BHOS Career Center

BHOS Career Center

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from BHOS Career Center, Education Website, Yeni Salyan yolu 3-cü km, 25, Səbail rayonu, Bibiheybət qəsəbəsi, Baku.

08/04/2026

Yüksəliş Müsabiqəsi üçün qeydiyyat 16 aprel 2026 kimi davam edir!

BANM məzunlarını bu müsabiqədə iştirak etməyə dəvət edirik. Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək, yeni imkanlar qazanmaq üçün bu fürsəti qaçırmayın!

VI “Yüksəliş” müsabiqəsi potensialını göstərmək, idarəetmə bacarıqlarını inkişaf etdirmək və ölkənin gələcək idarəçiləri sırasında yer almaq istəyənlər üçün əla fürsət yaradır.

Əgər sən də potensialını ortaya qoymaq və karyera yolunda yeni mərhələyə addım atmaq istəyirsənsə, VI “Yüksəliş” müsabiqəsinə qoşul.

Qeydiyyat üçün keçid: https://lnkd.in/dNSS3Tw3

07/04/2026

Addımı mərkəzdən başla! 📢

Mərkəzi Bank təcrübə proqramı ilə gənc istedadlara real iş mühitində bilik və bacarıqlarını inkişaf etdirmək imkanı yaradır.

Proqram çərçivəsində iştirakçılar mərkəzi bankçılıq istiqamətləri üzrə fəaliyyət göstərən struktur bölmələrdə 2 ay müddətində təcrübə keçəcək, peşəkar mühitdə praktik biliklər əldə edəcək və komanda işi bacarıqlarını gücləndirəcəklər. Təcrübə müddətində iştirakçılar mentor dəstəyi və inkişaf imkanları ilə də təmin olunacaq.

Əgər sən də inkişafını sürətləndirmək, məsuliyyətli və dinamik iş mühitində təcrübə qazanmaq istəyirsənsə, bu fürsəti qaçırma!

🤝Proqramın müddəti: İyul–avqust
📆Son müraciət tarixi: 15 aprel 2026-cı il

Proqramın şərtləri, üstünlükləri və təcrübəçi qəbul edən departamentlər barədə ətraflı məlumat almaq və müraciət etmək üçün aşağıdakı linkə daxil ola bilərsiniz:

https://lnkd.in/ev4Z5a4v

Böyük hədəflərə aparan ilk addımını bu gün at!

Photos from BHOS Career Center's post 12/03/2026

📢 Bankların Sərgisi – Karyeran üçün fürsət!

📅 13 mart 2026
⏰ 10:00
📍 BANM – Konqres Zalı

Bakı Ali Neft Məktəbi yalnız öz tələbələri üçün bank sektorunda karyera imkanları ilə tanış olmaq məqsədilə Azərbaycanda ilk dəfə keçiriləcək “Bankların Sərgisi” tədbirinə dəvət edir.

🔹 Bank nümayəndələri ilə tanışlıq
🔹 BANM məzunlarının karyera təcrübəsi
🔹 Real iş və inkişaf imkanları

📌 CV-nizi özünüzlə gətirməyi unutmayın!

11/03/2026

📢 Bankların Sərgisi – Karyeran üçün fürsət!

📅 13 mart 2026
⏰ 10:00
📍 BANM – Konqres Zalı

Bakı Ali Neft Məktəbi yalnız öz tələbələri üçün bank sektorunda karyera imkanları ilə tanış olmaq məqsədilə Azərbaycanda ilk dəfə keçiriləcək “Bankların Sərgisi” tədbirinə dəvət edir.

🔹 Bank nümayəndələri ilə tanışlıq
🔹 BANM məzunlarının karyera təcrübəsi
🔹 Real iş və inkişaf imkanları

📌 CV-nizi özünüzlə gətirməyi unutmayın!

05/03/2026

Martın 6-da Bakı Ali Neft Məktəbində “SOCAR Capital” şirkətinin Məsləhət Şurasının üzvü Turan Sert və Baş investisiya direktoru Tolga Kotanın iştirakı ilə “Kapital bazarlarının gələcəyi: süni intellekt, rəqəmsal valyutalar və tokenləşdirilmiş bazarlar” mövzusunda təlim keçiriləcək.

Təlimin məqsədi qlobal iqtisadi transformasiya şəraitində cəmiyyəti, xüsusilə maliyyə sektorunun gələcək peşəkarlarını maarifləndirmək, onları yeni sistemin çağırışları və imkanları ilə tanış etmək, həmçinin bu dəyişikliklərə necə hazırlaşmalı olduqları barədə istiqamət verməkdir.

