ODLAR YURDU UNİVERSİTETİ - Uğurlu təhsil, Uğurlu gələcək! 10 noyabr 1995 – ci il. Universitet Almaniyanın H+ akkreditasiyasına malikdir.
2004-cü il.
Odlar Yurdu Universiteti Azərbaycan Respublikası Nazirlər Kabineti nəzdində Dövlət Ali Ekspert Komissiyası tərəfindən yoxlanılaraq müsbət rəy almışdır.
8 iyul 1996 - cı il. Odlar Yurdu Universiteti DAEK - in müsbət rəyi əsasında Nazirlər Kabinetinin 86 saylı qərarı ilə dövlət qeydiyyatından keçmişdir.
16 oktyabr 1996 – cı il. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 5 saylı şəhadətnaməsi ilə
universitetə hüquqi şəxs statusu verilmişdir.
3 iyun 1997-ci il. Odlar Yurdu Universiteti ilə Corciya Dövlət Universitetinin Biznesin İdarəedilməsi Kolleci arasında birgə əməkdaşlıq haqqında müqavilə imzalandı.
19 iyun 2002-ci il. Odlar Yurdu Universiteti ilə Corciya Dövlət Universitetinin Biznesin İdarəedilməsi Kolleci arasında beynəlxalq elm və təhsil mübadiləsi haqqında müqavilə imzalandı.
2 aprel 2004-cü il. Odlar Yurdu Universiteti ilə Corciya Dövlət Universiteti ilə birgə BBA və MBA proqramı üzrə mütəxəssis hazırlığı haqqında müqavilə imzalandı.
27 noyabr 1998 – ci il. Azərbaycan Respublikası Mətbuat və İnformasiya Nazirliyinin AB seriyalı, 022011 saylı lisenziyası əsasında nəşriyyat fəaliyyətini həyata keçirtməyə icazə verilmişdir.
10 fevral 1999 - cu il. Azərbaycan Respublikası Mətbuat və İnformasiya Nazirliyinin AB seriyalı, 022338 saylı lisenziyası ilə "Odlar Yurdu Universitetinin elmi və pedaqoji xəbərləri” jurnalının istehsalı və yayılmasını həyata keçirməyə icazə verilmişdir.
10 fevral 1999 - cu il. Azərbaycan Respublikası Mətbuat və İnformasiya Nazirliyinin AB seriyalı 022339 saylı lisenziyası əsasında "Odlar Yurdu Universiteti” qəzetinin istehsalı və yayılmasını həyata keçirməyə icazə verilmişdir.
12 iyun 1999 - cu il. Azərbaycan Respublikası Təhsil Nazirliyinin AB seriyalı 019004 saylı lisenziyası əsasında Odlar Yurdu Universitetinə bakalavr və magistr pillələrində kadr hazırlığı aparılmasına, eyni zamanda Universitetin tərkibində Orta İxtisas Təhsili Kolleci və Orta Ümumtəhsil İnnovasiyalar Məktəbinin fəaliyyətinə icazə verilmişdir.
2002 - ci ildən etibarən Odlar Yurdu Universiteti Beynəlxalq Universitetlər Assosiasiyasına tam hüquqlu üzv kimi qəbul olunmuşdur.
14 fevral 2003 - cü il. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 46-03-662/17 saylı razılıq məktubuna əsasən Odlar Yurdu Universiteti ABŞ-ın Corciya Dövlət Universiteti ilə "Biznesin idarə olunması üzrə magistr proqramı” (MBA) istiqamətində birgə kadr hazırlığı üzrə əməkdaşlıq müqaviləsi imzalamışdır.
29 oktyabr 2003 – cü il. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 46-03-4911/17 saylı razılıq məktubuna əsasən Xarici Tələbələr üçün Hazırlıq fakültəsi yaradılmışdır.
2003-cü ildə Odlar Yurdu Universiteti ilə Almaniyanın Zigen Universiteti arasında elmi araşdırmalar üzrə əməkdaşlıq müqaviləsi imzalanmışdır.
