Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Qobustan Rayon Komitəsi

  • Home
  • Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Qobustan Rayon Komitəsi

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Qobustan Rayon Komitəsi Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Qobustan Rayon Komitəsi, Tutor/Teacher, Qobustan şəhəri, .

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı öz üzvlərinin əmək, sosial, iqtisadi hüquqlarını və qanuni mənafelərini müdafiə etmək üçün iş yeri, peşə, ərazi, sahələr üzrə yaradılmış həmkarlar ittifaqı təşkilatlarının ümumölkə birliyidir.

15/06/2026

🇦🇿 Milli Qurtuluş Günü Azərbaycanın sabitlik, birlik və inkişaf yolunda mühüm dönüş nöqtəsi kimi tariximizdə xüsusi yer tutur.
Bu əlamətdar gün münasibətilə xalqımızı təbrik edir, ölkəmizə daim əmin-amanlıq, tərəqqi və rifah arzulayırıq!

13/06/2026

🔔 Bu gün ölkəmizin bütün ümumtəhsil məktəblərində "Son zəng" çalınır.

Əziz məzunlar! Məktəbdə qazandığınız bilik, təcrübə və möhkəm dostluqlar sizin gələcək uğurlarınızın bünövrəsidir. Hər birinizə müstəqil həyat yolunda, qarşıdan gələn imtahanlarda və peşə seçimində uğurlar arzulayırıq!
Yolunuz açıq, gələcəyiniz parlaq olsun!

03/06/2026
27/05/2026

Qurban bayramı mərhəmətin, xeyirxahlığın, paylaşmağın və mənəvi saflığın ən gözəl ifadəsidir. Bu müqəddəs bayram münasibətilə xalqımızı ürəkdən təbrik edir, hər bir ailəyə sağlamlıq, əmin-amanlıq, ruzi-bərəkət və sevinc dolu günlər arzulayıram.

27/05/2026
🇦🇿 Azərbaycan dövlətinin memarı və qurucusu Ümummilli Lider Heydər Əliyevin anadan olmasından 103 il ötür.Dahi şəxsiyyət...
10/05/2026

🇦🇿 Azərbaycan dövlətinin memarı və qurucusu Ümummilli Lider Heydər Əliyevin anadan olmasından 103 il ötür.
Dahi şəxsiyyətin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edirik.

Qobustan Gənclər Evində Qobustan Rayon İcra Hakimiyyətinin, YAP Qobustan rayon təşkilatının, DŞRT-nin Qobustan rayonu üz...
08/05/2026

Qobustan Gənclər Evində Qobustan Rayon İcra Hakimiyyətinin, YAP Qobustan rayon təşkilatının, DŞRT-nin Qobustan rayonu üzrə Təhsil sektorunun və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Qobustan Rayon Komitəsinin birgə təşkilatçılığı ilə "Şəhərsalma və Memarlıq ili " çərçivəsində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş " Heydər Əliyev və Yeni Azərbaycan " adlı tədbir keçirildi.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi, Ulu Öndər Heydər Əliyevin və Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu.
Daha sonra Ulu Öndər Heydər Əliyevin həyat və yaradıcılığına həsr olunmuş "Heydər Əliyev və Yeni Azərbaycan" adlı filmə baxıldı.
Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov,YAP Qobustan rayon təşkilatının sədri Qasım Qasımov, Qobustan rayonu üzrə Təhsil sektorunun müdiri Anar Osmanov, ETİHİ Qobustan Rayon Komitəsinin sədri Mahir Soltanov,Təklə Mirzəbaba kənd tam orta məktəbinin müəllimi Çinarə Abuzərova və canlı əfsanə, "Vətən Müharibəsi Qəhrəmanı" Mirdamət Bağıyevin atası Səristan Bağıyev çıxış etdilər.
Çıxışlar bitdikdən sonra partiya fəalı, uzun illər Poladlı kənd tam orta məktəbinin direktoru olmuş Ağamahmud İsmayılov 80 illik yubileyi münasibətilə YAP Qobustan rayon təşkilatının Fəxri Fərmanı və qiymətli hədiyyəsiylə mükafatlandırıldı.Təhsildə qazandığı nailiyyətlərə görə 4 nəfər müəllim, Vüsalə Hüseynova, şagirdi Şəhrizad Cavadlı Respublika fənn olimpiadalarında (RFO) Tarix fənni üzrə qızıl medal qazandığına, Vəfa Əhmədova şagirdi Arzu Ağayeva RFO-da Azərbaycan dili fənni üzrə gümüş medal qazandığına, Altay Əmirov rəhbərliyi ilə komandası ,,Şahin,, idman oyunlarında I yerə layiq görüldüyünə, Dilarə İsmayılova şagirdi Ələddin Səfərli " Ən yaxşı təqdimat" müsabiqəsində II yerə layiq görüldüyünə görə ETİHİ Qobustan Rayon Komitəsinin hədiyyəsi və Təşəkkürnaməsi ilə mükafatlandırıldılar.
Tədbirin rəsmi hissəsi Yeni Azərbaycan Partiyası Himninin sədaları altında başa çatdı.

08/05/2026

Address

Qobustan şəhəri

3700

Telephone

+994505870025

Website

Alerts

Be the first to know and let us send you an email when Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Qobustan Rayon Komitəsi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Qobustan Rayon Komitəsi:

Shortcuts

  • Want your school to be the top-listed School/college?

Share