Stmks.azmiu

Stmks.azmiu Su Təsərrüfatı və Mühəndis Kommunikasiya sistemləri

20-21 may 2026-cı il tarixində Kiyev Milli Memarlıq və İnşaat universitetində “Yaşıl tikinti” mövzusunda Beynəlxalq elmi...
22/05/2026

20-21 may 2026-cı il tarixində Kiyev Milli Memarlıq və İnşaat universitetində “Yaşıl tikinti” mövzusunda Beynəlxalq elmi konfrans keçirilmişdir.
Konfransın plenar iclasında AzMİU-nun Mühəndis sistemləri və qurğularının tikintisi kafedrasının müdiri prof. Nurməmməd Məmmədov onlayn şəkildə çıxış etmişdir (Ukrayna dilində).
Konfransda eyni zamanda universitetimizin əməkdaşları prof. Akif Qasımov, dos. Samirə Əkbərova, prof. Sahib Fərzəliyev və b.m. Cəmil Quliyev onlayn formatda məruzə ilə çıxış etmişlər.
Eyni zamanda ST və MKS fakültəsinin 302i qrupunun tələbələri Arzu Nəsirova və Məleykə Əliyeva da məruzə ilə çıxış etmişlər.

AzMİU-da "İşğaldan azad olunmuş ərazilərin su ehtiyatları və onlardan istifadə olunma metodları" adlı elmi-praktiki Simp...
15/05/2026

AzMİU-da "İşğaldan azad olunmuş ərazilərin su ehtiyatları və onlardan istifadə olunma metodları" adlı elmi-praktiki Simpozium keçirilmişdir.

2026-cı ilin "Memarlıq və Şəhərsalma ili" elan olunması və Ümumdünya Şəhərsalma Forumunun (WUF 13) Bakıda keçirilməsini nəzərə alaraq AzMİU-nun "Meliorasiya və su təsərrüfatı tikintisi" kafedrasının təşkilatçılığı ilə "İşğaldan azad olunmuş ərazilərin su ehtiyatları və onlardan istifadə olunma metodları" adlı elmi-praktiki simpozium keçirilmişdir. AzMİU-da keçirilən elmi Simpozium Su təsərrüfatı, Meliorasiya və Hidrotexniki qurğular sahəsində aktual problemlərin müzakirəsinə həsr olunub. Elm və praktikanı bir araya gətirən tədbirdə Universitet rəhbərliyi, müəllimlər və tələbələr iştirak ediblər. Simpoziumun açılış mərasimində Universitetin Tədris işləri üzrə prorektoru, professor, Akif Qasımov çıxış edərək Simpoziumun əhəmiyyətindən danışıb. Daha sonra universitetin Elm və innovasiya məsələləri üzrə prorektoru, professor Nigar Aslanova çıxış edib. Sonra Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültəsinin dekanı Elgiz Həsənov Simpoziumun sahə üzrə mühüm elmi platforma olduğunu qeyd edib. Ardınca "Ekologiya" kafedrasının müdiri, professor Fəqan Əliyev çıxış edib.

Məruzəçilər:
1. Paşayev Elbrus Paşa oğlu (ADSEA-NIN Su və Meliorasiya Komplekslərinin Layihələndirilməsi İnstitutunun Publik Hüquqi Şəxs direktoru, dosent) – “İşğaldan azad olmuş ərazilərdə su ehtiyyatları.
2. Əsədov Mamed Yəhya oğlu (ADSEA-NIN Su və Meliorasiya Komplekslərinin Layihələndirilməsi İnstitutunun Publik Hüquqi Şəxs direktor müavini, dosent) – “Su anbarının təsir zonasında yerləşən ərazilərdə meliorasiya işlərinin aparılması”.
3. Mürsəlov Aqil Əli oğlu (AzMİU, Meliorasiya və su təsərrüfatı tikintisi kafedrasının dosenti) – “Torpaq bəndin dayanıqlığının tədqiqi”.
4. Zərbəliyev Mansur Sabir oğlu (AzMİU, Meliorasiya və su təsərrüfatı tikintisi kafedrasının dosenti) – “Sutullayan və suburaxan qurğuların konstruksiyaları və hesablanma metodları”.
5.Əbilov Rəşad Səffan oğlu (Azərbaycan Elmi-Rədqiqat Layihə--Axtarış Energetika İnstitu, Tədris mərkəzi, böyül elmi işçi) – Hidroqovşaqlarda quraşdırılan SES və balıqburaxan HTQ-nin tədqiqi.

Azərbaycan Memarlıq və İnşaat universitetinin "Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri" fakültəsində ümummil...
08/05/2026

Azərbaycan Memarlıq və İnşaat universitetinin "Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri" fakültəsində ümummilli lider Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə fakültənin müəllim və şagird heyəti iştirak edib, ulu öndərin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, təhsil sahəsinin inkişafı barədə ətraflı çıxışlar səsləndirilib. Tədbir çərçivəsində Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən təqdimatlar nümayiş olunub, tələbələr tərəfindən şeirlər səsləndirilib və onun əziz xatirəsi dərin hörmət və ehtiramla yad edilib. Sonda iştirakçılar bu cür tədbirlərin gənc nəslin vətənpərvərlik ruhunda formalaşmasında mühüm rol oynadığını vurğulayıblar.

