08/11/2025
UNEC-in 2025-ci il məzunları və magistrantları üçün əla fürsət!
“PAŞA Bank” ASC olaraq Korporativ və Kommersiya satışları funksional sahəsi üzrə Kiçik müştəri meneceri kimi qoşulmağa güclü namizəd axtarırıq.
Əsas vəzifə öhdəlikləri:
• Müştəri Meneceri ilə birgə potensial müştərilərin müəyyən edilməsi, bankın məhsul və xidmətlərinin (kredit, depozit, valyuta əməliyyatları, rəqəmsal həllər və s.) təqdim olunmasına və satış prosesinə dəstək göstərilməsi;
• Bankın məhsul və xidmətləri, qiymət siyasəti və prosedurları barədə müvafiq biliklərə sahib olmaq və müştərilərə düzgün məlumat vermilməsi;
• Müştəri ödəniş müraciətlərinin və şikayətlərinin qeydiyyata alınması, müvafiq şöbələrlə əlaqələndirilərək icrasına nəzarət;
• Müştərilərin rəsmi məktub müraciətlərinin icrasına nəzarət;
• Müştəri Meneceri əlçatan olmadığı halda, müştəri ilə kommunikasiya və məlumat mübadiləsinin təmin edilməsi, daxil olan sorğuların müvafiq şöbələrə yönəldilməsi;
• Bankın tələb etdiyi sənədlərin müştəridən toplanması, yoxlanılması və qeydiyyata alınması
• Müştəri şikayətlərinin qəbul edilməsi, səbəblərin təhlili və müvafiq şöbəyə ötürülməsi;
• Müştərilərin fərdi hesabat tələblərinin (kredit, çıxarış və s.) hazırlanması və təqdim edilməsi
• Kredit və depozitlərin verilməsi prosesinə nəzarət, əməliyyatların vaxtında və düzgün icrasının təmin edilməsi;
• Kredit təqdim olunması prosesində daxili şöbələrin koordinasiyası və icrasının sürətləndirilməsi;
• Kredit təqdim olunmasından öncə və sonra sənədlərin dolğunluğunun və əlaqəli proseslərin icrasının izlənilməsi;
• Təqdim edilmiş girovların rəsmiləşdirilməsi, yenilənməsi, və silinməsi ilə bağlı daxili proseslərə nəzarət;
• Sığorta portfelinin idarə edilməsi və yenilənməsi ilə bağlı daxili proseslərin icrasına nəzarət;
• Müştəri siyahılarının tərtib edilməsi, müvafiq şöbələrə təqdim edilməsi;
• Daxili şöbələrin sorğularının cavablandırılması;
• Müştəri Meneceri tərəfindən verilmiş tapşırıqların icrası, icra prosesinin izlənilməsi və nəticələr barəsində vaxtında geridönüş edilməsi;
• Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqlar və s.
Tələb olunan bilik, bacarıq və təcrübə
• Təhsil səviyyəsi və istiqaməti: Maliyyə və ya İqtisadiyyat üzrə;
• İş təcrübəsi (il və/və ya sahə olaraq): 0-1 il;
• Dil bilikləri: İngilis, Rus;
• Kompüter bilikləri: Microsoft Office;
• DigərMəhsul üzrə biliklər: Bank məhsulları.
Müraciət etmək üçün👇
İşiniz nədən ibarətdir?· Müştəri Meneceri ilə birgə potensial müştərilərin müəyyən edilməsi, bankın məhsul və xidmətlərinin (kredit, depozit, valyuta əməliyyatları, rəqəmsal həllər və s.) təqdim olunmasına və satış pros...