Bu görüş tələbələr üçün real sektor nümayəndələri və aparıcı mütəxəssislərlə birbaşa ünsiyyət imkanı yaradacaq, onların karyera baxımından inkişafına dəstək olacaq və universitet–biznes əməkdaşlığının daha da dərinləşməsinə töhfə verəcək.

02/03/2026

📌 Martın 6-da Bakı Ali Neft Məktəbində “SOCAR Capital” şirkətinin Məsləhət Şurasının üzvü Turan Sert və Baş investisiya direktoru Tolga Kotanın iştirakı ilə “Kapital bazarlarının gələcəyi: süni intellekt, rəqəmsal valyutalar və tokenləşdirilmiş bazarlar” mövzusunda təlim keçiriləcək.

Təlimin məqsədi qlobal iqtisadi transformasiya şəraitində cəmiyyəti, xüsusilə maliyyə sektorunun gələcək peşəkarlarını maarifləndirmək, onları yeni sistemin çağırışları və imkanları ilə tanış etmək, həmçinin bu dəyişikliklərə necə hazırlaşmalı olduqları barədə istiqamət verməkdir.

Bu görüş tələbələr üçün real sektor nümayəndələri və aparıcı mütəxəssislərlə birbaşa ünsiyyət imkanı yaradacaq, onların karyera baxımından inkişafına dəstək olacaq və universitet–biznes əməkdaşlığının daha da dərinləşməsinə töhfə verəcək.

27/02/2026

Bakı Ali Neft Məktəbində McKinsey & Company nümayəndə heyətinin iştirakı ilə tələbələr üçün məlumat sessiyası keçiriləcək.
📅 Tarix: 4 mart
⏰ Saat: 11:30 – 12:45
📍 Məkan: Senat zalı

Sessiya zamanı:
McKinsey & Company haqqında ümumi məlumat veriləcək.Şirkətin Bakı ofisində mövcud vakansiyalar və karyera imkanları təqdim olunacaq. İşə qəbul prosesi və gözləntilər barədə məlumat paylaşılacaq.Sual-cavab sessiyası keçiriləcək

25/02/2026

Bakı Ali Neft Məktəbinin proqramında təhsil almaq istəyənləri martın 5-i, saat 19:30-da keçiriləcək “Açıq qapı günü”nə dəvət edirik.

Bu tədbirdə iştirak etməklə -də MBA üzrə Azərbaycan və ingilis dilində təqdim olunan ixtisaslaşmalar, tədris proqramları barədə geniş məlumat əldə edəcəksiniz.

İştirak üçün aşağıdakı link yaxud QR kod vasitəsilə qeydiyyatdan keçə bilərsiniz:

https://lnkd.in/ed69RDGB

Photos from BHOS Career Center's post 24/02/2026

Bahar Energy Operating Company”nin Təşkilati inkişaf üzrə meneceri Mətləb Əsgər tərəfindən xarici tələbələr üçün karyera yönümlü təlim keçirilib.

Təlim çərçivəsində effektiv tərcümeyi-halın (CV və rezüme) hazırlanması, müsahibə mərhələsinə hazırlıq, “LinkedIn” platformasından düzgün və strateji istifadə qaydaları, eləcə də əmək bazarında tələb olunan yumşaq və texniki bacarıqlar mövzularına toxunulub.

Sessiya zamanı iştirakçılara real iş mühiti nümunələri əsasında praktik tövsiyələr təqdim olunub, onların sualları cavablandırılıb və fərdi inkişaf istiqamətləri üzrə yönləndirmələr aparılıb.

Photos from BHOS Career Center's post 23/02/2026

Hörmətli tələbə və məzunlar,

Sizi 2026-cı ilin aprel ayında keçiriləcək elmi tədbirlərə dəvət edirik. Aşağıda konfransların mövzuları və tarixləri ilə tanış ola bilərsiniz:

- Towards Sustainable Chemistry and Chemical Engineering (Dayanıqlı Kimya və Kimya Mühəndisliyinə Doğru)
📅 15–16 aprel 2026

• Innovative Environmental Remediation Solutions and Circular Waste Valorization
(Ətraf Mühitin Bərpası üçün İnnovativ Həllər və Tullantıların Dövri Dəyərə Çevrilməsi)
• Advanced Materials for Sustainable Future
(Dayanıqlı Gələcək üçün Təkmil Materiallar)

- Integrated Petroleum Engineering in Energy Systems (Neft-qaz Mühəndisliyinin Enerji Sistemlərinə İnteqrasiyası)
📅 21–22 aprel 2026

