16/03/2025
Elm və Təhsil Nazirliyi tərəfindən elan olunan Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalibi olan "Süni İntellekt Əsaslı Virtual Biologiya" layihəsinin uğurla başa çatmasına həsr olunmuş bağlanış tədbiri keçirilib.
Tədbirdə Bakı şəhər 164 nömrəli tam məktəbin direktoru Kəmalə Qədirova,direktor müavini Nazimə Zeynalova , layihənin eksperti 83 nömrəli tam orta məktəbin biologiya müəllimi Kəmalə İslam, layihənin təlimçsi 189-190 nömrəli məktəbin biologiya müəllimi Elnarə Nərimanova çıxış edərək layihənin gedişatı, əldə olunan nailiyyətlər və gələcək perspektivlər barədə fikirlərini bölüşüblər.
Layihənin rəhbəri, Bakı şəhəri 164 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini İlahə Məmmədova çıxış edərək layihənin uğurları, əldə olunan nəticələr və gələcək perspektivlər haqqında məlumat verib.
Dörd ay davam edən layihə çərçivəsində Fizika, Kimya, Biologiya, Coğrafiya və Təbiət fənlərini tədris edən mentor müəllimlər və 6-8-ci sinif şagirdləri süni intellekt və virtual laboratoriyaların imkanlarından istifadə edərək interaktiv və təhlükəsiz mühitdə praktiki biliklər qazanıblar. Təlimlər Olab, Quiver, Virtualy-tee, Phet-Colorado, Planeta 42, Virtual Anatomy, 3D Mozaik, VR Recorder və digər platformalar vasitəsilə həyata keçirilib.
Layihənin əsas məqsədi şagirdlərin elmi tədqiqat və praktiki bacarıqlarını inkişaf etdirmək, gələcək karyera seçimlərinə dəstək olmaq və ekoloji yönümlü layihələrdə iştiraklarını təşviq etmək idi. Bu müddət ərzində 25 şagird və bir qrup müəllim innovativ təlim metodlarından istifadə edərək bilik və bacarıqlarını genişləndiriblər.
Bağlanış tədbirində iştirakçılar layihənin gedişatını əks etdirən təqdimat və çıxışlarla tanış olub, əldə olunan nailiyyətləri yüksək qiymətləndiriblər. Tədbirin sonunda layihədə fəal iştirak edən şagirdlər və müəllimlər sertifikatlarla təltif olunublar.
Bu layihənin uğurla başa çatması süni intellekt və virtual reallıq texnologiyalarının təhsil prosesinə inteqrasiyasının əhəmiyyətini bir daha nümayiş etdirdi. Gələcəkdə bu cür innovativ layihələrin davam etdirilməsi, təhsildə yeni texnologiyaların tətbiqinin genişləndirilməsi məqsədəuyğun hesab edilir.
Layihəyə töhfə verən hər kəsə təşəkkür edir, gələcək fəaliyyətlərinizdə uğurlar arzulayırıq!
13/03/2025
"Süni İntellekt Əsaslı Virtual Biologiya" Layihəsinin Şagirdlərlə Yekun Təlimi Keçirildi
10.03.2025-ci ildə Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalibi olan "Süni İntellekt Əsaslı Virtual Biologiya" layihəsi çərçivəsində şagirdlərlə yekun təlim təşkil olundu.
Təlim zamanı layihənin təlimçisi Elnarə Nərimanova “Artırılmış reallığın tədris prosesinə tətbiqi” mövzusunda təqdimat keçirdi. Şagirdlər artıq VR eynəklərdən istifadə qaydalarını mənimsəmiş və Biologiya və Kimya fənləri üzrə simulyativ fəaliyyətləri sərbəst şəkildə icra etdilər.
Təlimin praktiki hissəsində şagirdlər:
Kimya fənni üzrə "VXRlabs" platformasında “Hidrogen qazının ayrılması”, “Kimya laboratoriyasında təhlükəsizlik qaydaları”, “Metalların xassələri” kimi virtual eksperimentlər apardılar.
