04/06/2026
Məktəbimizdə sağlam həyat tərzinin təbliği və şagirdlərin idmana marağının artırılması məqsədilə UBR Elnarə Həsənovanın təşəbbüsü ilə şagirdlər arasında velosiped yarışı təşkil olundu.
Yarış zamanı şagirdlər öz çevikliklərini, sürətlərini və yarış ruhunu nümayiş etdirərək maraqlı mübarizə apardılar. Tədbirin keçirilməsində əsas məqsəd şagirdlərdə sağlam həyat tərzinə maraq yaratmaq, idman vərdişlərini inkişaf etdirmək və asudə vaxtın səmərəli təşkilinə dəstək vermək idi.
Yarışın sonunda qalib şagirdlər müəyyən edilərək medallarla təltif olundular. Onların uğurları iştirakçılar tərəfindən alqışlarla qarşılandı. Bu cür tədbirlər şagirdlərin fiziki inkişafına, özünəinamının formalaşmasına və komanda ruhunun güclənməsinə mühüm töhfə verir.
Qalib şagirdlərimizi təbrik edir, gələcək yarışlarda onlara yeni nailiyyətlər arzulayırıq!