BAAU Həmkarlar İttifaqı Komitəsi

BAAU Həmkarlar İttifaqı Komitəsi Təşkilat

📝 “Novruz Baharın Müjdəçisi” adlı tədbir keçirilib.✅ Bakı Avrasiya Universitetinin (BAAU) Karyera və təlim mərkəzi, Tələ...
20/03/2026

📝 “Novruz Baharın Müjdəçisi” adlı tədbir keçirilib.

✅ Bakı Avrasiya Universitetinin (BAAU) Karyera və təlim mərkəzi, Tələbə Gənclər Təşkilatının (TGT) birgə təşkilatçılığı ilə Novruz bayramına həsr olunmuş “Novruz Baharın Müjdəçisi” adlı tədbir təşkil olunub. Tədbirdə universitetin rəhbərliyi, professor-müəllim heyəti, tələbələr və onların valideyinləri iştirak ediblər.

✅ Tədbirin keçirilməsində əsas məqsəd milli-mənəvi dəyərlərin təbliğ edilməsi, Novruz ənənələrinin yaşadılması və tələbələr arasında birlik və həmrəyliyin möhkəmləndirilməsi olub.

✅ Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra Bakı Avrasiya Universitetinin rektoru, dosent Səyavuş Qasımov çıxış edərək Novruz bayramının xalqımızın zəngin mədəni irsində xüsusi yer tutduğunu vurğulayıb, bu bayramın milli kimliyin qorunması və gələcək nəsillərə ötürülməsi baxımından əhəmiyyətini qeyd edib. Rektor, həmçinin gənclərin milli-mənəvi dəyərlərə bağlı ruhda yetişdirilməsinin vacibliyini diqqətə çatdırıb.

✅ Tədbirin bədii hissəsində BAAU-nun tələbələrinin ifasında milli rəqs nümunələri təqdim olunub, Ülvi Ağaməlizadənin ifasında muğam, “Aynabənd” və "BluesMluesBrothers" qruplarının çıxışları dinlənilib.

✅ Proqram çərçivəsində Novruz ənənələrinə uyğun olaraq bayram tonqalı alovlandırılıb, tonqal ətrafında yallı rəqsi təşkil olunub, həmçinin tələbələr arasında ənənəvi yumurta döyüşdürmə mərasimi keçirilib. Eyni zamanda tədbirdə Davul-Zurna ifaları nümayiş etdirilib, Kosa-Keçəl səhnəciyi ilə proqram yekunlaşıb.


📝 Bakı Avrasiya Universiteti (BAAU) əməkdaşlarını, tələbələrini və bütün Azərbaycan xalqını Novruz bayramı münasibətilə ...
20/03/2026

📝 Bakı Avrasiya Universiteti (BAAU) əməkdaşlarını, tələbələrini və bütün Azərbaycan xalqını Novruz bayramı münasibətilə səmimi - qəlbdən təbrik edirik !

✅ Bu əziz bayramın hər bir evə bolluq, ruzi - bərəkət, sevinc və firavanlıq gətirməsini arzulayırıq.


📝 Bakı Avrasiya Universiteti (BAAU) əməkdaşlarını, tələbələrini və bütün Azərbaycan xalqını Müqəddəs Ramazan bayramı mün...
20/03/2026

📝 Bakı Avrasiya Universiteti (BAAU) əməkdaşlarını, tələbələrini və bütün Azərbaycan xalqını Müqəddəs Ramazan bayramı münasibətilə təbrik edirik.✨

✅ Bu əlamətdar günün hər bir ailəyə xeyir-bərəkət, sağlamlıq və əmin-amanlıq gətirməsini arzulayırıq.


📝 Universitetin əməkdaşları üçün iftar süfrəsi təşkil edilib.✅ Bakı Avrasiya Universitetinin (BAAU) Həmkarlar İttifaqı K...
16/03/2026

📝 Universitetin əməkdaşları üçün iftar süfrəsi təşkil edilib.

✅ Bakı Avrasiya Universitetinin (BAAU) Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə müqəddəs Ramazan ayı münasibətilə iftar süfrəsi təşkil olunub.

✅ Tədbirdə BAAU-nun rəhbərliyi, professor-müəllim və inzibati heyəti iştirak edib. İftar proqramı çərçivəsində dualar oxunub, iştirakçılar bir-birilərinə xoş arzularını çatdırıblar.

✅ Qeyd olunub ki, Ramazan ayı mərhəmət, xeyirxahlıq, mənəvi saflıq və paylaşma kimi dəyərləri təbliğ edir. Bildirilib ki, bu ayda təşkil olunan iftar süfrələri insanlar arasında birlik, həmrəylik və qarşılıqlı dəstək hissinin daha da güclənməsinə töhfə verir.

https://baau.edu.az/az/article/universitetin-emekdaslari-ucun-iftar-sufresi-teskil-edilib-928


20/01/2026
31/12/2025

Bakı Avrasiya Universitetinin (BAAU) Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti

30/12/2025

Bakı Avrasiya Universitetinin (BAAU) Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə universitetin kollektivi üçün bayram tədbiri təşkil olunu...

📝 BAAU-da AZAL təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzada həlak olan tələbənin xatirəsi anılıb✅ Bakı Avrasiya Univers...
25/12/2025

📝 BAAU-da AZAL təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzada həlak olan tələbənin xatirəsi anılıb

✅ Bakı Avrasiya Universitetində (BAAU) 25 dekabr 2024-cü il tarixində "Azərbaycan Hava Yolları" QSC-yə (AZAL) məxsus "Embraer 190-100 IGW" tipli sərnişin hava gəmisi Azərbaycan Respublikasının Bakı şəhərindən Rusiya Federasiyasının Qroznı şəhərinə müntəzəm J2-8243 reysini yerinə yetirərkən Qazaxıstan Respublikasının ərazisində, Aktau hava limanı yaxınlığında baş vermiş qəzanın ildönümü və həmin faciəvi hadisə zamanı həlak olmuş universitetin Regionşünaslıq və iqtisadiyyat fakültəsinin tələbəsi Mahmud Tütünçiyevin xatirəsi ehtiramla yad edilib.

✅ Anım mərasimi çərçivəsində universitet ərazisində mərhumun şəkli önünə gül dəstələri düzülüb, xatirəsinin əbədiləşdirilməsi məqsədilə ağac və gül kolları əkilib. Tədbirdə universitet rəhbərliyi, professor-müəllim heyəti, əməkdaşlar və tələbələr iştirak ediblər.

✅ Bakı Avrasiya Universitetinin kollektivi qəzada həlak olanların ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, bu ağır itkidən kədərləndiyini bildirir.

24 dekabr - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin doğum günü🇦🇿
24/12/2025

24 dekabr - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin doğum günü🇦🇿

Ümummilli lider Heydər Əliyevi sevgi və ehtiramla anırıq.
12/12/2025

Ümummilli lider Heydər Əliyevi sevgi və ehtiramla anırıq.

Address

Ak. Həsən Əliyev 135A
Baku

Telephone

+994517127711

Website

Alerts

Be the first to know and let us send you an email when BAAU Həmkarlar İttifaqı Komitəsi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to BAAU Həmkarlar İttifaqı Komitəsi:

Shortcuts

Share