Biologiya fənni üzrə “İnsanın həzm sistemi”, “İnsanın skeleti”, “İnsanın ifrazat sistemi”, “Qurbağanın daxili quruluşu” mövzularını virtual mühitdə araşdırdılar.
Mikroskopla görünməyən strukturları öyrənərək, canlı orqanizmlərin daxili quruluşu ilə yaxından tanış oldular.
Bu təlim şagirdlərin nəzəri bilikləri praktik bacarıqlarla birləşdirməsinə və təbiət fənlərində innovativ tədris üsullarından istifadə etməsinə imkan yaratdı.
Təlimin məqsədi:
✅ Bioloji hadisələrin və təbiət fənlərində praktik işlərin virtual görüntülərlə izahı;
✅ Onlayn alətlərlə məlumat axtarışı və istifadəsi;
✅ Təbiət fənlərinə uyğun tədris materiallarının və sualların hazırlanması;
✅ Tədris prosesinə Veb 2.0 alətlərinin tətbiqi;
✅ İstedadlı şagirdlərin aşkarlanması və onların motivasiyası üçün virtual simulyasiyalardan istifadə.
Bu təlim süni intellekt və artırılmış reallıq texnologiyalarının tədris prosesinə uğurla inteqrasiyasına və şagirdlərin elmi araşdırma bacarıqlarının inkişafına töhfə verdi.
Layihə rəhbəri:
Layihə Eksperti:
Layihə Təlimçisi:
13/03/2025
"Süni İntellekt Əsaslı Virtual Biologiya" Layihəsinin Növbəti Təlimi Müəllimlərlə Keçirildi
06.03.2025-ci ildə Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalibi olan "Süni İntellekt Əsaslı Virtual Biologiya" layihəsi çərçivəsində növbəti təlim müəllimlərin iştirakı ilə təşkil olundu.
Təlimdə layihənin təlimçisi Elnarə Nərimanova tərəfindən “Virtual laboratoriyaların tədris prosesinə tətbiqi üzrə təqdimatların dinlənilməsi” adlı tapşırıq keçirildi. Təlimdə Biologiya, Fizika və Kimya fənləri üzrə mentor müəllimlərin simulyativ fəaliyyətləri və onların dərs prosesində tətbiq istiqamətləri müzakirə olundu.
Dərsin mövzusu, məqsədi və standartları müəyyən edildikdən sonra mentor müəllimlər dərsin mərhələlərini təqdim etdilər və virtual laboratoriyaların dərsin hansı mərhələsində tətbiq edilə biləcəyi müzakirə olundu.
Bu təlim müəllimlərin virtual laboratoriyalar və süni intellekt əsaslı tədris metodları barədə biliklərini artıraraq, innovativ yanaşmaların tətbiqini daha da gücləndirməyə xidmət edir.
Layihə rəhbəri:
Layihə Eksperti:
Layihə Təlimçisi:
13/03/2025
"Süni İntellekt Əsaslı Virtual Biologiya" Layihəsi Çərçivəsində Növbəti Təlim Keçirildi
03.03.2025-ci ildə Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalibi olan "Süni İntellekt Əsaslı Virtual Biologiya" layihəsi çərçivəsində növbəti təlim təşkil olundu.
Layihənin təlimçisi Elnarə Nərimanova “Artırılmış reallığın tədris prosesinə tətbiqi” mövzusunda təqdimat keçirdi. Şagirdlər əvvəlcə VR eynəklərindən istifadə qaydalarını öyrəndilər, daha sonra Biologiya və Kimya fənləri üzrə simulyativ fəaliyyətlər icra etdilər. "VXRlabs" platformasından istifadə edərək "Qurbağanın daxili quruluşu" mövzusunda virtual əməliyyat apardılar və daxili orqanların quruluşu ilə tanış oldular.
Təlim zamanı şagirdlər nəzəri biliklərlə yanaşı praktik bacarıqlar da əldə etdilər.
