24/08/2026
🇦🇿
Türkiyənin İzmir şəhərində yerləşən Space CampTurkey mərkəzində Türk Dövlətləri Təşkilatının təşkilatçılığı ilə IV Kosmik Düşərgə keçirilir. ⛺🛰️
Düşərgə Azərkosmosun nəzdində fəaliyyət göstərən KOSMİK Akademiya, “ZƏFƏR” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə və Azərbaycan Hava Yollarının (AZAL) dəstəyi ilə həyata keçirilir.
🚀 IV Kosmik Düşərgənin əsas məqsədi gənc nəslin STEM (elm, texnologiya, mühəndislik və riyaziyyat) sahələrinə marağını artırmaq, onların innovasiya və kosmos texnologiyaları istiqamətində bilik və bacarıqlarının inkişafına dəstək verməkdir. KOSMİK Akademiya tərəfindən həyata keçirilən bu təşəbbüs şəhid ailələrinin övladlarının elm və texnologiya sahəsində inkişafına dəstək göstərməklə yanaşı, onların gələcək karyera seçimlərinə müsbət təsir göstərir, kosmos və innovasiya sahələrində yeni uğurlar qazanmaq üçün motivasiya yaradır.
***
🇬🇧
The 4th Space Camp is being held at Space Camp Türkiye in İzmir, Türkiye, under the organization of the Organization of Turkic States. ⛺🛰️
The camp is organized by Azercosmos' SPACE Academy in collaboration with the “ZƏFƏR” Public Union for Support to Families of Martyrs, with the support of Azerbaijan Airlines (AZAL).
🚀 The main objective of the 4th Space Camp is to increase young people’s interest in STEM (science, technology, engineering, and mathematics), while supporting the development of their knowledge and skills in innovation and space technologies. This initiative, implemented by SPACE Academy, not only supports the development of children of martyr families in the fields of science and technology, but also positively contributes to their future career choices and motivates them to achieve new successes in space and innovation.