2003-cü ildə Odlar Yurdu Universiteti Almaniyanın Zigen Universiteti ilə Ən Yeni Texnologiyalar üzrə Bakalavr pilləsində kadr hazırlığının aparılması üçün müqavilə imzalanmışdır.
2003-cü il Türkiyənin Ege Universiteti ilə Odlar Yurdu Universiteti arasında elm və təhsil sahəsində kadr hazırlığının aparılması üçün qarşılıqlı əməkdaşlıq müqaviləsi imzalanmışdır.
2003-cü il – Odlar Yurdu Universiteti ilә Zigen Universiteti arasında qarşılıqlı әmәkdaşlıq çәrçivәsindә Alman dili üzrə DSH sertifikatına hazırlıq kurslarının təşkili barədə müqavilə imzalanmışdır. 9 aylıq intensiv alman dili kurslarını uğurla bitirən tələbələrə DSH Dil Sertifikatı verilir. DSH Dil Sertifikatı ilə tələbələr gələcək təhsillərini almandilli universitetlərdə davam etdirmək imkanına malikdirlər.
2004-cü il. Universitetin nəzdində çoxməqsədli “Oksigen” klinik xəstəxanası fəaliyyətə başlamışdır. OYU-nun Tibb fakültəsinin bir çox klinik kafedraları məhz bu klinikada yerləşir. Ən son tibbi avandanlıqla təchiz olunmuş klinikada OYU-nun tələbələrinin təcrübə keçmələri üçün əlverişli şərait yaradılmışdır.
2 avqust 2004 - cü il. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 685 saylı razılıq məktubuna əsasən universitetdə doktor və elmlər namizədi üzrə kadr hazırlığına icazə verilmişdir.
25 iyul 2005 - ci il. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 593 saylı əmrinə əsasən Odlar Yurdu Universitetinə, eyni zamanda Universitetin tərkibində Orta İxtisas Təhsili Kolleci və Orta Ümumtəhsil İnnovasiyalar Məktəbinin fəaliyyətinə verilmiş razılığın (lisenziyanın) vaxtı uzadılmışdır.
2005 – ci il. Universitetin nəzdində Orta Ümumtəhsil İnnovasiyalar Məktəbi Bakıda Britaniya Məktəbi (BSB) fəaliyyətə başlamışdır.
14 iyun 2006 - cı il. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 474 saylı əmrinə əsasən Azərbaycan Respublikası Akkreditasiya komissiyasının müvafiq qərarını əsas tutaraq Odlar Yurdu Universitetinin və onun nəzdindəki təhsil müəssisələrinin akkreditasiya olunması və ona müvafiq sertifikat verilməsi təmin edilmişdir.
2007-ci il - Fransanın Azərbaycandakı səfirliyinin Mədəniyyət və Əməkdaşlıq şöbəsinin nəzarəti altında Odlar Yurdu Universiteti ilə Fransanın Jorj Sand adına Mədəniyyət Mərkəzi arasında Fransız dili üzrə TCF sertifikatı və DELF/DALF diplomuna hazırlıq kurslarının təşkili barədə müqavilə imzalanmışdır.