Təlimin məqsədləri:
✅ Bioloji hadisələrin izahı, təbiət fənlərində praktik işlər və eksperimentlər üçün virtual vasitələrdən istifadəni öyrətmək.
✅ Təbiət fənlərinə uyğun tədris materialları və interaktiv sualların hazırlanması.
✅ Tədris prosesində Veb 2.0 alətlərinin tətbiqi.
✅ İstedadlı uşaqların aşkarlanması üçün virtual simulyasiyaların əhəmiyyətini və onların motivasiyaedici rolunu vurğulamaq.
Layihə rəhbəri:
Layihə Eksperti:
Layihə Təlimçisi:
22/02/2025
"Süni intellekt əsaslı Virtual Biologiya" layihəsi çərçivəsində növbəti təlim müəllimlər üçün təşkil olundu
20.02.2025-ci il Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalibi olan "Süni intellekt əsaslı Virtual Biologiya" layihəsi çərçivəsində növbəti təlim müəllimlərlə keçirildi.
Təlimçi Elnarə Nərimanova “Virtual laboratoriyaların əhəmiyyəti” adlı təqdimatında virtual laboratoriyaların təhsildə rolu haqqında məlumat verdi. Təlimdə iştirakçılar "PhET Colorado" adlı virtual platforma ilə tanış oldular və biologiya, fizika və kimya fənləri üzrə simulyativ fəaliyyətlər icra etdilər.
Təlim zamanı müəllimlər "PhET Colorado" virtual laboratoriyasının əsas xüsusiyyətləri ilə bağlı təlimat aldılar. Daha sonra onlar öz fənlərinə uyğun mövzu seçərək layihə çərçivəsində tanış olduqları virtual laboratoriyalardan istifadə edərək “Dərs nümunəsi” hazırlamaq tapşırığını yerinə yetirdilər. Müəllimlər dərsin mövzusu, məqsədi və standartlarını müəyyən etdikdən sonra, dərsin hansı mərhələsində simulyativ platformaların tətbiq olunmasının məqsədəuyğunluğu müzakirə olundu. Təlimçi tərəfindən müxtəlif istiqamətlər üzrə təlimatlar verildi.
Təlimin məqsədi:
Bioloji hadisələrin, təbiət fənlərində praktik işlərin və eksperimentlərin öyrənilməsi üçün virtual görüntülərdən istifadə qaydalarının mənimsənilməsi
Təbiət fənlərinə uyğun tədris materiallarının və sualların hazırlanması
Tədris prosesinə Veb 2.0 alətlərinin tətbiqi
İstedadlı uşaqların aşkarlanması və onların motivasiyası üçün virtual simulyasiyaların əhəmiyyəti
Layihə rəhbəri:
Layihə Eksperti:
Layihə Təlimçisi:
22/02/2025
Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalibi olan "Süni intellekt əsaslı Virtual Biologiya" layihəsi çərçivəsində növbəti təlim 10.02. 2025 tarixində şagirdlərin iştirakı ilə təşkil edildi. Bu təlim, təhsil prosesində innovativ texnologiyaların tətbiqini genişləndirmək və müəllimləri müasir rəqəmsal alətlərlə tanış etmək məqsədini daşıyır.
Təlimin əsas məqsədi şagirdlərə virtual laboratoriyaların imkanlarından səmərəli istifadə etməyi öyrətmək və onların biologiya sahəsində tədqiqat aparmaq bacarıqlarını gücləndirməkdir. Süni intellekt və interaktiv virtual mühitlər vasitəsilə şagirdlər eksperimentlər aparmaq, nəticələri təhlil etmək və real həyat problemlərini həll etmək üçün tədqiqat yönümlü düşüncə tərzi inkişaf etdirəcəklər.
