Baki Ali Neft Mektebi TGT

Baki Ali Neft Mektebi TGT

Share

Baku Higher Oil School Student Youth Organization
Bakı Ali Neft Məktəbi Tələbə Gənclər Təş https://www.facebook.com/BANM.TGT

Photos from Baki Ali Neft Mektebi TGT's post 13/04/2023

"Süni İntellekt və Maşın öyrənməsi" dərslərimiz öz ampulasında davam edir - Gün 2, 3✨️

Belə layihələrdə iştirak şansını qaçırtmamaq üçün səhifəmizi izləməyi unutmayın!
.

Photos from Baki Ali Neft Mektebi TGT's post 25/03/2023

Gənclər Fondunun Qrantı ilə təşkil edilmiş “Süni intellekt və Maşın Öyrənməsi” layihəsi artıq fəaliyyətə başlamışdır.

◾️İlk dərs universitetimizin məzunu Elmir Abilov tərəfindən kursa 2 mərhələdən (motivasiya məktubu və texniki imtahan) keçdikdən sonra seçilən tələbələrə “Maşın öyrənməsi və Süni İntellektə Giriş” barədə dərs tədris edilib.

◾️Kursda 13 Bakı Ali Neft Məktəbi, 13 ADNSU, UFAZ, Xəzər, BMU, və Milli Aviasiya Akademiyasının tələbələri iştirak edir. Kursun əsas məqsədi həm Süni intellekt və Maşın Öyrənməsi (Artificial Intelligence and Machine Learning) barədə tələbələrə dərsləri çatdırmaq, həm də fasilə zamanı tələbələrin sosiallaşması, netvorkinq bacarıqlarının inkişafı nəzərdə tutulub.

Tələbələrə uğurlar arzu edirik!🍀

Photos from Baki Ali Neft Mektebi TGT's post 11/03/2023

Bakı Ali Neft məktəbində "Kitabbağışlama Günü" keçirildi✅️

Layihə 2 mərhələli olaraq baş tutmuşdur. İlk mərhələdə tələbələr bir-birlərinə kitablar hədiyyə etdi, növbəti mərhələdə isə foto müsabiqədə öz kitabları ilə çəkdirdikləri maraqlı şəkillər ilə qoşulmuşdular. Qeyd edək ki, müsabiqənin qalibi də Bakı Ali Neft Məktəbinin tələbələri tərəfindən keçirilmişdir🧸

🏆Müsabiqənin qalibi - Nərmin Əliyevaya 100 manatlıq "kitabevim"dən hədiyyə kartı təqdim edilmişdir.

Layihədə bizə etdiyi dəstək eçün Kitabevim.az -a təşəkkürlərimizi bildiriririk!✨️

Əziz tələbələr, xoş mütaliələr!

04/03/2023

Əziz tələbələr,

Kitabbağışlama gününün sonuncu mərhələsi - "Foto müsabiqə"-nin səsverməsini açıq elan edirik🥳

Aşağıdakı keçidə daxil olaraq, həm şəkillərə baxa bilər, həmçinin səs verə bilərsiniz💎

🔗:https://forms.gle/RyFH3TB8xpnVpN2Z6

❗Səsvermənin son tarixi: 6 mart, 18.00

🏅1-ci yerin sahibi isə kitabevindən 100 manatlıq hədiyyə kartı qazanacaq!

Uğurlar🍀

09/02/2023

Əziz tələbələrimiz və əməkdaşlarımız,
Yeni semestrin əvvəlində artıq 3 ildir ki davam edən möhtəşəm və maraqlı bir layihə ilə qarşınızdayıq!

İmtahan sessiyası da sona çatdığından tələbələrimizə yeni semestr boyu bolca uğurlar arzu edirik! Hər birinizdən artıq dərəcədə xahiş edirik ki, postu sonuna qədər oxuyasınız və 2021-dən bəri illik keçirməyi nəzərdə tutduğumuz “14 fevral – Beynəlxalq Kitabbağışlama Günü”-nə həsr etdiyimiz layihəmizdə iştirak etmək üçün şərtlərdən xəbərdar olasınız. Əvvəlcədən qeyd edək ki, layihəmiz mükafatlı olacaqdır!
Ümumilikdə layihəmizin əsas məqsədi Bakı Ali Neft Məktəbi ailəsinin fərdlərinə kitab oxumaq vərdişini qalıcı olaraq aşılamaq və tələbə, əməkdaş, və məzunlarımız arasında olan əlaqələri daha da gücləndirməkdir.
Bəs layihə necə təşkil olunacaq?