20 noyabr 2007 - Qafqaz Beynəlxalq Universiteti (Gürcüstan Respublikası, Tiflis şəhəri) ilə əməkdaşlıq müqaviləsi imzalanmışdır. Müqavilənin predmeti təhsil və elmi-praktiki fəaliyyətin bütün sahələrində qarşılıqlı əməkdaşlıq əlaqələrinin qurulmasından ibarətdir. (Hal-hazırda bu müqavilə qüvvədədir)
2009 – cu ildə Odlar Yurdu Universiteti Avropa Komissiyasının IV layihəsi olan TEMPUS (Trans European Mobility Plan for University Studies) proqramına qoşulmuşdur. 2009-2011 – ci illərdə Avropa Komissiyasının Cənubi Qafqaz üçün nəzərdə tutduğu "NIROA -Network of International Relations Offices in Azerbaijan" NİROA-Azərbaycanda Beynəlxalq Əlaqələr Offisləri Şəbəkəsinin təşkili layihəsində iştirak etmişdir. Bu proqramda Azərbaycandan Odlar Yurdu Universiteti ilə yanaşı Azərbaycan Dövlət Neft Akademiyası, Azərbaycan Tibb Universiteti, Qafqaz Universiteti eyni zamanda Avropanın aşağıdakı beş aparıcı universiteti iştirak edirlər. ALMANİYA - Siegen University (Zigen Universiteti)
FRANSA - Nice-Sophia Antipolis University (Niçe Dövlət Universiteti)
İTALYA – Genoa University (Genuya Universiteti)
POLŞA - Bydgoszcz University Of Technology And Life Sciences (Bıdgoş Texnologiya və Həyat Elmləri Universiteti)
YUNANISTAN - National Technical University Of Athens (Afina Milli Texnologiya Universiteti)
25 may 2010 - Riqa Beynəlxalq İqtisadiyyat və Biznesin İdarə Olunması Universiteti ilə Odlar Yurdu Universiteti arasında elm və təhsil sahəsində əməkdaşlıq, tələbə-müəllim mübadiləsinin inkişaf etdirilməsi üzrə müqavilə imzalanmışdır. (Hal-hazırda bu müqavilə qüvvədədir)
26 iyun 2010 – İtaliyanın Genuya Universiteti ilə elmi əməkdaşlıq haqqında müqavilə imzalanmışdır. Müqavilənin predmeti hər iki universitet arasında əlaqələrin gücləndirilməsi, qarşılıqlı mədəni əlaqələrin genişləndirilməsi, təhsil sahəsində əməkdaşlıq və mübadilədən ibarətdir. (Hal-hazırda bu müqavilə qüvvədədir)
27 avqust 2010 - tarixində Yakın Doğu Univeristeti ilə (Şimali Kipr Türk Respublikası) elmi əməkdaşlıq haqqında saziş imzalanmışdır. Müqavilənin əsas mahiyyəti hər iki universitetdə elm və təhsil sahəsində kadr hazırlığının aparılmasından ibarətdir. Hal-hazırda bu müqavilə qüvvədədir və onun müddəalarının həyata keçirilməsi imkanları araşdırılır.
23 sentyabr 2010-cu il. Odlar Yurdu Universiteti ilə Türkiyənin Süleyman Dəmirəl Universiteti birgə əməkdaşlıq çərçivəsində kadr hazırlığının aparılması üçün Tibb fakültəsinin yaradılması sahəsində iki tərəfli müqavilə imzalamışlar.
11 noyabr 2010 - Fransanın Nice-Sophia Antipolis Universiteti ilə elmi əməkdaşlıq haqqında müqavilə imzalanmışdır. Müqavilənin predmeti hər iki universitet arasında əlaqələrin gücləndirilməsi, qarşılıqlı mədəni əlaqələrin genişləndirilməsi, tələbə-müəllim mübadiləsinin inkişaf etdirilməsi üzrə əməkdaşlıq və mübadilədən ibarətdir. (Hal-hazırda bu müqavilə qüvvədədir)
24 noyabr 2010 - Bıdqoş Texnologiya və Həyat Elmləri Universiteti ilə universitetlərarası elmi araşdırma, kadr hazırlığı, ixtisasartırma, tələbə və müəllim mübadiləsi, beynəlxalq səviyyəli müxtəlif layihələrin həyata keçirilməsi sahələrində müzakirələr aparılmış və müqavilə imzalanmışdır. (Hal-hazırda bu müqavilə qüvvədədir)
23 sentyabr 2010-cu il. Odlar Yurdu Universiteti ilə Türkiyənin Süleyman Dəmirəl Universiteti birgə əməkdaşlıq çərçivəsində kadr hazırlığının aparılması üçün Tibb fakültəsinin yaradılması sahəsində iki tərəfli müqavilə imzalamışlar.
27 oktyabr 2010-cu il. Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən yenidən 5 il müddətində Lisenziya uzadılmışdır.
26 oktyabr 2011 - Odlar Yurdu Universiteti vә Azәrbaycan Bank Tәdris Mәrkәzi arasında strateji tәrәfdaşlığa dair әmәkdaşlıq sazişi imzalanmışdır.
