CELTA Uğrunda: İngilis Dili Müəllimlərinin Şəxsi İnkişaf Proqramı

CELTA Uğrunda: İngilis Dili Müəllimlərinin Şəxsi İnkişaf Proqramı

Share

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Təhsildə İnkişaf və İnnovasiyalar üzrə Qrant Müsabisəqinin qalibi.

24/02/2025

“CELTA Uğrunda: İngilis Dili Müəllimlərinin Şəxsi İnkişaf Proqramı” layihəsinin bağlanış mərasimi keçirilib.

30 region müəlliminə Udemy platforması üzərindən CELTA hazırlıq kursu təqdim edən layihə uğurla başa çatıb. Respublikanın müxtəlif bölgələrindən olan ingilis dili müəllimləri bu kurs sayəsində məktəblərində ingilis dili tədrisini təkmilləşdirmək üçün yeni metodlarla tanış olub və CELTA sertifikatını əldə etməyə bir addım da yaxınlaşıblar. Bununla yanaşı, layihə çərçivəsində müəllimlər arasında şəbəkələşmə təmin edilib və təcrübə mübadiləsi təşviq olunub.

Onlayn formatda baş tutan bağlanış tədbirində iştirakçı müəllimlər layihə və kursla bağlı müsbət təəssüratlarını bölüşüb, əldə etdikləri nailiyyətlərdən danışıblar. Eyni zamanda, layihənin ümumi gedişatı dəyərləndirilib və iştirakçıların rəy və təklifləri toplanılıb.

Xatırladaq ki, bu layihə Azərbaycanın region və kəndlərində çalışan 30 ingilis dili müəlliminə Udemy platforması vasitəsilə CELTA hazırlıq kursunu təqdim edərək, bölgələrdə akkreditə olunmuş peşəkar təhsilverənlərin sayını artırmağı və ingilis dili təhsilinin keyfiyyətini yüksəltməyi hədəfləyib.

Layihə Bakı şəhəri C. Əskərov adına 50 nömrəli tam orta məktəbin ingilis dili müəllimi Vəfa Məmmədova tərəfindən “Gənc Xarici Dil Müəllimləri” Birliyi ilə tərəfdaşlıq çərçivəsində icra olunub.

Photos from CELTA Uğrunda: İngilis Dili Müəllimlərinin Şəxsi İnkişaf Proqramı's post 24/02/2025

“CELTA Uğrunda: İngilis Dili Müəllimlərinin Şəxsi İnkişaf Proqramı” layihəsinin açılış mərasimi keçirilib.

Tədbirdə layihənin rəhbəri Vəfa Məmmədova və eksperti Günay Əkbərova çıxış ediblər. Onlar layihənin məqsədi və vəzifələri, eyni zamanda, "Udemy" saytından əldə olunmuş CELTA hazırlıq kursu haqqında məlumat veriblər. Çıxışlarda CELTA sertifikatının və hazırlıq kursunun əhəmiyyəti vurğulanıb və iştirakçılar üçün faydalı tövsiyələr verilib.

Layihənin əsas məqsədi Azərbaycanın regionlarında və kənd yerlərində çalışan ingilis dili müəllimlərinə Udemy üzərindən CELTA hazırlıq kurslarının keçirilməsini təmin etməklə Azərbaycanın kənd və rayonlarında akkreditə olunmuş peşəkar təhsilverənlərin sayını və ingilis dili təhsilinin keyfiyyətini artırmaqdan ibarətdir.

Qeyd edək ki, 30 region müəllimi üçün Udemy üzərindən CELTA hazırlıq kursu əldə olunub və müəllimlər arasında bilik və təcrübə mübadiləsini təşviq etmək məqsədilə mütəmadi olaraq şəbəkələşmə görüşləri təşkil olunacaq.

Layihə Bakı şəhəri C. Əskərov adına 50 nömrəli tam orta məktəbin ingilis dili müəllimi Vəfa Məmmədova tərəfindən “Gənc Xarici Dil Müəllimləri” Birliyi ilə tərəfdaşlıq çərçivəsində icra olunur.

11/12/2024

📢 İngilis dili müəllimlərinin nəzərinə!

Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalibi olan "CELTA Uğrunda: İngilis Dili Müəllimlərinin Şəxsi İnkişaf Proqramı" layihəsinə qeydiyyat açıq elan edilir!

Layihənin əsas məqsədi Azərbaycanın regionlarında və kənd yerlərində çalışan ingilis dili müəllimlərinə Udemy portalı üzərindən CELTA hazırlıq kurslarının keçirilməsini təmin etməklə ingilis dili təhsilinin keyfiyyətini artırmaqdan ibarətdir. Layihə çərçivəsində 30 region müəllimi üçün Udemy saytından CELTA hazırlıq kursu əldə olunacaq və CELTA imtahanına hazırlıq prosesində lazım ola biləcək əlavə vəsaitlər təqdim olunacaq.

Qeyd edək ki, layihə Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsi və “Gənc Xarici Dil Müəllimləri” Birliyi ilə tərəfdaşlıq çərçivəsində həyata keçirilir.

Qeyd: CELTA Kursunun təqdim olunması və layihədə iştirak ödənişsizdir. Layihə yalnız ingilis dili müəllimləri üçün nəzərdə tutulub.

🔗Qeydiyyat linki: https://forms.gle/gyQS95PRzrSd3iP67
⏳Son müraciət tarixi: 13.12.2024, saat 15:00

Qeydiyyatdan keçməyə tələsin!

Want your school to be the top-listed School/college?

Telephone

Website