Təlimin Nəticələri
Bu təlimi uğurla tamamlayan şagirdlər aşağıdakı bilik və bacarıqlara yiyələnəcəklər:
✅ Virtual laboratoriyaların mahiyyətini və üstünlüklərini izah etmə bacarığı: Şagirdlər virtual laboratoriyaların ənənəvi laboratoriyalara alternativ kimi necə istifadə olunduğunu və onların təhsil prosesində hansı üstünlüklər yaratdığını anlayacaqlar.
✅ "Olabs" virtual laboratoriyası ilə işləmə bacarığı: Şagirdlər Olabs platformasından istifadə etməyi öyrənərək, interaktiv laboratoriya təcrübələri aparacaq və nəticələri təhlil edəcəklər.
✅ "Phet Colorado" virtual platformasında təcrübələrin aparılması: Şagirdlər Phet Colorado platformasından istifadə edərək, müxtəlif biologiya təcrübələri icra edəcək və bu bilikləri öyrənmə mühitinə tətbiq edəcəklər.
Bu təlim, şagirdlərin yalnız biologiya elmi üzrə biliklərini artırmaqla kifayətlənmir, eyni zamanda onların analitik düşüncə, rəqəmsal savadlılıq və tədqiqat bacarıqlarını inkişaf etdirir. Virtual laboratoriyalar sayəsində şagirdlər real həyatda çətin və ya riskli ola biləcək təcrübələri təhlükəsiz və interaktiv şəkildə yerinə yetirə bilərlər. Bu yanaşma həm də distant təhsil imkanlarını genişləndirərək, tədrisin daha əlçatan və çevik olmasını təmin edir.
Layihə Rəhbəri
Layihə Eksperti
Layihə Təlimçisi
21/02/2025
Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalibi olan "Süni intellekt əsaslı Virtual Biologiya" layihəsi çərçivəsində növbəti təlim 10.01 2025 tarixində onlayn olaraq təşkil edildi. Bu təlim, təhsil prosesində innovativ texnologiyaların tətbiqini genişləndirmək və müəllimləri müasir rəqəmsal alətlərlə tanış etmək məqsədini daşıyır.
Təlimin əsas hissəsi layihənin təlimçisi Nərimanova Elnarə tərəfindən "Virtual laboratoriyaların əhəmiyyəti" mövzusunda təqdimatla başladı. Təqdimat zamanı iştirakçılar "Olabs" virtual platforması ilə tanış oldular və bu platformanın tədrisdə istifadəsinin üstünlüklərini öyrəndilər. Daha sonra Biologiya, Fizika və Kimya fənləri üzrə simulyativ fəaliyyətlər icra edərək, praktiki məşğələlər həyata keçirdilər.
"Olabs" virtual laboratoriyasının əsas xüsusiyyəti ondan ibarətdir ki, şagirdlər bu platformadan istifadə edərək addım-addım eksperimentlər icra edir, nəticələri qeydə alır, prosesi təhlil edir və dəyərləndirirlər. Bu yanaşma, şagirdlərin elmi-tədqiqat bacarıqlarını inkişaf etdirməklə yanaşı, onların laboratoriya işlərinə daha interaktiv və vizual yanaşmasına şərait yaradır.
Təlimdə iştirak edən müəllimlər, tədris etdikləri fənlər üzrə interaktiv dərs metodikasını tətbiq edərək, virtual simulyasiyalar üzərində praktik çalışmalar apardılar. Onlar həmçinin "Olabs" və digər rəqəmsal resurslardan istifadə etməklə, şagirdlərin fənlərə marağını artırmaq və onlara daha dərin anlayış qazandırmaq yollarını araşdırdılar.
Həmçinin, müəllimlər üçün olduqca faydalı olan “Magic School” platformasından istifadə edilərək tədris prosesinə inteqrasiya olundu. Layihə iştirakçıları ekran paylaşımı edərək fənlərinə uyğun axtarışlar apardılar və bu platformanın funksionallığını dərindən öyrəndilər.
