12/12/2024
Gədəbəy rayon Arısu kənd ümumi orta məktəbi
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Gədəbəy rayon Arısu kənd ümumi orta məktəbi, Education Website, Arısu kəndi, .
12/12/2024
29/11/2024
Arısu kənd ümumi orta məktəbində 8-ci və 9-cu sinif şagirdlərinin valideyinlərinin iştirakı ilə iclas keçirildi.
İclasda 9-cu sinif şagirdlərinin monitorinq imtahanının nətəciləri, məktəb valideyn əlaqələrinin gücləndirilməsi və qarşıda duran hədəflər müzakirə edildi.
20/11/2024
07/11/2024
Arısu kənd ümumi orta məktəbində 8 noyabr"Zəfər Günü"ilə bağlı tədbir keçirildi.
Tədbirdə məktəb kollektivi şagirdlər və şəhid atası iştirak edirdi.
İlk öncə Vətən müharibəsi şəhidlərinin ruhu bir dəqiqəlik sükutla yad edildi,dövlət himni səsləndi.
Bədii hissədə şagirdlər Zəfər gününə həsr olunmuş proqramla çıxış etdilər.
06/11/2024
Arısu kənd ümumi orta məktəbində"Reproduktiv sağlamlıq"mövzusu ətrafında 8 ci sinif şagirdlərinə "Mən və mənim əhatəm" 9 cu sinif şagirdlərinə "Təhlükəsiz informasiya axtarışı"mövzusunda marifləndirici söhbət aparıldı.
31/10/2024
Arısu kənd ümumi orta məktəbinin məzunu olmuş Şəhid Əliyev Elsəvər Saqib oğlunun il dönümü ilə əlaqədar olaraq məktəbdə tədbir keçirildi . Şəhidin məzarı ziyarət edildi,dualar oxundu.Şəhidin adını daşıyan sinif otağında xatirə şəkilləri çəkildi.
29/10/2024
Arısu kənd ümumi orta məktəbində "Yaşıl dünya naminə həmrəylik ili"ilə əlaqədar olaraq "Məktəblərdə ekologiya ayı"nın tədbirlər planına uyğun ağac əkmə aksiyası keçirildi, həmçinin əkilmiş ağaclara qulluq edildi.
22/10/2024
Elm və Təhsil Nazirliyi tərəfindən elan edilən “2024–2025-ci tədris ilində icma əsaslı məktəbəqədər təhsil xidmətlərinin təşkili” üzrə qrant müsabiqəsinə sənəd qəbulu bu gün başa çatır.
Ətraflı: https://edu.gov.az/az/news-and-updates/21596-1
22/10/2024
Gədəbəy rayon təhsil müəssisələrində 18 Oktyabr Müstəqilliyin Bərpası Günü ilə bağlı tədbirlər keçirilib.
Oktyabrın 18-i Azərbaycan xalqının tarixinə şərəf, qürur və iftixar hissi ilə yazılmış bir gündür.
Müstəqilliyimiz daim olsun!🇦🇿🇦🇿🇦🇿