21 oktyabr 2011-ci il. Odlar Yurdu Universiteti Türkiyə YÖK tərəfindən tanınmışdır.
2011-2014-cü il. TEMPUS Layihəsində Təhsil proqramlarının keyfiyyətinin təminatı sahəsində sənədlərin hazırlanması proqramına qoşulmuşdur. Eyni zamanda layihədə aşağıdakı əməkdaş universitetlər iştirak edir.
- İtalyan Universitetləri Rektorları Cəmiyyəti, İtaliya
- Alikante Universiteti, Ispaniya
- Bratislava Texniki Universiteti, Slovakiya
- Dyuisburq Universiteti - Essen, Almaniya
- Consorzio Inter-Universitario Calcolo Automatico Italiano N.O., İtaliya
- Odlar Yurdu Universiteti, Azərbaycan
- Baku Dövlət Universiteti, Azərbaycan
- Xəzər Universiteti, Azərbaycan
- Azərbaycan Tibb Universiteti, Azərbaycan
- Qafqaz Universiteti, Azərbaycan
- Azərbaycan Təhsil Nazirliyi, Azərbaycan
- Bişkek Maliyyə və İqtisad Akademiyası, Qırğızıstan
- Təhsil Şəbəkə Assosiasiyası, Qırğızıstan
- Qırğızıstan Təhsil və Elm Nazirliyi, Qırğızıstan
- Naryn Dövlət Universiteti, Qırğızıstan
- L. Gumilyov adına Milli Avrasiya Universiteti, Qazaxıstan
- Qazaxıstan Azad Təhsilin Keyfiyyətinə Nəzarət Agentliyi, Qazaxıstan
- Qazax Ablai Xan Universiteti, Qazaxıstan
- K.I. Satpayev adına Qazax Milli Texniki Universiteti, Qazaxıstan
- Qazaxıstan Təhsil və Elm Nazirliyi, Qazaxıstan
- Milli Təhsilin Keyfiyyətinə Nəzarət Mərkəzi, Qazaxıstan
- Tacikistan Təhsil Nazirliyi, Tacikistan
- Tacik Sahibkarlıq və Xidmət İnstitutu, Tacikistan
- Milli Tacik Universiteti, Tacikistan
- Tacik Texniki Universiteti, Tacikistan
- Qazax İnşaat və İnşaat Mühəndisliyi Akademiyası, Qazaxıstan
- J. Balasagyn adına Qırğız Milli Universiteti, Qırğızıstan
05 mart 2012 – Odlar Yurdu Universiteti vә Xәzәr vә Azәrbaycan Dövlәt Aqrar Universitetinin Alyans Müqavilәsi imzalandı. Bu alyans ölkә bölgәlәrindә ali tәhsil almaq imkanlarının genişlәndirilmәsi, tәhsil xidmәtlәrinin keyfiyyәtinin vә çeşidlәrinin artırılması, hәmçinin daha yüksәk rәqabәt qabiliyyәtinә nail olması üçün qurulmuşdur.
09 mart 2012 - Süleyman Demirel Universiteti elm və təhsil əməkdaşlığının konkretləşməsi, əməkdaşlığın genişləndirilməsi, distant təhsil, qısa və uzun müddətli tələbələrin və müəllimlərin mübadiləsi, "Ömür Boyu Təhsil” proqramlarının həyata keçirilməsi və təhsili başa vurduqdan sonra hazır mütəxəssis kimi fəaliyyət göstərmələri üçün Süleyman Demirel Universitetinin professor, müəllim heyətinin köməkliyi ilə praktiki vərdişlərin tələbələrə öyrədilməsi istiqamətində Süleyman Demirel Universiteti və Odlar Yurdu Universitetinin birgə sertifikatlarının verilməsi istiqamətində müqavilə imzalanmışdır. (Hal-hazırda bu müqavilə qüvvədədir)
02 aprel 2012 – Hacettepe Universiteti (Türkiyə) ilə anlaşma protoloku imzalanmışdır. Protokolun mahiyyəti tədris proqramlarının mübadiləsi, müəllimlərin mübadiləsi, tələbələrin mübadiləsi, birgə tədris fəaliyyətləri, biznes inkubator və texnopark layihələri üzərində birgə işin həyata keçirilməsindən ibarətdir. (Hal-hazırda bu müqavilə qüvvədədir)
03 oktyabr 2012 – Odlar Yurdu Universiteti və Misir Ərəb Respublikası arasında Aleksandriya kitabxanası arasında əməkdaşlıq müqaviləsi imzalanmışdır.
