BDU Hüquq Fakültəsi Tələbə Həmkarlar Təşkilatı

BDU Hüquq Fakültəsi Tələbə Həmkarlar Təşkilatı

Share

Bakı Dövlət Universiteti Hüquq Fakültəsi Tələbə Həmkarlar Təşkilatı Rəsmi Səhifəsi Təklif və ideyalar üçün əlaqə;
[email protected]

12/05/2023

Hörmətli yoldaşlar!
BDU hüquq fakultəsinin müəllimi Mustafayevin qardaşı oğlu artıq 2 ildən çoxdur ki, ağır xəstəlikdən əziyyət çəkir. Bu müddət ərzində bütün xərclər müəllim tərəfindən qarşılanmışdır. 2 dəfə "ilik" köçürülsə də, hazırda yenidən ilik köçürülməsi zərurəti yaranmışdır. Bacardığınız köməkliyi etməyiniz bir gəncin həyatının xilas olmasına səbəb ola bilər.

Photos from BDU Hüquq Fakültəsi Tələbə Həmkarlar Təşkilatı's post 23/03/2016

Hüquq Fakültəsi Tələbə Həmkarlar Təşkilatı tərəfindən 14-16 dekabr 2015-ci il tarixlərində fakültədaxili müxtəlif "Xeyriyyə aksiyaları" təşkil olunmuşdur. Həmin aksiyalarda toplanmış vəsait hesabına 21 mart 2016-cı il tarixində "Yeni Günəşli"də yerləşən uşaq evinə ziyarət təşkil edilmişdir. Bayram günü diqqətə, qayğıya daha çox ehtiyacı olan uşaqlarımızı bir günlük də olsa sevindirmək hər birimiz üçün xoş oldu. Yardım aksiyalarımızda fəal iştirak edən bütün tələbə və müəllimlərimizə, o cümlədən, bu missiyamızın reallaşdırılması üçün bizə lazımı şəraiti yaradan hörmətli dekanımız Амир müəllim və BDU THİK-in sədri Dashqin müəllimə Tələbə Həmkarlar Təşkilatı olaraq öz minnətdarlığımızı bildiririk!

26/12/2015

Hüquq Fakültəsi Tələbə Həmkarlar Təşkilatı tərəfindən qeydə alınmış tələbələrdən 59 nəfəri BDU THİK-in 2015-ci il üçün təşkil etdiyi tədbirdə müxtəlix nominasiyalar üzrə "İlin ən yaxşı tələbəsi" fəxri adında layiq görülmüşdür.
P.S: Şəkillərinizi bu səhifədən, eləcə də "BDU Tələbə Həmkarlar İttifaqı Komitəsi" nin rəsmi facebook səhifəsindən əldə edə bilərsiz.Aşağıda nominasiyalar üzrə qalib olmuş tələbələrin qeyd olunmuşdur.
2015-ci il ərzində yüksək elmi naliyyətlərinə, nizam-intizamına, tələbə və müəllim kollektivinin rəğbətini qazandığına görə “İlin Ən Yaxşı Tələbəsi” seçilən tələbələr:

Əsgərov Məhəmməd Ələsgər 3-cü kurs Sabah H2 qrupu
Abdullayeva Günel Rahil 3-cü kurs Sabah H1 qrupu
İbrahimova Şəhla Fərhad 3-cü kurs Sabah H1 qrupu
Abışova Nigar Adil 3-cü kurs Sabah H1 qrupu
Rəhmanov Əmrah Xaliq 3-cü kurs Sabah H1 qrupu
Nəsirov Vaqif Elşad 3-cü kurs Sabah H1 qrupu
Xasaylı Dunay Elbəy 3-cü kurs Sabah H2 qrupu
Zülfüqarlı İlham Yusif 4-cü kurs 1418A qrup
Atakişiyeva Gülnar Gürsel 3-cü kurs Sabah H1 qrupu

2015-ci il ərzində yüksək ictimai fəallığına,vətənpərvərlik fəaliyyətinə və liderlik keyfiyyətlərinə görə fərqləndiyi üçün “İlin Ən Yaxşı Tələbəsi” seçilən tələbələr:

Qənbərova Zeynəb İlham 3-cü kurs Sabah H2 qrupu
Vəliyev Tural Qüdrət 3-cü kurs 1430 qrup
Fərəcova Zivər Telman 3-cü kurs ing-3 qrupu
Qasımzadə Nigar Tərlan 3-cü kurs 1422 qrup
Həsənov Elşən Elbəyi 3-cü kurs Sabah H2 qrupu
Babayev Əli Tağı 3-cü kurs Sabah H1 qrupu
Əhmədov Ayxan Maksim 3-cü kurs Sabah H2 qrupu
Maxsudov Zal Əsgər 1-ci kurs 1452 qrup
Vəliyeva Fidan Cavid 2-ci kurs 1444 qrup
Əlifzadə Rəşad İsa 2-ci kurs 1434 qrup
Məmmədli Nurlan Sərdar 1-ci kurs 1452 qrup
Bağırov Əhməd Dəmir 1-ci kurs qiyabi
Həbibova Səmayə Məhərrəm 3-cü kurs Sabah H1 qrupu
Əzizov Əzizxan İman 3-cü kurs 1422 qrup
Həsənzadə Yunis Habil 3-cü kurs 1424 qrup
Hüseynov Elçin Rövşən 3-cü kurs 1426 qrup
Nəbiyev Turqay Namiq 2-ci kurs 1446 qrup
Bağırov Yusif Məmməd 3-cü kurs 1420 qrup
Ədilova Şəmsiyyə Şəmsir 3-cü kurs 1430A qrup
Musayeva Əsli Müşfiq 3-cü kurs 1430A qrup
Fərəcova Sevda İlqar 3-cü kurs 1422 qrup
Əhmədli Səxavət Böyükağa 2-ci kurs 1448 qrup

2015-ci il ərzində yüksək tədris göstəricilərinə, nizam-intizamına, tələbə və müəllim kollektivinin rəğbətini qazandığına görə “İlin Ən Yaxşı Tələbəsi” seçilən tələbələr:

Məhərrəmli Rövşən Elşad 3-cü kurs Sabah H2 qrupu
Vəliyev Əhəd Vahid 3-cü kurs Sabah H1 qrupu
Hacılı Babək Nüsrət 3-cü kurs 1424 qrup
Yusifli Nurlan Yavər 3-cü kurs 1430 qrup
Abuzərli Leyla Abdulla 2-ci kurs 1446 qrup
İsayeva Səbinə İsrafil 2-ci kurs 1440 qrup
Qurbanova Gülnar Nazim 2-ci kurs ing-4 qrup
Şirinli Orxan Bəylər 3-cü kurs Sabah H2 qrupu
Əsgər-zadə Ülviyyə Sahib 3-cü kurs Sabah H2 qrupu
Vəliyeva Günel Mətləb 3-cü kurs Sabah H2 qrupu
İbadova Nərmin Rövşən 3-cü kurs Sabah H1 qrupu
Abdulrəşidli Durna Mahir 3-cü kurs Sabah H2 qrupu
Qədirli Bəhruz Adil 4-cü kurs 1418 qrup
Axundov Bəhram Murad 4-cü kurs 1418 qrup
Makinskaya Tamara Bəhram 4-cü kurs 1311 qrup
Mustafayev Elvin Ağalar 3-cü kurs 1428 qrup
Abbasova Maya Elçin 3-cü kurs 1424 qrup
Ələkbərova Fidan Etibar 2-ci kurs 1436 qrup
Məmmədəliyev Teymur Yaqub 2-ci kurs 1432 qrup
Təhməzov İsa İqbal 3-cü kurs ing-3 qrup
Poladov Araz Gülmirzə 4-cü kurs ing-2 qrup
İsmayılzadə Turxan İsrafil 4-cü kurs ing-2 qrup
Asifli Fidan Xalid 3-cü kurs 1430A qrup
Ağayev Cavad Elşad 3-cü kurs 1420 qrup
Qurbanzadə Qurban Həsən 4-cü kurs ing-2 qrup

2015-ci il ərzində yüksək idman göstəricilərinə, nizam-intizamına, tələbə və müəllim kollektivinin rəğbətini qazandığına görə “İlin Ən Yaxşı Tələbəsi” seçilən tələbələr:

Əsədov Nurəli Sahib 3-cü kurs 1428 qrup
Şahverdiyev Xandəmir Elman 3-cü kurs 1426 qrup
Heydərli Əlixan Əskərqulu 3-cü kurs 1424 qrup

Bütün qalib tələbələri Hüquq THT adından təbrik edir, gələcəkdə bolluca nailiyyətlər diləyirik!