• Geological Research and Subsurface Resource Modelling
(Geoloji Tədqiqatlar və Yeraltı Resursların Modelləşdirilməsi)
• Drilling, Production, and Advanced Engineering Technologies
(Qazma, Hasilat və İstehsalat Texnologiyalarının İnkişafı)
• Energy Transition, Economics, and Sustainable Development
(Enerji Keçidi, İqtisadiyyat və Davamlı İnkişaf)

- Intelligent Systems and Cybersecurity
Ağıllı Sistemlər və Kibertəhlükəsizlik
📅 23–24 aprel 2026

• Intelligent Systems and Applications
(Ağıllı Sistemlər və Tətbiqlər)
• Cybersecurity and Secure Computing Systems
(Kibertəhlükəsizlik və Təhlükəsiz Hesablama Sistemləri)

📌 Müraciət üçün son tarix: 1 mart 2026

Elmi fəaliyyətinizi inkişaf etdirmək və şəbəkənizi genişləndirmək üçün bu imkanlardan yararlanmağa tələsin!

Photos from BHOS Career Center's post 23/02/2026

📢 Tələbələr üçün əla fürsət! Coca-Cola CCI “One Idea” müsabiqəsini elan edir!

Tələbələr, “Anadolu Group” dəstəyi ilə keçiriləcək bu müsabiqədə iştirak edərək, ideyalarını təqdim edəcək, layihə idarəetməsi bacarıqlarını inkişaf etdirib, şirkətimiz və eləcə də liderlərimizlə daha yaxından tanış olmaq imkanı qazanacaqlar.

Yarımfinal qalibləri İyul ayında keçiriləcək 3 günlük “İnnovation Bootcamp”-da iştirak edəcəklər. Onlardan “Layihə İdarəetməsi” (Project Management) üzrə təlimlərə qatılması, Kouçinq və Mentorluq dəstəyi ilə ideyanın inkişafı və ayrılmış pul vəsaiti vasitəsilə Prototipin hazırlanması gözlənilir. Oktyabr ayında keçiriləcək Finalda seçilən 3 qalib isə pul mükafatı əldə edəcəkdir.

Əlavə olaraq, 1-ci yer Türkiyəyə “Anadolu Group” şirkətinə Noyabr ayında səfər edəcək. “One Idea” çərçivəsində təqdim olunan layihələr şirkətin biznes istiqamətləri ilə əlaqəli olmalıdır: CCI (Coca-Cola İçecek) məhsulları və İnnovasiyalar, Təchizat Sistemləri, İstehsalat, Satış, Logistika, İnsan Resursları, Maliyyə, Ətraf mühit, Rəqəmsallaşma və Texnologiyalar.

Layihənin bütün mərhələləri İngilis dilində keçiriləcək.

Qeydiyyatdan keçmək üçün posterdə olan QR kodu skan edin və ya linkə keçid edərək formı doldurun - BİO-da.

Müraciət üçün son tarix : 31 Mart 2026

13/02/2026

Deloitte is Excited to Announce the Launch of the Accounting Bootcamp!

We are delighted to introduce our Accounting Bootcamp, designed for 4th-year students, master’s students, and recent graduates. This program is your opportunity to build a strong foundation in accounting and secure your future in this highly demanding field.

Program Highlights

Expert-led training sessions: Delivered once a week over a three-month period, the program is led by Deloitte professionals who bring their expertise and practical knowledge to every session. The trainings will take place at the Deloitte Azerbaijan office, providing participants with a professional environment to learn and network.

Comprehensive curriculum: The training program focuses on Financial Accounting, covering key principles, frameworks, and practices essential to excelling in the field.

Real-world insights: Gain a deeper understanding of how accounting theories are applied in practice, with real-life examples and scenarios shared by industry experts.

Career opportunity: Participants who successfully complete the program will have the chance to join Deloitte’s recruitment process for a full-time position, paving the way for a career in one of the most dynamic industries.

Requirements

GPA: 85 and above.
Eligible Faculties: Accounting, Finance, Economics, and Business Administration.

Please provide your CV and GPA in the application form.

Deadline for applications: 20 February 2025

Don’t miss this opportunity to learn from Deloitte professionals, build practical skills, and jump-start your career in accounting!

Want your school to be the top-listed School/college in Baku?

Click here to claim your Sponsored Listing.

Location

Address

Yeni Salyan Yolu 3-cü Km, 25, Səbail Rayonu, Bibiheybət Qəsəbəsi
Baku