2012-ci il. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 474 saylı əmrinə əsasən Azərbaycan Respublikası Akkreditasiya Komissiyasının müvafiq qərarını əsas tutaraq Odlar Yurdu Universitetinin və onun nəzdindəki təhsil müəssisələrinin akkreditasiya olunması və ona müvafiq sertifikat verilməsi təmin edilmişdir.
26 aprel 2013 – Odlar Yurdu Universiteti ilə David Game College (London, Böyük Britaniya) arasında əməkdaşlıq haqqında niyyət məktubu imzalanmışdır.
21 may 2013-cü il. Odlar Yurdu Universiteti Qafqaz Universitetlər Birliyinə üzv seçilərək Qafqaz Universitetlər Birliyi və Birliyin üzvləri arasında əməkdaşlığın gələcək inkişaf perspektivlərini nəzərdə tutan Mövlana Mübadilə Proqramına üzv olmuşdur.
17 may 2013-cü il. Odlar Yurdu Universiteti ilə Türkiyənin Süleyman Dəmirəl Universiteti arasında birgə fəaliyyət və əməkdaşlıq müqaviləsi yenidən imzalamışlar.
24 may 2013-cü il. Qafqaz Universitetlər Birliyinin Mövlana proqramı çərçivəsində Odlar Yurdu Universiteti və Giresun Universiteti arasında birgə fəaliyyət və əməkdaşlıq haqqında Memorandum imzalanıb.
31 may 2013-cü il. Odlar Yurdu Universiteti və Ankara Universiteti arasında akademik iş birliyi protokolu imzalanıb.
20/05/2026
🎓 Odlar Yurdu Universiteti doktoranturaya qəbul elan edir!
📚 2026-cı tədris ili üzrə OYU-nun doktorantura səviyyəsinə aşağıdakı ixtisaslar üzrə qəbul aparılır:
🔹 Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi (sahələr üzrə)
🔹 Ümumi iqtisadiyyat
🔹 Dünya iqtisadiyyatı
🔹 Müəssisələrin təşkili və idarə olunması
🔹 Sahə iqtisadiyyatı
🔹 Dil nəzəriyyəsi
🔹 Azərbaycan ədəbiyyatı
👨🎓 Təhsil forması: əyani və qiyabi
📌 Elmi fəaliyyətini inkişaf etdirmək, tədqiqat sahəsində peşəkarlaşmaq və akademik karyera qurmaq istəyən namizədlər müraciət edə bilərlər.
🏛️ Gələcəyin alimləri OYU-da yetişir!
20/05/2026
🎥 Odlar Yurdu Universitetində Elmi Şuranın növbəti iclasından video görüntülər
🎓 OYU-da keçirilən Elmi Şuranın 7 saylı iclasında elmi fəaliyyət, imtahan sessiyasına hazırlıq, beynəlxalq konfranslara hazırlıq və yeni dərs vəsaitləri ilə bağlı mühüm məsələlər müzakirə olunub.
🌍 İclasda həmçinin “Scopus” bazasına daxil olan beynəlxalq elmi konfransa hazırlığın gedişi barədə məlumat verilib.
📚 OYU-da elm və təhsilin inkişafına yönəlmiş fəaliyyətlər uğurla davam edir.
19/05/2026
📚 Odlar Yurdu Universitetində Elmi Şuranın növbəti iclası keçirilib
🎓 19 may 2026-cı il tarixində Odlar Yurdu Universitetinin Elmi Şurasının 7 saylı iclası baş tutub.
📌 İclasda Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə elmi dərəcə almış OYU əməkdaşlarının təbrik edilməsi, fakültələr üzrə keçirilmiş aralıq imtahanların nəticələrinin müzakirəsi və yaz semestrinin imtahan sessiyasına hazırlıq məsələləri müzakirə olunub.