2015- "İlin ən yaxşı tələbələri" 26/12/2015

Hər birinizi Hüquq THT adından təbrik edirik!

13/12/2015

BDU Hüquq fakültəsi THT olaraq hər il həyata keçirdiyimiz xeyriyyə aksiyasını bu il də sizlərin-tələbə yoldaşlarımızın köməyi ilə davam etdirmək istəyirik.
Bildiyimiz kimi, ölkəmizdə çoxlu sayda evsiz-eşiksiz, ata-ana, valideyn qayğısından məhrum uşaqlar var. THT Sosial İşlər departamentinin fəaliyyət istiqamətlərindən biri də, bu uşaqlara dəstək olmaqdan, onları cəmiyyətimizə qazandırmaqdan, onlarla hər gün bir yerdə ola bilməsək də, ən azından ildə bir dəfə, hətta balaca uşaqların belə sevdiyi Yeni ildə və ya digər əlamətdar günlərdə yanlarında olub, üzlərini güldürməyi bacarmaqdı. Yuxarıda deyildiyi kimi sizlərin dəstəyinə ehtiyacımız var, bunun üçün :
Bişirdiyiniz və ya hazırladığınız şirniyyatları ( Satışa çıxarılacaq və əldə olunan məbləğ xeyriyyəyə cəlb olunacaq) həmçinin kitabları , aksesuar və digər əşyaları , eləcə də paltar və digər geyim ləvazimatlarınızı bizə təqdim edə bilərsiz. Xeyriyyə yarmarkası 14 və 15 dekabr tarixlərində BDU 1 saylı korpus 9cu mərtəbədə baş tutacaqdır.

Photos from BDU Hüquq Fakültəsi Tələbə Həmkarlar Təşkilatı's post 12/12/2015

Hüquq Fakültəsi Tələbə Həmkarlar Təşkilatı 12.12.2015-ci il tarixində fakültədaxili Nə? Harada? Nə zaman? intellektual oyunun təşkil etmişdir. Oyunda bütün kursları təmsil edən və hər birində 4 oyunçu olmaqla 12 komanda mübarizə aparmışdır. İki mərhələdə səslənmiş 24 sualdan 11-ə düzgün cavab verməklə 1430-cu qrupu təmsil edən "Metro" komandası qalib gələrək fakültə çempionu kimi fakültələrarası oyuna vəsiqə qazanmışdır. İkinci yerə 10 düzgün cavabla "Safahat", üçüncü yerə isə 9 düzgün cavabla "Prosecutor" komandası layiq görülmüşdür. Qalib komandanı təbrik edir, iştirak etmiş hər bir komandaya öz təşəkkürümüzü bildirərək gələcək oyunlarımızda uğurlar arzulayırıq.

Photos from BDU Hüquq Fakültəsi Tələbə Həmkarlar Təşkilatı's post 10/12/2015

BDU Hüquq Fakültəsi Tələbə Həmkarlar Təşkilatının təşəbbüsü ilə 10 dekabr-“Beynəlxalq İnsan Hüquqları Günü” münasibətilə Hüquq fakültəsində seminar keçirilmişdir. Spiker qismində Azərbaycan Respublikası Milli Məclis Aparatının Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin müdiri, h.ü.e.d., prof., Lətif Hüseynov çıxış etmişdir. Tədbiri Hüquq Fakültəsinin dekanı Əmir Əliyev açıq elan etdikdən sonra Ümummilli liderimiz Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.Daha sonra Lətif müəllim İnsan Hüquqlarının mahiyyətindən, tarixindən, bu sahədə mövcud problemlər və onların həlli üsulundan danışmış, özünün beynəlxalq təşkilatlarda qazanmış olduğu təcrübəsini tələbələrlə bölüşmüş, daha sonra tələbələrin bir-birindən maraqlı sualların cavablandırmışdır. İki saatdan artıq davam edən seminarın sonunda Lətif müəllimə öz dəyərli fikir və təcrübəsini tələbələrlə bölüşdürdüyü üçün Hüquq Fakültəsi Tələbə Həmkarlar Təşkilatı tərəfindən “Təşəkkürnamə” təqdim edilmişdir.