"Azərişıq" ASC əməkdaşları AzMİU-da29.04.2026 tarixində "AzMİU"-nun "Mühəndis sistemləri və qurğularının tikintisi" kafe...
04/05/2026

"Azərişıq" ASC əməkdaşları AzMİU-da

29.04.2026 tarixində "AzMİU"-nun "Mühəndis sistemləri və qurğularının tikintisi" kafedrasının təşkilatçılığı ilə "Azərişıq" ASC əməkdaşları tərəfindən "Elektrik və elektronika mühəndisliyi" ixtisası üzrə təhsil alan tələbələr üçün infosessiya keçirilmişdir. Görüş olduqca maraqla qarşılanmış, tələbələri maraqlandıran suallar cavablandırılmışdır. İnfosessiya müzakirələrlə davam etmişdir.

Azərbaycan Memarlıq və İnşaat Universiteti-da keçirilən “Açıq qapı” günü keçirilib. Bu abituriyentlər və onların validey...
02/05/2026

Azərbaycan Memarlıq və İnşaat Universiteti-da keçirilən “Açıq qapı” günü keçirilib. Bu abituriyentlər və onların valideynləri üçün universitet həyatı ilə yaxından tanış olmaq imkanı yaradan tədbirdir.

Belə tədbirlər zamanı adətən:

Universitetin fakültələri və ixtisasları haqqında məlumat verilir
Müəllim heyəti və tələbələrlə görüşlər təşkil olunur
Auditoriyalar, laboratoriyalar və kampus əraziləri nümayiş etdirilir
Qəbul qaydaları və keçid balları barədə izahat verilir

“Açıq qapı” gününün məqsədi gələcək tələbələrə düzgün ixtisas seçimi etməyə kömək etmək və universitet haqqında real təsəvvür yaratmaqdır. "Stmks" fakültəsinin professor müəllim heyəti və tələbələr aktiv iştirak etmişdirlər.

"Ekologiya" kafedrasının elmi seminarı keçirilmişdir. Seminarda "Ekologiya" kafedrasinin dosenti, f.ü.f.e.d Salamov Okta...
27/04/2026

"Ekologiya" kafedrasının elmi seminarı keçirilmişdir.

Seminarda "Ekologiya" kafedrasinin dosenti, f.ü.f.e.d Salamov Oktay Mustafa oğlu “Texniki və intellektual yaradıcılığın hüquqi qorunması. Yaşıl energetika sahəsində ixtiraların hazırlanması və patentləşdirilməsi qaydaları" movzusunda çıxış etmişdir.
O. Salamovun çıxışı olduqca maraqla qarşılanmış, iştirakçıların sualları cavablandırılmışdır. Seminar müzakirələrlə davam etmişdir.

353a1 və 353a2 qrup tələbələrinin hazırladığı stasionar dəniz platformasının modeliFənn: Dəniz hidrotexniki qurğuları-1F...
27/04/2026

353a1 və 353a2 qrup tələbələrinin hazırladığı stasionar dəniz platformasının modeli

Fənn: Dəniz hidrotexniki qurğuları-1
Fənn müəllimi: V.Məmmədova

"Mühəndis sistemləri və qurğularının tikintisi" kafedrasının təşkilatçılığı ilə "Hava qızdırıcıları və hava soyuducuları...
14/04/2026

"Mühəndis sistemləri və qurğularının tikintisi" kafedrasının təşkilatçılığı ilə "Hava qızdırıcıları və hava soyuducuları" adlı seminar keçirilmişdir. Seminarda "PROES" şirkətinin direktoru Samir Bəşirov çıxış etmiş, seminar iştirakçılarına mövzu ilə bağlı ətraflı məlumat vermişdir. S. Bəşirovun təqdimatı olduqca maraqla qarşılanmış, iştirakçıların sualları cavablandırılmışdır. Seminar müzakirələrlə davam etmişdir.

14/04/2026
Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültəsi Meliora...
11/04/2026

Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültəsi Meliorasiya və su təsərrüfratı tikintisi kafedrasının dosenti Könül Qafarbəyli Orhun mübadiləsı proqramı çərçivəsində Turkiyənin Sakarya Dövlət Universitetində səfərdə olub.

Ezamiyyət dövründə o, İnşaat mühəndisliyi, Çevrə mühəndisliyi, Dizayn və memarlıq fakültələrinin rəhbərləri, tələbə-müəllim heyəti ilə tanış olub, tədris və elmi-tədqiqat prosesləri, gələcək müştərək elmi işlər barədə müzakirələr aparıb.

Könül Qafarbəyli Çevrə mühəndisliyi fakültəsində müəllim və tələbələr üçün AzMİU barədə ingilis dilində slaydla çıxış edib. Daha sonra Torpak çirkliliyi və idarəetməsi” adlı slayd ilə türk dilində tələbələrə dərs keçib.

Səfər çərçivəsində o, müasir laboratoriyalara baxış keçirilib, aparılan elmi-tədqiqat işləri, müasir, innovativ yanaşmalarla yaxından tanış olub. Gorüşlər çərçivəsində gələcəkdə ortaq layihələr, tələbə və müəllim mübadilələri müzakirə edilib.

Qeyd edək ki, bu səfər AzMİU ilə Sakarya Dövlət Universiteti arasında elmi və akademik əlaqələrin inkişafına töhfə kimi qiymətləndiriməlidir.

Address

Azərbaycan Memarlıq Və İnşaat Universiteti
Baku
1103

Website

Alerts

Be the first to know and let us send you an email when Stmks.azmiu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share