🌍 Eyni zamanda məqalələri “Scopus” bazasına daxil olan “Ağıllı ətraf mühit və yaşıl texnologiyalar üzrə 3-cü beynəlxalq elmi konfrans”a hazırlığın gedişatı barədə məlumat verilib.
💻 İclas çərçivəsində İnformasiya texnologiyaları və kibertəhlükəsizlik kafedrasının müəllimləri Cəmilə Mais qızı Əliyeva və Dmitriy Borisoviç Qax tərəfindən hazırlanmış “İnformasiya texnologiyaları” (rusca) adlı dərs vəsaiti müzakirə olunaraq nəşr edilməyə tövsiyə edilib.
📖 Həmçinin Filologiya və humanitar fənlər kafedrasının dosenti Ülviyyə Tacir qızı Mehralıyeva və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Sosial-siyasi elmlər kafedrasının müəllimi Həsənov Rəhim Rafiq oğlu tərəfindən hazırlanmış “Məntiq” adlı dərs vəsaiti də Elmi Şurada müzakirəyə çıxarılıb.
19/05/2026
🎥 OYU-da “Rəqəmsal ekspertiza: yanaşmalar və tətbiq” mövzusunda master classdan videoicmal
💻 Odlar Yurdu Universitetində keçirilən “Rəqəmsal ekspertiza: yanaşmalar və tətbiq” mövzusunda master class tələbələrin böyük marağı ilə qarşılanıb.
👩💼 Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin eksperti Səbinə Tağıyevanın təqdimatı zamanı rəqəmsal sübutların araşdırılması, kibertəhlükəsizlik sahəsində tətbiq olunan müasir metodlar və rəqəmsal analiz alətləri barədə ətraflı məlumat verilib.
📌 Tədbirdə iştirakçılar “Chain of Custody”, “Integrity”, “Reproducibility”, “Timeline Analysis”, “Plaso” və “Timesketch” kimi anlayış və alətlərlə yaxından tanış olublar.
🎬 Master class-dan hazırlanmış videoicmalı təqdim edirik.
Ətraflı: oyu.edu.az
18/05/2026
🎥 OYU-da elmi-metodik seminarın videoicmalı
🎓 15 may 2026-cı il tarixində Odlar Yurdu Universitetində İqtisadiyyat və iqtisadi münasibətlər kafedrasının müəllimi Rəhimə Şamilovanın təqdimatında “Роль HR политики компаний в снижении уровня безработицы среди молодёжи в Азербайджанской Республике” mövzusunda elmi-metodik seminar keçirilib.
📍 Seminarda gənclər arasında işsizliyin azaldılması istiqamətində HR siyasətinin əhəmiyyəti, əmək bazarının müasir çağırışları və insan resurslarının idarə olunmasının aktual məsələləri ətrafında geniş fikir mübadiləsi aparılıb.
📚 Tədbir iştirakçıları mövzu ilə bağlı təqdimatları dinləyib, müzakirələrdə aktiv iştirak edərək öz fikir və təkliflərini bölüşüblər.
🎬 Seminarın videoicmalını təqdim edirik.
18/05/2026
📚 Odlar Yurdu Universitetinin “Elmi və Pedaqoji xəbərləri” jurnalının 69-cu nömrəsi üçün məqalə qəbulu başlayıb!
🎓 Elmi fəaliyyətlə məşğul olan tədqiqatçılar, alimlər, müəllimlər və gənc araşdırmaçılar məqalələrini jurnalın növbəti buraxılışı üçün təqdim edə bilərlər.
📌 “Elmi və Pedaqoji xəbərləri” jurnalı 1998-ci ildən nəşr olunur və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən rəsmi qeydiyyata alınıb.
🗓 Jurnalın çap müddəti barədə əlavə məlumat daha sonra elan olunacaq.
🎥 OYU-da doktorantların attestasiyası uğurla keçirilib
📍 Odlar Yurdu Universitetinin “İqtisadiyyat və iqtisadi münasibətlər” kafedrasında təşkil olunan doktorantların növbəti attestasiyasından görüntüləri təqdim edirik.