10 fevral tarixindən başlayaraq “BHOS Book Giving Day 2023“ üçün açılmış Facebook qrupunda layihə barədə daha ətraflı post paylaşıldıqdan sonra həmən postun şərh bölməsində hədiyyə etmək istədiyiniz kitabın adını, müəllifini, və hansı dildə hədiyyə etmək istədiyinizi qeyd edəcəksiniz. Həmin kitabı oxumaq istəyən tələbə/əməkdaş/məzun sizin şərhə cavab olaraq həmin kitabı istədiyini sizə bildirəcək və siz də ilk “reply” edən həmin şəxsə kitabı hədiyyə etmiş olacaqsınız. Lakin sizdən kitab hədiyyə almış tələbə/əməkdaş/məzun da öz növbəsində hədiyyə etmək istədiyi kitabı digər bir şərhdə qeyd etməlidir. 📚
Vacib qeydlər📌
Öz kitablarımızı hədiyyə edə bilmərik, çünki kitablar hədiyyə olacağı üçün yeni olmasına önəm veririk. Buna görə də, artıq “Kitabevim.az" kitab mağazası ilə əməkdaşlıq etmişik və siz bizim sizə verəcəyimiz promokod vasitəsilə kitabları sifariş edə biləcəksiniz.📖
Layihəmizdə iştirak etmək istəyənlər “BHOS Book Giving Day 2023" qrupuna istək göndərməlidir, belə ki, layihə ilə bağlı ətraflı məlumatı bu qrupda paylaşacağıq📍:
https://www.facebook.com/groups/1337174266843950
Əlavə suallarınız, təklifləriniz olarsa, bu postun şərh bölməsində yazmağı və ya bizimlə əlaqə saxlamağı unutmayın!💙🦋
Son olaraq, layihədə hər kəsi iştirak etməyə dəvət edirik və ümid edirik ki, ilə birlikdə bu çox maraqlı Kitab bağışlama kampaniyasını uğurla həyata keçirəcəyik.📖🦋
P.S. Qrupa istək göndərdiyinizdə membership suallarına cavab verməyi unutmayın.

Photos from Baki Ali Neft Mektebi TGT's post 21/01/2023

Tələbələrimiz Şəhidlər Xiyabanını ziyarət edərək, ölməz şəhidlərimizi yad ediblər...

Onları dərin kədər hissi ilə anırıq!

20/01/2023

Allah Şəhidlərimizə rəhmət etsin!

Zəhməti keçmiş hər kəsə təşəkkürlərimizi bildiririk!

Photos from Baki Ali Neft Mektebi TGT's post 30/11/2022

Əziz debatsevərlər,
20 noyabr tarixində Bakı Ali Neft Məktəbinin Debat klubunun təşkilatçılığı və "Vətəndaş Cəmiyyətində Debat" ictimai birliyinin dəstəyi ilə cari mövsümün ilk turniri olan "Yoldaşlıq" adlı turnirimiz baş tutdu🌟

Turnirdə ümumilikdə 3 fərqli universitetdən 10 komanda iştirak etdi və komandalar "Şəxsi inkişaf üçün ali təhsil labüddür" mövzusunda öz arqument və faktlarını bölüşdülər. Bir-birindən maraqlı və həyəcanlı anların yaşandığı turnirdə finala vəsiqə qazanan komandalar Sumqayıt Dövlət Universitetinin "İnkarın toqquşması"⚡ və Azərbaycan Dövlət İqtisad Universitetinin "Oxutmuram əl çəkin"⚡ komandaları oldu. Hər iki komandanı ürəkdən təbrik edir, final oyununda uğur arzulayırıq.
Turnirdə iştirak edən bütün komandalara, hakimlər heyətinə və möhtəşəm auditoriyaya dərin təşəkkürlərimizi bildiririk🤍

Qeyd edək ki, final oyununun tarixi və yeri yaxın zamanlarda açıqlanacaq. Möhtəşəm final oyununda tamaşaçı qismində iştirak etmək istəyirsinizsə bu möhtəşəm şansı qaçırmayın və çempionun müəyyən ediləcəyi final mərhələsində bizlərlə qalın 🏅

20/11/2022

Hər vaxtınız xeyirli olsun, əziz tələbələr!

Rəsm müsabiqəsi üçün səsvermələr artıq açıqdır!✨

Bu mərhələyə gəlib çatmış tələbələri təbrik edirik!
Bəyəndiyiniz rəsmi nömrəsinə uyğun olaraq seçməyiniz ona səs verməyiniz üçün kifayərdir!

Mükafatlar🏆:
1-ci yer - 70 AZN
2-ci yer - 50 AZN
3-cü yer - 30 AZN

🔗: https://forms.gle/z1yYLH4kT2zXQLFDA

Deadline: 24 Noyabr, 23.59.

Seçilən hər tələbəyə uğurlar!

29/11/2021

Today we celebrate the 10th anniversary of the university where we study and represent - Baku Higher Oil School, one of the leading educational institutions in Azerbaijan, equipped with modern technologies and professional pedagogical staff, highly cooperating with local and foreign companies. Not only BHOS gives in-depth knowledge and chances for bright future career, but it also creates opportunities for students to take part in extracurricular activities in order to develop their social skills, thus allows them to grow as personnel in accordance with international standarts. 🤍

Happy 10th celebration! Congratulations to all professors - teachers and students, including graduates.🥳❤️

03/10/2021

Əziz tələbələrimiz,
Sizi, ədəbi-bədii irsimizin parlaq nümunəsi Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş - 7-ci Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasına dəvət edirik!
Kitab təqdimatları və müzakirələri, yerli və xarici yazıçı və şairlər ilə görüşlər, uşaqlar üçün rəngarəng proqramların təşkili...
📌Oktyabr ayının 06-dan 10-dək
Bakı Ekspo Mərkəzində! ✨
Qeydiyyatdan keçin və elektron dəvətnamənizi əldə edin: https://bakubookfair.az/az-register/



P.S.
Sərgidə iştirak etmək üçün tam vaksinasiya və ya immunitet pasportunuzun olması mütləqdir. Həmçinin, Koroğlu metrosundan sərgi təşkilatçıları tərəfindən servis avtobuslar təşkil olunub, servislərin çıxış saatları barədə aşağıdakı linkdən dəqiq məlumat əldə edə bilərsiniz:

https://bakubookfair.az/az-content/18.html

Want your school to be the top-listed School/college in Baku?

Click here to claim your Sponsored Listing.

Location

Address

Səbail Rayonu, Yeni Salyan Yolu 3-cü Km, "25"
Baku
1009