Axtarış prosesi zamanı müəllimlər aşağıdakı fəaliyyətləri icra etdilər:
Mətnlər əsasında açıq və qapalı sualların hazırlanması;
Videoizahlar üzərindən testlərin tərtib edilməsi;
5E modeli əsasında gündəlik icmalın hazırlanması;
Müxtəlif mövzular üzrə PowerPoint təqdimatlarının hazırlanması.
Bundan əlavə, müəllimlər ekran paylaşımı edərək "Magic School" platformasının geniş imkanlarını daha dərindən araşdırdılar və onun tədrisdə effektiv istifadəsi ilə bağlı müzakirələr apardılar. Bu yanaşma, müəllimlərin rəqəmsal resurslardan daha səmərəli istifadə etməsinə və dərs prosesini daha interaktiv təşkil etməsinə töhfə verdi.
Layihə Rəhbəri
Layihə Eksperti
Layihə Təlimçisi
17/02/2025
“Süni intellekt əsaslı Virtual Biologiya” layihəsi çərçivəsində növbəti təlim təşkil olundu
26.12.2024-cü ildə Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalibi olan “Süni intellekt əsaslı Virtual Biologiya” layihəsi çərçivəsində növbəti təlim keçirildi.
Layihənin təlimçisi Nərimanova Elnarə “Artırılmış reallığın tədris prosesinə tətbiqi” adlı təqdimatında şagirdlərə VR eynəklərdən istifadə qaydalarını izah etdi. Daha sonra şagirdlər biologiya, fizika və kimya fənləri üzrə simulyativ fəaliyyətlər icra etdilər. Həmçinin “Virtuali Tee” platformasından və xüsusi köynəkdən istifadə edərək insan orqanizmini anatomik və fizioloji baxımdan öyrəndilər və 3D görüntüləri araşdırdılar.
Təlimdə iştirak edən müəllimlər öz fənlərində interaktiv dərs metodlarını tətbiq etməklə yanaşı, müxtəlif nümunələri simulyasiyalar vasitəsilə icra etdilər.
Təlimin məqsədi:
Bioloji hadisələri, təbiət fənlərində praktik işləri və eksperimentləri virtual görüntülərlə dəstəkləmək.
Təbiət fənlərinə uyğun tədris materiallarının və test suallarının hazırlanması.
Tədris prosesinə Veb 2.0 alətlərinin inteqrasiyası.
İstedadlı şagirdlərin aşkarlanması və onların motivasiyasını artırmaq üçün virtual simulyasiyalardan istifadə.
Bu təlim süni intellekt və artırılmış reallığın tədris prosesinə inteqrasiyasını genişləndirərək, müəllim və şagirdlər üçün yeni imkanlar yaratmağı hədəfləyir.
Layihə Rəhbəri
Layihə Eksperti
Layihə Təlimçisi
--
24/12/2024
16 dekabr 2024-cü il tarixində Təhsildə inkişaf və innovasiyalar üzrə VIlI qrant müsabiqəsinin qalibi olan " Süni intellekt əsaslı Virtual biologiya” layihəsinin ikinci təlimi baş tutdu. Təlim Teams platforması üzərindən onlayn keçirildi.
Layihənin təlimçisi Nərimanova Elnarə “Süni intellektin tədris prosesinə tətbiqi” adlı təqdimatında insanı süni intellektdən fərqləndirmək mümkündürmü ?sualı ətrafında müzakirə apardı. Həmçinin ChatGPT və “Microsoft Copillot” platformalarından istifadə edərək tədris prosesində tətbiqinə dair geniş məlumat verdi.Layihə iştirakçıları ekran paylaşımı edərək fənlərinə uyğun axtarışları həyata keçirdilər.
Həmçinin icra planına əsasən “3D Mozaik” tətbiqindən istifadə edərək Təbiət fənlərində interaktiv dərsin qurulmasına aid nümunələr simulyasiyalarla icra edildi.
3D mozaik platformasının əsas məqsədi təhsil və təlim məqsədilə üçölçülü modelləri interaktiv şəkildə öyrənmə və araşdırma imkanı təqdim edir.
