English World Language Centre

English World Language Centre

Share

Improve your English and change the world! Jafar Jabbarli 44, Caspian plaza 3/4th floor

14/01/2026

Nomigrin 85 mg/500 mg( şiddətli miqren tutanda yarım saat sonra təsirini əla göstərir). Triptyl 10 mg ( miqren və oynaq ağrılarını yaranmağa qoymur)

11/01/2026

Bəzən təbiət gücünü göstərir, amma dərsini də özü ilə gətirir. 🌬️🌳
Güclü külək ağacı aşırdı, amma çox şükür, heç kimə və evlərə zərər dəymədi. Qayınanam dedi: “Əsas olan budur.”
İndi isə o ağac bizə qış boyu ocaq üçün odun olacaq.
Həyatda hər hadisəyə bir az da bu tərəfdən baxmaq lazımdır: təhlükə keçibsə, qalanı nemətdir. 🔥🌿 Sizin qaynananız nə reaksiya verərdi?

10/01/2026

Finlandiyada uşaqlara çox erkən yaşdan müstəqillik öyrədilir — hətta yemək zamanı belə. 🌽
Bu balaca alətlər təsadüfi deyil. Uşaq özü yeyir, əlləri çirklənmir, kiminsə “gözlə, mən edim” deməsinə ehtiyac qalmır.

Burada mesaj sadədir:
“Sən bacarırsan.”
Uşaq yeməyi də, həyatı da özü kəşf edir. Valideyn isə nəzarət edən yox, yanında olan olur.

Kiçik detallar, böyük düşüncə tərzi.
Müstəqil uşaqlar güvənli gələcək. 💛 qarğıdalı sevirsiz?

03/01/2026

Qışda baharı hiss etmək bəzən çox sadə bir addımla başlayır. Ruhumuz yorulanda, dünya qaranlıq görünəndə, biz elə bilirik ki, hər şey bitib. Xüsusən də depressiv günlərdə insan ümidə yer tapmır. Amma təbiət həmişə pıçıldayır ki, davam var.
Mən videoda quşları yemləyirəm, çünki bu, sadəcə quşlara yem vermək deyil. Bu, öz ruhuna bir ovuc işıq atmaqdır. Sükutda qanad səslərini eşidəndə, həyatın hələ də axdığını anlayırsan. Bir ovuc dən atırsan, təbiət sənə cavab verir: “Mən burdayam, sən də burdasan, deməli yazı yenə görəcəyik.”
Başqasına qayğı göstərəndə içimizdəki bahar da oyanır. Kiçik yaxşılıqlar böyük dirçəliş yaradır. Uzaqdan gələn quş səsi donmuş torpağı yumşaltdığı kimi, yaxşılıq da ruhu yumşaldır. Və bir gün anlayırsan ki, qış dünyanın sonu deyil sadəcə içimizdə gizlənmiş yazın gözləmə otağıdır.

Bu video bütün qadınlara mesajdır: Ən ağır günündə belə, kiçik sevgi payı səni yenidən canlandıra bilər. Quşlara, təbiətə, özünə bir ovuc yaxşılıq ver… Və görəcəksən ki, qışın ortasında da hər gün bahar ola bilər.

27/12/2025

Finlandiyada ana və körpə üçün ayrılan WC-lər sadəcə tualet deyil, qayğının, mədəniyyətin və hörmətin bir nümunəsidir. Burada hər yer təmiz, təhlükəsiz, səliqəli olur. Uşaq bezi dəyişmə masası, sabun, isti su, hətta atmosferin özü belə “sənin üçün buradayam” deyir.

Bir dəfə Bakıda bir ana gileylənirdi ki, böyüklər də həmin WC-dən istifadə edir, halbuki ora xüsusi olaraq uşaqlar və analar üçün dizayn edilib. Bu balaca məkanlar bizim rahatlığımız üçün yaradılıb, çünki ana olmaq özü onsuz da böyük məsuliyyətdir.

Finlandiyada belə yerlərin qorunması bir yazılmamış qaydadır: “kiminsə haqqı varsa, onu alma”. Biz də bunu öyrənə bilərik. Uşaqların və anaların məkanına hörmət etmək, kiçik görünən, amma dəyəri böyük olan bir mədəni addımdır.

Unutmayaq, ana və körpə üçün yaradılan şərait cəmiyyətin gələcəyinə qoyulan sərmayədir. Hörmət etdikcə çoxalır, paylaşıldıqca gözəlləşir. 💛

23/12/2025

Əlvida….

22/12/2025

Diqqət! Video bağımlılıq yaradır. Qəti baxmayın🙈 Baxdızsa rəy yazmadan və səhifəmizi izləmədən keçməyin😂 Səhifəmin izləyicilərinə belə pandadan qismət olsun💕

Want your school to be the top-listed School/college in Baku?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Address


9cu Mikrorayon
Baku
1212