Azərbaycan dili və ədəbiyyat

Azərbaycan dili və ədəbiyyat

Share

Abituriyent, MİQ,Sertifikasiya

Photos from Abituriyent jurnalı's post 08/08/2025
05/08/2025
31/07/2025

Ali təhsil müəssisələrinə qəbul olmaq üçün ixtisas seçimi bütün ixtisas qrupları üzrə 2025‑ci il avqustun 11-dən 19-dək olan müddətdə aparılacaq.

Müsabiqə iştirakçılarının nəzərinə çatdırırıq ki, “Abituriyent” jurnalının 4 saylı buraxılışı, həmçinin “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli” kitabçaları seçim başlanana qədər nəşr olunacaq.

Photos from Azərbaycan dili və ədəbiyyat's post 03/05/2025
03/03/2025

Dövlət İmtahan Mərkəzi «Abituriyent» jurnalının 1-ci nömrəsini nəşr edib.

Jurnalın bu nömrəsində ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsi üçün I, II, III və IV ixtisas qruplarına daxil olan fənlər üzrə qəbul imtahanı proqramları, ədəbiyyat siyahısı, tapşırıq nümunələri, balların hesablanma qaydası, xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul elanları və digər zəruri materiallar dərc edilib.

Jurnal iki dildə – Azərbaycan və rus dillərində nəşr edilib.

Jurnalları DİM-in əsas inzibati binasından (Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299), həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək mümkündür.

01/03/2025

Dövlət İmtahan Mərkəzi tərəfindən martın 2-də XI sinif şagirdləri üçün buraxılış imtahanı keçiriləcək.

2 mart saat 16:00-da DİM-in “Youtube” kanalı (https://youtube.com/) və “Facebook” səhifəsi vasitəsilə canlı yayım ediləcək və Mərkəzin məsul əməkdaşları, ekspertlər tərəfindən imtahanda istifadə olunmuş qapalı və kodlaşdırıla bilinən açıq tipli test tapşırıqları ilə bağlı geniş izahat veriləcək.

Yayım zamanı imtahanda istifadə olunmuş qapalı və kodlaşdırıla bilən açıq tipli test tapşırıqlarının doğru cavab etalonları da təqdim olunacaq.

Şagirdlər onları maraqlandıran sualları canlı yayım zamanı şərh bölməsinə yaza bilərlər. Test tapşırıqları ilə bağlı müraciət olunarkən bölmə, fənn, variant və tapşırığın nömrəsi dəqiq göstərilməlidir.

21/02/2025

Təhsil İnstitutu təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test mərhələsinin qiymətləndirmə çərçivəsini təqdim edir.

Müvafiq keçidə daxil olmaqla qiymətləndirmə çərçivəsi ilə tanış ola bilərsiniz: https://shorturl.at/limfw

21/02/2025

Ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı əri­zələrin qəbulu iki mərhələdə (yalnız V ixtisas qrupu üzrə müsabiqədə iştirak etmək istəyən abituriyentlər üçün bir mərhələdə) olmaqla internet vasitəsilə aparılır.

Ərizə qəbulunun 1-ci mərhələsi (bütün abituriyentlər üçün)

Ərizə qəbulunun birinci mərhələsi 2025-ci il fevralın 20-dən martın 5‑dək həyata keçirilir. Bu mərhələdə ali təhsil və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində iştirak etmək istəyən bütün abituriyentlər (cari və əvvəlki illərin məzunu olmasından asılı olmayaraq) Dövlət İmtahan Mərkəzinin internet saytının ekabinet.dim.gov.az səhifə­sin­də “Şəxsi kabinet” yaratdıqdan sonra (şəxsi kabineti olmayanlar), onun istifadəçi adı və parolundan istifadə etmək­lə DİM-in mü­va­fiq internet səhifəsinə daxil olub, “Abituriyentin elektron ərizəsi” formasını doldurur və təsdiq edirlər (etdirirlər).

Qeyd 1: Orta ümumtəhsil müəssisələrinin XI sinfini cari ildə bitirən və buraxılış imtahanında verdikləri xarici dildən fərqli bir xarici dil üzrə imtahan vermək istəyən, həmçinin ali təhsil müəssisələrinə qəbul imtahanını orta məktəbdə təhsil aldığı dildən fərqli dil üzrə vermək istəyən cari ilin məzunları da martın 5-dək ərizələrinə daxil olub müvafiq seçimlərini etməli və 6 aprel tarixində keçiriləcək əlavə imtahanda iştirak etməlidirlər. Bundan əlavə, Azərbaycan və rus dilləri istisna olmaqla tədris digər dillərdə aparılan məktəblərdə təhsil alan və ali təhsil müəssisələrinə qəbul imtahanında iştirak etmək istəyən cari ilin məzunları da martın 5-dək ərizələrinə daxil olub müvafiq seçimlərini etməli və 6 aprel tarixində keçiriləcək əlavə imtahanda iştirak etməlidirlər.

Qeyd 2: 2024-cü ildə qəbul imtahanının I mərhələsində (buraxılış imtahanında) iştirak edən abituriyent öz istəyindən asılı olaraq cari ildə keçirilən qəbul imtahanının I mərhələsində iştirak edə və ya etməyə bilər. İştirak etmədiyi halda abituriyentin qəbul imtahanının I mərhələsindəki nəticəsi kimi ötənilki imtahanın nəticəsi əsas götürülür və bu zaman həmin abituriyent üçün ərizənin təsdiqi ödənişsiz olur. Qeyd edək ki, hər iki halda abituriyent müəyyən olunmuş vaxtda elektron ərizəsində müvafiq seçimi etməlidir.

Qeyd 3: V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinin müsabiqəsində iştirak etmək istəyən abituriyentlər (cari və əvvəlki illərin məzunu olmasından asılı olmayaraq) də fevralın 20-dən martın 5-dək qeydiyyatdan keçməlidirlər.

11 illik orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizələrin qəbulu 2025-ci il fevralın 20-dən martın 5-dək internet vasitəsilə aparılır.

Ətraflı məlumat və qeydiyyat üçün https://shorturl.at/jQGZ4 linkinə daxil ola bilərsiniz.

Want your school to be the top-listed School/college in Baku?

Click here to claim your Sponsored Listing.

Location

Website

Address

Baku