📚 Attestasiya zamanı doktorantların elmi-tədqiqat fəaliyyəti, fərdi iş planları, elmi məqalələri və dissertasiya işlərinin icra vəziyyəti müzakirə olunaraq qiymətləndirilib.
👨🏫 Professor Elşad Məmmədovun sədrliyi ilə keçirilən tədbirdə Strateji inkişaf və karyera departamentinin rəhbəri Aslan Əzimzadə və dosent Natiq Qarayev iştirak ediblər.
🎯 Tədbirin əsas məqsədi elmi fəaliyyətin inkişafına dəstək olmaq, doktorantların tədqiqat istiqamətlərini müasir iqtisadi çağırışlara uyğun təkmilləşdirmək və növbəti mərhələlər üzrə tövsiyələr vermək olub.
✨ OYU-da elmin və tədqiqatın inkişafı istiqamətində fəaliyyətlər davam edir.
18/05/2026
🏆 Odlar Yurdu Universiteti tələbəsinin böyük uğuru!
🎓 Odlar Yurdu Universitetinin İnformasiya texnologiyaları və sistemləri ixtisasının 912İİS qrup tələbəsi Məmmədov Elcan Azər oğlu Bakı Metropoliteni tərəfindən təşkil olunan “Baku Metropoliten Hackathon” müsabiqəsində uğur qazanıb.
📌 Müsabiqəyə daxil olan 1201 müraciət arasından seçilən 84 iştirakçı sırasında yer alan tələbəmiz yarışmanı uğurla başa vuraraq🥉 “Sahil” komandası ilə III yerə layiq görülüb.
🏅 Yarışın nəticələrinə əsasən:
🥇 “Xətai” komandası – 5 000 AZN
🥈 “Gənclik” komandası – 3 000 AZN
🥉 “Sahil” komandası – 1 000 AZN mükafata layiq görülüb.
👏 Tələbəmizi bu uğur münasibətilə təbrik edir, gələcək fəaliyyətində yeni nailiyyətlər arzulayırıq!
🎥 “GREENCODE – 2050” simulyasiyasından ən yaddaqalan anları sizə təqdim edirik!
🏛️ 🏛️ Odlar Yurdu Universitetinin Təbiət və Texnologiyalar fakültəsi və Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş “GREENCODE – 2050” simulyasiyası uğurla baş tutub.
💡 Bir-birindən fərqli ideyalar, innovativ təqdimatlar və gələcəyin şəhər modelləri ilə iştirakçılar həm analitik düşüncə, həm də komanda ruhunu nümayiş etdirdilər.
👥 EcoLine, EcoRise, Caspian, Su damlası, Green Skyscraper, Flora, Yaşıl harmoniya və Go Green komandalarının çıxışları tədbirə xüsusi rəng qatdı.
🌱 Gələcəyi dəyişən ideyalar bu gün burada başladı!
16/05/2026
💻 OYU-da “Rəqəmsal ekspertiza: yanaşmalar və tətbiq” mövzusunda master class keçirilib
🎓 Odlar Yurdu Universitetində tələbələrin kibertəhlükəsizlik və rəqəmsal araşdırmalar sahəsində bilik və bacarıqlarının artırılması məqsədilə “Rəqəmsal ekspertiza: yanaşmalar və tətbiq” mövzusunda master class təşkil olunub.
👩💼 Tədbirdə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin eksperti Səbinə Tağıyeva rəqəmsal ekspertiza sahəsində müasir yanaşmalar, tətbiq mexanizmləri və texniki araşdırma prosesləri barədə təqdimatla çıxış edib.
📌 Master class zamanı rəqəmsal sübut anlayışı, sübutların bütövlüyünün qorunması (Integrity), təkrarolunma prinsipi (Reproducibility), eləcə də “Chain of Custody” anlayışı iştirakçılara izah olunub. Həmçinin “Timeline Analysis”, “Plaso” və “Timesketch” kimi müasir rəqəmsal analiz alətlərinin tətbiqi barədə ətraflı məlumat verilib.