100 saylı tam orta məktəb

100 saylı tam orta məktəb Bakı şəhəri Namiq Fərəczadə adına 100 saylı tam orta məktəb

Məktəbimizin şagirdi Rafiq Aslanov Sambo idman növü üzrə yeniyetmə oğlanlar arasında keçirilən açıq turnirdə II yerə lay...
18/08/2026

Məktəbimizin şagirdi Rafiq Aslanov Sambo idman növü üzrə yeniyetmə oğlanlar arasında keçirilən açıq turnirdə II yerə layiq görülmüşdür. Rafiqi təbrik edir və yeni nailiyyətlər arzulayırıq.

Məktəbimizin şagirdi Afaq Qasımova 14-cü Hippo Beynəlxalq İngilis dili Olimpiyadasında qızıl medal alaraq 1-ci yerə layi...
13/08/2026

Məktəbimizin şagirdi Afaq Qasımova 14-cü Hippo Beynəlxalq İngilis dili Olimpiyadasında qızıl medal alaraq 1-ci yerə layiq görülmüşdür.

Yeni tədris ilinə nizam-intizam, birlik və məktəb ruhu ilə! Məktəb formamız — vahidliyimizin və məktəb mədəniyyətimizin ...
11/08/2026

Yeni tədris ilinə nizam-intizam, birlik və məktəb ruhu ilə!
Məktəb formamız — vahidliyimizin və məktəb mədəniyyətimizin simvolu.”

Məktəbimizin tarix müəllimi Aslanlı Gülbikə müəllimi sertifikasiya imtahanında yüksək nəticə göstərərək 52 bal toplamışd...
10/08/2026

Məktəbimizin tarix müəllimi Aslanlı Gülbikə müəllimi sertifikasiya imtahanında yüksək nəticə göstərərək 52 bal toplamışdır. Bu uğur onun peşəkarlığının, zəhmətinin və fənninə olan məsuliyyətli yanaşmasının göstəricisidir.
Gülbikə müəllimi bu nailiyyət münasibətilə ürəkdən təbrik edir, ona gələcək fəaliyyətində yeni uğurlar, möhkəm can sağlığı və daha böyük nailiyyətlər arzulayırıq. Uğurlarınız davamlı olsun!

Məryəm Yusifli Hippo Beynəlxalq ingilis dili olimpiadasının  bürünc medal qalibi. Məryəmi təbrik edir, ona gələcəkdə dah...
07/08/2026

Məryəm Yusifli Hippo Beynəlxalq ingilis dili olimpiadasının bürünc medal qalibi. Məryəmi təbrik edir, ona gələcəkdə daha yüksək nəticələr əldə etməsini arzulayırıq.

“BilBacar” layihəsinin nəticələrinə əsasən ən yüksək bal toplayaraq məktəb üzrə I, II və III yerləri tutan şagirdlərimiz...
24/07/2026

“BilBacar” layihəsinin nəticələrinə əsasən ən yüksək bal toplayaraq məktəb üzrə I, II və III yerləri tutan şagirdlərimizlə qürur duyuruq.
“BilBacar” layihəsi şagirdlərin məntiqi təfəkkürünü, problem həll etmə, tənqidi düşünmə və rəqəmsal bacarıqlarını inkişaf etdirməyə yönəlmiş təhsil layihəsidir.
Şagirdlərimizi təbrik edir, onlara gələcək fəaliyyətlərində yeni uğurlar arzulayırıq!
Bu layihənin məktəb üzrə imtahan kooodinatoru Əsmər Səfərovaya isə xüsusi təşəkkürümüzü bildiririk.

Əziz valideynlər!  2019–2020-ci il təvəllüdlü övladınızın ilk məktəb ünvanını seçməyin vaxtıdır!  N. Fərəczadə adına 100...
13/07/2026

Əziz valideynlər!

2019–2020-ci il təvəllüdlü övladınızın ilk məktəb ünvanını seçməyin vaxtıdır!

N. Fərəczadə adına 100 nömrəli tam orta məktəb yeni təmirdən çıxmış, müasir və rahat tədris şəraiti ilə şagirdlərini qarşılamağa hazırdır.

Məktəbimizdə:
🔹 İşıqlı və müasir sinif otaqları;
🔹 Rahat və təhlükəsiz təhsil mühiti;
🔹 Təcrübəli və qayğıkeş müəllim kollektivi;
🔹 Şagirdyönümlü yanaşma və keyfiyyətli təhsil.

2019–2020-ci il təvəllüdlü uşaqların I sinfə qəbulu davam edir.

Övladınızın uğurlu gələcəyinə etibarlı addımı bizimlə atın!

N. Fərəczadə adına 100 nömrəli tam orta məktəb – gələcəyin uğurlu başlanğıcı!

Məktəbimizdə 4-cü və 6-cı siniflər üzrə monitorinq keçirildi.Monitorinq zamanı şagirdlər verilən tapşırıqları məsuliyyət...
06/06/2026

Məktəbimizdə 4-cü və 6-cı siniflər üzrə monitorinq keçirildi.Monitorinq zamanı şagirdlər verilən tapşırıqları məsuliyyətlə yerinə yetirərək öz bilik və bacarıqlarını nümayiş etdirdilər. İmtahanın şəffaf və obyektiv keçirilməsi üçün bütün zəruri təşkilati tədbirlər görüldü.
Monitorinqin uğurla keçirilməsində əməyi olan müəllimlərə təşəkkür edir, şagirdlərimizə yüksək nəticələr arzulayırıq.

Məktəbimizin 5C sinif şagirdləri sinif rəhbəri Nabat Ayvazovanın təşkilatçılığı ilə Səməd Vurğunun ev-muzeyini ziyarət e...
04/06/2026

Məktəbimizin 5C sinif şagirdləri sinif rəhbəri Nabat Ayvazovanın təşkilatçılığı ilə Səməd Vurğunun ev-muzeyini ziyarət etmişlər. Ekskursiya zamanı şagirdlər görkəmli şairin həyat və yaradıcılığı, ailəsi, şəxsi əşyaları, əlyazmaları və ədəbi irsi ilə yaxından tanış olmuşlar.
Muzey əməkdaşları tərəfindən şagirdlərə maraqlı məlumatlar verilmiş, onların sualları cavablandırılmışdır. Ziyarət şagirdlərin Azərbaycan ədəbiyyatına marağının artırılması, milli-mənəvi dəyərlərimizin təbliği və klassik ədəbiyyatımızın daha yaxından öyrənilməsi baxımından böyük əhəmiyyət daşımışdır. Şagirdlər ekskursiyadan xoş təəssüratlarla ayrılmışlar.

Məktəbimizin 8e sinif şagirdi Şəmsi Qaraxanovun yeni ugurunu sizinlə bölüşürük. Şəmsi türkdilli dövlətlər arasında şahma...
02/06/2026

Məktəbimizin 8e sinif şagirdi Şəmsi Qaraxanovun yeni ugurunu sizinlə bölüşürük. Şəmsi türkdilli dövlətlər arasında şahmat üzrə keçirilən yarışmanın qalibi olmuşdur. Onu təbrik edirik.

Address

M. Ə. Rəsulzadə Qəsəbəsi E. Rüstəmov Küçəsi 24
Baku

Opening Hours

Monday 08:00 - 19:00
Tuesday 08:00 - 19:00
Wednesday 08:00 - 19:00
Thursday 08:00 - 19:00
Friday 08:00 - 19:00

Alerts

Be the first to know and let us send you an email when 100 saylı tam orta məktəb posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category