02/02/2015
Azərbaycanda elektron ticarətin inkişafına dəstək olmaq üçün təşkil etdiyimiz tədbirlərin sırasına daha biri əlavə olunur.
20 Fevral tarixində Shopera.az və ETİ (eTicarət İcması)-nın təşkilatçılığı ilə "eTicarət Zirvəsi" baş tutacaq. Tədbirdə bank və şirkət nümayəndələri 2014 eticarət hesabatlarından, 2015 hədəflərindən və strategiyalarından danışacaqlar.
Ölkəmizdə ilk dəfə təşkil olunan eTicarət Zirvəsi-nə qatılmaq üçün biletləri göstərilən nömrələrlə əlaqə saxlayaraq əldə edə bilərsiniz. Qeyd edək ki, qısa müddət sonra biletləri www.shopera.az saytından da əldə etmək mümkün olacaq.
Biletin qiyməti : 50 AZN