DNT HUB

DNT HUB İxtisaslaşmış ekspert şəbəkəsi 🤝🏻
İnkişafın DNT-si buradan başlayır! 🎯

📞 +994 99 750 75 25
📩 [email protected]

“DNT HUB” platformasının Vahid İxtisaslaşmış Ekspert Şəbəkəsinin üzvü Kamran Əsgərli ilə yaxından tanış olaq! 🤝🏼Kamran Ə...
24/08/2026

“DNT HUB” platformasının Vahid İxtisaslaşmış Ekspert Şəbəkəsinin üzvü Kamran Əsgərli ilə yaxından tanış olaq! 🤝🏼

Kamran Əsgərli Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Beynəlxalq Mədəni Əlaqələr ixtisası üzrə bakalavr məzunudur. Karyerası boyunca İnsan resurslarının idarəedilməsi sahəsində bir sıra beynəlxalq və yerli sertifikat proqramlarını tamamlamışdır.

İnsan resurslarının idarəedilməsi sahəsində 8 ildən artıq peşəkar təcrübəyə malikdir. Peşəkar fəaliyyəti ərzində işə qəbul və seçim strategiyalarının hazırlanması, kadr sənədləşməsi proseslərinin idarə edilməsi, əmək haqqı hesablamaları, işçi qüvvəsinin planlaşdırılması və əmək qanunvericiliyinə uyğunluğun təmin edilməsi istiqamətlərində fəaliyyət göstərmişdir.

Hazırda “Avrora” şirkətində İnsan resursları üzrə biznes partnyor vəzifəsində çalışır. Bu vəzifədə biznesin inkişafı və marketinq direktorluğu, satış direktorluğu, İxrac departamenti və Əməliyyatlar departamentinin HR proseslərinə rəhbərlik edir və qeyd olunan struktur bölmələri üzrə insan resurslarının idarə edilməsi ilə bağlı bütün əsas proseslərin həyata keçirilməsini təmin edir.

Kamran Əsgərli ilə əməkdaşlığımızın uğurlu olacağına inanır və gələcək fəaliyyətində nailiyyətlər arzulayırıq! 🚀

Bu gün 23 Avqust – Dövlət Mühafizə Xidməti Əməkdaşlarının Peşə Bayramı Günüdür. 🇦🇿Bu münasibətlə dövlətimizin mühafizəsi...
23/08/2026

Bu gün 23 Avqust – Dövlət Mühafizə Xidməti Əməkdaşlarının Peşə Bayramı Günüdür. 🇦🇿

Bu münasibətlə dövlətimizin mühafizəsinin etibarlı təmin olunması istiqamətində məsuliyyətli və şərəfli xidmət göstərən bütün Dövlət Mühafizə Xidməti əməkdaşlarını ürəkdən təbrik edir, onlara möhkəm cansağlığı, şərəfli xidmətlərində uğurlar və yeni nailiyyətlər arzulayırıq!

“DNT HUB” platformasının Vahid İxtisaslaşmış Ekspert Şəbəkəsinin üzvü Kənan Təyyarlı ilə yaxından tanış olaq! 🤝🏼Kənan Tə...
22/08/2026

“DNT HUB” platformasının Vahid İxtisaslaşmış Ekspert Şəbəkəsinin üzvü Kənan Təyyarlı ilə yaxından tanış olaq! 🤝🏼

Kənan Təyyarlı Bakı Dövlət Universitetinin Hüquq ixtisası üzrə bakalavr, Almaniyanın Martin Lüter adına Halle-Vittenberq Universitetinin isə magistr məzunudur.
Maliyyə və bank hüququ sahəsində peşəkar təcrübəyə malikdir.

Eyni zamanda, Bakı Dövlət Universitetində bank hüququ və maliyyə hüququ üzrə müəllim kimi fəaliyyət göstərir və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüdür.

Hazırda “Unibank” Kommersiya Bankı ASC-də Hüquq meneceri vəzifəsində çalışaraq bank və maliyyə hüququ istiqamətində peşəkar fəaliyyətini davam etdirir.

Kənan Təyyarlı ilə əməkdaşlığımızın uğurlu olacağına inanır, ekspert şəbəkəmizin inkişafına verəcəyi töhfələrə görə təşəkkür edir və gələcək fəaliyyətində yeni nailiyyətlər arzulayırıq! ✌🏻

Bir mentorun illərlə qazandığı təcrübə, gənc bir mütəxəssisin gələcəyinə istiqamət verə bilər. 🌱DNT HUB olaraq biz təcrü...
21/08/2026

Bir mentorun illərlə qazandığı təcrübə, gənc bir mütəxəssisin gələcəyinə istiqamət verə bilər. 🌱

DNT HUB olaraq biz təcrübə ilə potensialı bir araya gətirir, biliyi praktik bacarığa çevirməyə dəstək oluruq.

Təcrübə paylaş. Gələcəyi dəyiş.

“DNT HUB” platformasının Vahid İxtisaslaşmış Ekspert Şəbəkəsinin üzvü Naibə Əhməd ilə yaxından tanış olaq! 🤝🏼Naibə Əhməd...
20/08/2026

“DNT HUB” platformasının Vahid İxtisaslaşmış Ekspert Şəbəkəsinin üzvü Naibə Əhməd ilə yaxından tanış olaq! 🤝🏼

Naibə Əhməd insan resurslarının idarə edilməsi, beynəlxalq idarəetmə və liderlik inkişafı sahələrində uzunmüddətli təcrübəyə malik ekspertdir.

Peşəkar fəaliyyəti ərzində Abu-Dabi, Oman, Malayziya, Fransa, İraq və Yəməndə fəaliyyət göstərən beynəlxalq şirkətlərdə insan resursları transformasiyası, təşkilati inkişaf və liderlik layihələrinə rəhbərlik etmişdir.