09/12/2015

Hüquq Fakültəsi THT-in təşkilatçılığı ilə 12.12.2015-ci il tarixində, saat 10:00 da 900 sayli auditoriyada fakültədaxili intellektual yarış keçiriləcək.
1)Yarış Nə? Harda? Nə Zaman? formatında olacaq.
2)Oyunda bütün kurslardan seçilmiş komandalar mübarizə aparacaqlar.(bir qrupdan bir neçə komanda da təşkil oluna bilər)
3)Hər komanda maksimum 4 nəfərdən ibarət ola bilər.(minimum 2 nəfər)
4)Suallar "ümumi" mövzudan tərtib olunacaq.
5)Yarış 2 mərhələdə keçiriləcək və hər mərhələdə komandalara 12 sual, ümumilikdə isə 24 sual təqdim olunacaq.
6)Qalib komanda fakültə çempionu kimi sertifikatla təltif olunacaq .

Photos 30/11/2015

BDU THT-nin təşkilatçılğı ilə növbəti çox maraq oyadacaq bir təlim daha.

Belə ki, bir çox tələbələrin oxumuş olduğu və ya bir çox tələbənin oxuyacağı "Beynəlxalq hüquq" dərsliyinin müəllifi Lətif Hüseynov məhz 10 dekabr "Beynəlxalq İnsan Hüquqları Günü" münasibətilə 9 dekabr 2015-ci ildə yalnız hüquq tələbələri üçün beynəlxalq hüquq üzrə bir günlük seminar keçəcək. O, seminarda həm bu sahədə olan praktik problemləri, həm də Avropa Məhkəməsində ad-hoc hakimliyi dövründə qazandığını təcrübəni hüquq tələbələri ilə bölüşməyə çalışacaq.

Seminar 9 dekabr 2015-ci ildə, saat 14:00-da 900 saylı auditoriyada baş tutacaq. Seminarda iştirak üçün qeydiyyat tələb olunmur. Nəzərinizə çatdırmaq istəyirik ki, bu seminar məhz BDU Hüquq Fakültəsi THT-nin təşkilatçılığı ilə baş tutacaq :) 9 dekabr görüşənədək!

Photos from BDU Hüquq Fakültəsi Tələbə Həmkarlar Təşkilatı's post 28/11/2015

Hüquq Fakültəsi Tələbə Həmkarlar Təşkilatı 28.11.2015-ci il tarixində fakültədaxili Nə? Harada? Nə zaman? intellektual oyunun təşkil etmişdir. Oyunda bütün kursları təmsil edən və hər birində 4 oyunçu olmaqla 14 komanda mübarizə aparmışdır. İki mərhələdə səslənmiş 24 sualdan 14-ə düzgün cavab verməklə 1452-ci qrupu təmsil edən "Prosecutor" komandası qalib gələrək fakültə çempionu kimi fakültələrarası oyuna vəsiqə qazanmışdır. İkinci yerə 10 düzgün cavabla "Edelveys", üçüncü yerə isə 9 düzgün cavabla "Retrica" komandası layiq görülmüşdür. Qalib komandanı təbrik edir, iştirak etmiş hər bir komandaya öz təşəkkürümüzü bildirərək gələcək oyunlarımızda uğurlar arzulayırıq.

26/11/2015

Hüquq Fakültəsi THT-in təşkilatçılığı ilə 28.11.2015-ci il tarixində, saat 10:00 da fakültədaxili intellektual yarış keçiriləcək.
1)Yarış Nə? Harda? Nə Zaman? formatında olacaq.
2)Oyunda bütün kurslardan seçilmiş komandalar mübarizə aparacaqlar.(bir qrupdan bir neçə komanda da təşkil oluna bilər)
3)Hər komanda 4 nəfərdən ibarət olacaq.
4)Suallar "ümumi" mövzudan tərtib olunacaq.
5)Yarış 2 mərhələdə keçiriləcək və hər mərhələdə komandalara 12 sual, ümumilikdə isə 24 sual təqdim olunacaq.
6)Qalib komanda fakültə çempionu kimi sertifikatla təltif olunacaq və fakültələrarası oyuna vəsiqə qazanacaq.

Qeyd; Son qeydiyyat tarixi:27.11.2015 Saat: 22:00

Komandanızın adını və tərkibini:
[email protected] e-mail adresinə və ya 051 566 33 86 nömrəsinə yollaya bilərsiz

Want your school to be the top-listed School/college in Baku?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Address

Akademik Zahid Xəlilov Küçəsi/23
Baku
AZ1148