Qaz-Neft Mədən Fakültəsi

Qaz-Neft Mədən Fakültəsi Qaz-Neft Mədən Fakültəsinin rəsmi səhifəsi

ADNSU-nun Qaz-neft-mədən fakültəsinin ikinci kurs tələbəsi Şirinov Fərid Namiq oğlu xəstəlik səbəbindən dünyasını dəyişi...
22/07/2026

ADNSU-nun Qaz-neft-mədən fakültəsinin ikinci kurs tələbəsi Şirinov Fərid Namiq oğlu xəstəlik səbəbindən dünyasını dəyişib. Fərid Neft-qaz mühəndisliyi ixtisasında təhsil alırdı. Fakültənin dekanlığı və əməkdaşları Fərid Şirinovun vəfatından kədərləndiklərini bildirir, onun ailəsinə dərin hüznlə başsağlığı verir və onlara Allahdan səbr diləyir.
ALLAH RƏHMƏT ELƏSİN!

Bu gün fakültəmizin məzunu, gənc tədqiqatçı Elnur Əlizadə ADNSU-da fəaliyyət göstərən dissertasiya şurasında  “Neft və q...
21/04/2026

Bu gün fakültəmizin məzunu, gənc tədqiqatçı Elnur Əlizadə ADNSU-da fəaliyyət göstərən dissertasiya şurasında “Neft və qaz yataqlarının işlənməsi və istismarı” ixtisasında texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işini uğurla müdafiə etdi.
Elnuru təbrik edir və ona işlərində müvəffəqiyyətlər arzu edirik!

27 fevral tarixində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin ...
03/03/2026

27 fevral tarixində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Startap və TTO şöbəsinin birgə təşkilatçılığı ilə həyata keçirilən “IDEALISE-1” İnkubasiya Proqramının rəsmi bağlanış mərasimi keçirilib.

Münsiflərin yekun qərarına əsasən, NexusMind, Aldering, ZeroCODEDB, AIRT və InnovateXcel komandaları qalib elan olunub və hər biri 5000 AZN məbləğində pul mükafatı ilə təltif edilib.

Qalib olan NexusMind komandasının üzvlərindən biri də Qaz-neft mədən fakültəsinin Neft-qaz mühəndisliyi ixtisasının 239.25 qrup tələbəsi Qənbərli Yunis Yamin oğlu olmuşdur.Tələbəmizi təbrik edir, gələcək fəaliyyətində uğurlar arzulayırıq.

02/05/2025
30/04/2025
30/04/2025

Dəhşətli faciədən 16 il ötür. Terror hadisəsinin qurbanlarına Allahdan rəhmət diləyirik!

29/04/2025

QR kod vasitəsilə qeydiyyatdan keçərək ödənişsiz magistratura sınaq imtahanında iştirak edə bilərsiniz.

21/04/2025

ADNSU-nun Neft-qaz mühəndisliyi kafedrasının dosenti İnqlab Əliyev İtaliyanın Ravenna şəhərində keçirilən OMC 2025 (Offshore Mediterranean Conference & Exhibition) konfransında iştirak edib. İnqlab Əliyev konfransda “Optimization of hydrocarbon recovery processes using various gas and water injection configurations (WAG)” mövzusunda elmi məruzə ilə çıxış edib. Gənc alimin çıxışı iştirakçılar tərəfindən maraqla qarışlanıb.

07/04/2025

✅Bu gün ADNSU-nun rektoru, dosent Rüfət Əzizovun doğum günüdür

ADNSU-nun professor-müəllim heyəti, tələbələri və çoxsaylı məzunları adından rektor, dosent Rüfət Əzizovu doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür və fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq.

Hörmətli Rüfət müəllim, doğum gününüz mübarək!

Address

Baku

Website

Alerts

Be the first to know and let us send you an email when Qaz-Neft Mədən Fakültəsi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share