03/06/2022
#
ATU THİK Elm və Təhsil departmentinin dəstəyi ilə "Təməl EKG Sertifikasiya videokursu" hazırlanıb
Əziz həkimlər, rezidentlər, tibb tələbələri və tibb sahəsilə ətraflı maraqlanan və öyrənmək istəyən şəxslər - "www.drrestart.online" platforması və ATU THİK-in təşkilatçılığı ilə "Təməl EKQ təlim videokursu" tam hazırlanıb. (Kursun effektivliyi haqqında bilgi sahibi olmaq üçün videokursa aid DEMO dərslərinə www.youtube.com/c/DrRestart1 kanalından baxa bilərsiniz)
Kurs vasitəsilə 0-dan ətraflı bir şəkildə EKQ-ni öyrəmmək və əlinizə EKQ kağızını aldığınız zaman ordakı təməl diaqnozun qoyulmasını bacarıqları geniş izah olunub.
Kurs iddia edir ki, bu formatda EKG videokursu nə Azərbaycan nə Türk nə digər mənbələrində mövcud deyil.
Kurs boyu elmi və ya texniki hər hansı bir sual yaranarsa 7/24 "online dəstək" xidmətindən istifadə etmək mümkün olacaq.
Kursu bitirən şəxslər :
-Videokursa istinadən hazırlanmış elektron "Dr.Restart -EKG təkrar kitabcığı"nı əldə edəcək.
-Müvafiq koda sahib şəxs "Sertifikasiya imtahanına" iştirak edəbiləcək və biliklərini test edəcək.
-İmtahanı 75% üzərində nəticə göstərən bütün iştirakçılar ATU THİK tərəfindən rəsmi təsdiqlənən sertifikatlarla təmin ediləcəklər. (75%-dən aşağı nəticə göstərənlərə isə "iştirak sertifikatı" veriləcəkdir)
-Bitirdikdən sonra canlı formada keçiriləcək olan Master ECG kursuna qatılmağa haqq qazanacaq.
EKQ kursu haqqında ətraflı məlumat və qeydiyyat üçün:
https://www.drrestart.online/p/ecg.html