab olunmur.

29/04/2026

İmam Rza (ə) buyurub:

Hər kim məni evimin və məzarımın uzaq olmasına baxmayaraq, ziyarət edərsə, qiyamət günü üç yerdə onun yanına gedərəm ki, onu həmin günün qorxusundan və çətinliklərindən xilas edim.
Əməl namələri sağdan və soldan yüksəldiyi zaman, sirat körpüsündən keçdiyi zaman, əməllərin ölçüldüyü zaman.

(Vəsailuş-şiə, cild 10, səh 433.)

28/04/2026

Bu axşam İmam Rza əleyhissəlamən mübarək mövlud axşamı, sabah isə mövlud günüdür. Məşhəddə İmamımızı ziyarət edə bilməyənlər Bqyılda İmamın bacısı Xanım Həkimə bibimizi ziyarət edə bilərlər. Allah bizləri hər zaman Əhli Beytlə nəfəs alanlardan, onlara müxalif olmayanlar qərarında sabit etsin!

Want your school to be the top-listed School/college in Baku?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Address

Baku