Təbiət elmləri, coğrafiya və anatomiya kimi mövzuları vizual və praktiki olaraq öyrənməkdə istifadə olunur.
Layihə Rəhbəri
Layihə Eksperti
Layihə Təlimçisi
--
16/12/2024
5 dekabr 2024-cü il tarixində " Süni intellekt əsaslı virtual Biologiya” layihəsi ilk təlimini təşkil etdi.
Layihənin təlimçisi Nərimanova Elnarə ilkin diaqnostik sorğu apardıqdan sonra “Layihə əsaslı öyrənmə” nədir və “Layihə əsaslı öyrənmə “nin dərs prosesinə tətbiqi ,mərhələlərinin icra olunması haqqında müzakirələr apardı.
Həmçinin icra planına əsasən "Quiver Vision" tətbiqindən istifadə edərək təbiət fənlərində interaktiv dərsin qurulmasına aid nümunələri müəllimlərlə birgə simulyasiyalarla icra etdilər.
"Quiver Vision" təlimi xüsusilə artırılmış reallıq (AR) texnologiyasından istifadə etməklə uşaqların öyrənmə prosesini daha maraqlı və interaktiv hala gətirməyi hədəfləyir. Bu təlimdə əsas məqsədlər bunlardır:
Vizual və interaktiv öyrənmə təcrübəsi yaratmaq:
Yaradıcılığı stimullaşdırmaq:
Kurikuluma uyğunlaşdırılmış öyrənmə:
Texnologiya ilə erkən tanışlıq:
Motivasiya və diqqətin artırılması:
Tədris prosesinə Veb 2.0 alətlərin tətbiq edilməsi:
İstedadlı uşaqların aşkarlanmasında virtual simulyasiyaların əhəmiyyəti və motivasiya mənbəyi haqqında.
Layihə Rəhbəri
Layihə Eksperti
Layihə Təlimçisi
--
30/11/2024
Elm və Təhsil Nazirliyi tərəfindən elan olunan Təhsildə İnkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalibi "Süni intellekt əsaslı virtual Biologiya" layihəsinin açılış tədbiri keçirilib.
Layihənin açılış tədbirində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təhsilin keyfiyyətinə nəzarət sektorunun müdiri Anar Mustafazadə,Təlimə Dəstək Mərkəzinin metodisti Çinarə Cəbrayılova, təlimçi Elnarə Nərimanova, məktəb rəhbərliyi və müəllimlər iştirak ediblər. Nəzərinizə çatdırırıq ki,layihənin rəhbəri Bakı şəhəri 164 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini İlahə Məmmədovadır.
Layihənin əsas məqsədi Süni intellektin və virtual laboratoriyaların imkanlarından istifadə edərək təhlükəsiz, xərcsiz və interaktiv öyrənmə mühitində təcrübələr keçirmək və bacarıqlar formalaşdırmaq , şagirdlərin gələcək karyera seçiminə şərait yaratmaq, müxtəlif ekoloji və bacarıq yönümlü layihələrdə iştirak etməkdir.
Layihənin əhatə etdiyi müddət 10.10.2024-11.03.2025 tarixlərində 4 ay müddətində davam edəcəkdir.Layihə təlimləri 2 saat olmaqla 10 təlim günü (cəmi 20 saat) əyani və onlayn olmaqla həyata keçiriləcək.
Təlimlərə Fizika,Kimya,Biologiya,Coğrafiya,Təbiət fənlərini tədris edən mentor müəllimlərin və 6,7,8-ci sinif olmaqla 25 şagirdin cəlb edilməsi nəzərdə tutulur. Təlimlərin təşkilində məqsəd Olab,Quiver,Virtualy-tee,Phet-colorado ,Planeta 42 , Virtual anatomy,3D Mozaik ,VR recorder, Virtual anatomy kimi platformaları ilə müəllimləri və şagirdləri tanış etmək, dərs prosesində tətbiqinə dəstək verməkdir.