17/10/2018
Azərbaycan Respublikası Təhsil Nazirliyi 13 № li İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər-İdman Məktəbinin idmançılarının cüdo üzrə Təhsil Kubokunda iştirakı barədə
Məlumat
Azərbaycan Təhsil Nazirliyi və Azərbaycan Cüdo Federasiyasının dəstəyi və 13 № li İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin təşkilatçılığı ilə 13-14 oktyabr 2018 -ci il tarixlərində “Şağan Olimpiya Kompleksi”ndə yeniyetmələr arasınd cüdo üzrə beynəlxalq Təhsil Kuboku keçirilmişdir. İki gün davam edən yarışda 12 ölkə: Azərbaycan, Türkiyə, Gürcüstan – 3 komanda, Rusiya – 2 komanda, Ukrayna – 3 komanda, Özbəkistan, Çexiya, İran, İsveç, Qazaxıstan, Polşa, İsrail komandaları iştirak etmişdir. Yarışın ilk günü 2002-2004 -cü il təvvəllüdlü yeniyetmələr arasında 9 çəki dərəcəsində, ikinci günü isə 2005-2007 -ci il təvəllüdlü cüdoçular arasında 10 çəki dərəcəsində, ümumilikdə 1046 idmançı mübarizə aparmışdır. Yarışın ilk günü təntənəli açılış mərasimi keçirilmişdir. Ümumilikdə idman məktəbinin 130 cüdoçusu bu yarışda öz gücünü sınamış, cüdoçularımız turnirdə 5 qızıl, 3 bürünc medala sahib olmuşlar.
Yarış bitdikdən sonra yeniyetmə cüdoçular öz ustalıqlarını artırmaq məqsədilə 3 günlük təlim-məşq toplanışına qatılmışlar.
1. Nurulu Toğrub 2005-2007-ci illər -42 kq I yer (Məşqçi-müəllim: Yusifov Anar)
2. Bayramov Turan 2002-2004-ci illər -60 kq I yer (Məşqçi-müəllim: Xudiyev Məmməd)
3. Paşayev Məhəmməd 2002-2004-ci illər -73 kq I yer (Məşqçi-müəllim: Xudiyev Məmməd)
4. Nağıyev Nicat 2005-2007-ci illər -55 kq I yer (Məşqçi-müəllim: Xudiyev Məmməd)
5. Əliyev Süleyman 2005-2007-ci illər - 60kq I yer (Məşqçi-müəllim: Allahverdiyev Mehman)
6. Əsədov Ömər 2005-2007-ci illər -50 kq III yer (Məşqçi-müəllim: Yusifov Anar)
7. Rzayev Aydın 2002-2004-ci illər -50 kq III yer (Məşqçi-müəllim: Canəliyev Mehdi)
8. Dilavər Abışov 2002-2004-ci illər -60 kq III yer (Məşqçi-müəllim: Həsənov Rəşad)
9. Qurbanov Riyad 2002-2004-ci illər -60 kq V yer (Məşqçi-müəllim: Yunusov Ruslan)