O, Böyük Britaniyanın Kadr İdarəetməsi və İnkişafı üzrə İnstitutunun (CIPD) İnsan Resursları və Təlim-İnkişaf (HR & L&D) proqramının, Beynəlxalq Layihə İdarəetməsi Assosiasiyasının (IPMA) və Harvard Universitetinin Kennedy Dövlət İdarəetməsi Məktəbinin Liderlik proqramlarının məzunu, Amerika Psixoloqlar Assosiasiyasının (APA) üzvüdür.

Naibə Əhmədlə əməkdaşlığımızın uğurlu olacağına inanır və gələcək fəaliyyətində uğurlar arzulayırıq! 🚀

Bu gün 18 Avqust – Dövlət Sərhəd Xidməti Əməkdaşlarının Peşə Bayramı Günüdür. 🇦🇿Bu münasibətlə dövlət sərhədlərimizin mü...
18/08/2026

Bu gün 18 Avqust – Dövlət Sərhəd Xidməti Əməkdaşlarının Peşə Bayramı Günüdür. 🇦🇿

Bu münasibətlə dövlət sərhədlərimizin mühafizəsi, Vətənimizin təhlükəsizliyinin və ərazi bütövlüyümüzün qorunması naminə fədakarlıqla xidmət edən bütün Dövlət Sərhəd Xidməti əməkdaşlarını ürəkdən təbrik edir, onlara möhkəm cansağlığı, şərəfli xidmətlərində uğurlar və yeni nailiyyətlər arzulayırıq! 💙

“DNT HUB” platformasının Vahid İxtisaslaşmış Ekspert Şəbəkəsinin üzvü Baba Babuşov ilə yaxından tanış olaq! 🤝🏼Baba Babuş...
15/08/2026

“DNT HUB” platformasının Vahid İxtisaslaşmış Ekspert Şəbəkəsinin üzvü Baba Babuşov ilə yaxından tanış olaq! 🤝🏼

Baba Babuşov UNEC-də Maliyyə ixtisası üzrə bakalavr təhsili almış, daha sonra UNEC Biznes Məktəbində MBA dərəcəsi əldə etmişdir.

Payroll və insan resurslarının idarə edilməsi sahələrində 8 illik peşəkar təcrübəyə malikdir. Peşəkar fəaliyyəti ərzində əmək haqqı hesablamalarının dəqiq və şəffaf aparılması, bonus və mükafatlandırma sistemlərinin qurulması, eləcə də HR proseslərinin rəqəmsal həllər vasitəsilə optimallaşdırılması istiqamətlərində fəaliyyət göstərmişdir.

Hazırda əmək haqqı proseslərinin effektiv idarə olunması və müasir yanaşmaların tətbiqi istiqamətində fəaliyyət göstərir. Eyni zamanda, süni intellektin insan resursları sahəsinə inteqrasiyası, HR proseslərinin avtomatlaşdırılması və rəqəmsal həllər vasitəsilə daha səmərəli idarə olunması istiqamətində müxtəlif layihələr üzərində çalışır.

Baba Babuşov ilə əməkdaşlığımızın uğurlu olacağına inanır və gələcək fəaliyyətində nailiyyətlər arzulayırıq! ✨

Şəhəri xilas etmək bir yana, gələcəyi qurmaq da super güc tələb edir. 🕷️DNT HUB-la öz potensialını super gücə çevir.    ...
14/08/2026

Şəhəri xilas etmək bir yana, gələcəyi qurmaq da super güc tələb edir. 🕷️

DNT HUB-la öz potensialını super gücə çevir.

“DNT HUB” platformasının Vahid İxtisaslaşmış Ekspert Şəbəkəsinin üzvü Fərhad Kərimli ilə yaxından tanış olaq! 🤝🏼Fərhad K...
13/08/2026

“DNT HUB” platformasının Vahid İxtisaslaşmış Ekspert Şəbəkəsinin üzvü Fərhad Kərimli ilə yaxından tanış olaq! 🤝🏼

Fərhad Kərimli 7 ildən artıq peşəkar fəaliyyəti ərzində marketinq, ictimaiyyətlə əlaqələr, rəqəmsal kommunikasiya və məhsul idarəçiliyi istiqamətlərində müxtəlif layihələrdə iştirak edib. Dövlət və özəl sektorda qazandığı təcrübə ona fərqli biznes modellərini, təşkilati yanaşmaları və bazar dinamikasını yaxından tanımaq imkanı verib.

Marketinq fəaliyyətini biznesin məqsədləri, müştəri gözləntiləri və kommunikasiya ehtiyacları ilə əlaqələndirərək həyata keçirir. Strategiyanın hazırlanmasından müştərilərlə kommunikasiyaya, brend mövqeləndirməsindən rəqəmsal kanalların idarə olunmasına qədər müxtəlif mərhələlərdə fəaliyyət göstərir.

Məhsul idarəçiliyi istiqamətində isə biznes ehtiyacları ilə istifadəçi gözləntilərinin kəsişdiyi nöqtəyə fokuslanır. Məhsulun ideya mərhələsindən bazara çıxışına, inkişafından kommunikasiyasına qədər proseslərin daha sistemli və nəticəyönümlü qurulmasına töhfə verir.

Fərhad Kərimliyə ekspert şəbəkəmizə qoşulduğu üçün təşəkkür edir, zəngin bilik və təcrübəsinin şəbəkəmizin inkişafına dəyərli töhfələr verəcəyinə inanırıq. Ona gələcək fəaliyyətində uğurlar arzulayırıq! ✌🏻

Address

Baku

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Website

Alerts

Be the first to know and let us send you an email when DNT HUB posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share