Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollec

  • Home
  • Azerbaijan
  • Baku
  • Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollec

Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollec Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollec, College & University, Xırdalan, 28-ci məhəllə, Baku.

Avqustun 12-dən 16-dək Mingəçevir şəhərində Gənclər və İdman Nazirliyinin dəstəyi, “Vikimedia Azərbaycan” istifadəçi qru...
20/08/2026

Avqustun 12-dən 16-dək Mingəçevir şəhərində Gənclər və İdman Nazirliyinin dəstəyi, “Vikimedia Azərbaycan” istifadəçi qrupunun təşkilatçılığı ilə vikipediyanın 25 illik yubileyinə həsr olunmuş “Viki şəhər” layihəsi çərçivəsində “Viki Mingəçeviri sevir” beynəlxalq düşərgəsi keçirilib.
Dörd gün davam edən düşərgədə Azərbaycanla yanaşı, Türkiyə, Özbəkistan, Qazaxıstan və Qırğızıstandan təcrübəli vikipediyaçılar iştirak ediblər.
Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecin “Ailə və ev təhsili” ixtisası, TAE 25 A qrup tələbəsi Cəfərli Leyla da düşərgənin iştirakçısı olub.
Düşərgə çərçivəsində regional viki-icmaların təcrübəsi, təhsildə vikipediyanın tətbiqi, mənbələrlə iş və neytrallıq prinsipləri, eləcə də viki-layihələrdə süni intellekt və qadcetlərdən istifadə kimi aktual mövzularda təlim və təqdimatlar keçirilib. Editatonlar (yazı marafonları) zamanı Azərbaycan gəncləri, idmanı və Mingəçevir mövzularında 512 yeni məqalə yaradılıb və 4000-dən çox redaktə edilib.
Asudə vaxtın səmərəli təşkili məqsədilə iştirakçılar kanoe və avarçəkmə bazası ilə tanış olub, kanoelərdən praktiki istifadə imkanlarından yararlanıblar. Həmçinin iştirakçılar arasında “Nə? Harada? Nə zaman?” və “Breyn Rinq” intellektual yarışları təşkil olunub.

01/08/2026
1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə maarifləndirici tədbir keçirilib.31 iyul 2026-cı il ...
31/07/2026

1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə maarifləndirici tədbir keçirilib.

31 iyul 2026-cı il tarixində Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecində 1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə tədbir keçirilib. Tədbirdə Azərbaycan dilinin dövlət dili kimi əhəmiyyəti, milli-mənəvi dəyərlərimizin qorunmasında rolu və latın qrafikalı Azərbaycan əlifbasının tətbiqinin tarixi əhəmiyyəti barədə çıxışlar edilib. Eyni zamanda Azərbaycan dilinin xalqımızın milli kimliyinin, mədəni irsinin və dövlətçiliyinin əsas atributlarından biri olduğu vurğulanıb, hər bir vətəndaşın ana dilini qorumaq, zənginləşdirmək və gələcək nəsillərə ötürmək məsuliyyəti daşıdığını bildirilib.

Dilimiz milli kimliyimiz, əlifbamız isə müstəqilliyimizin rəmzidir! 🇦🇿

22/07/2026

Bakı “Dünyanın ən yaxşı tələbə şəhərləri” reytinqində ilk 100-lüyə daxil olub

Dünyanın nüfuzlu reytinq təşkilatlarından olan Quacquarelli Symonds (QS) tərəfindən 2026-cı il üzrə “Best Student Cities” (Dünyanın ən yaxşı tələbə şəhərləri) reytinqi açıqlanıb. Dünyanın müxtəlif ölkələrindən 150 şəhərin qiymətləndirildiyi reytinqdə Bakı ötən illə müqayisədə 22 pillə irəliləyərək 95-ci yerdə qərarlaşıb.

Bakı bu mövqeni Böyük Britaniyanın Aberdin, Çinin Quançjou və Cənubi Afrika Respublikasının Yohannesburq şəhərləri ilə bölüşür.

Reytinq nəticələrinə əsasən, Bakı Cənubi Qafqaz regionunda ən yüksək nəticə göstərərək regionun lider tələbə şəhəri olub. Eyni zamanda, şəhər Mərkəzi Asiyanın bir sıra aparıcı şəhərlərini də geridə qoyub. Belə ki, reytinqdə Astana 119-cu, Bişkek 137-ci, Daşkənd isə 146-cı mövqedə yer alır.

QS-in “Best Student Cities” reytinqi şəhərləri ali təhsil və tələbə həyatı üçün əlverişlilik baxımından kompleks şəkildə qiymətləndirir. Qiymətləndirmə zamanı şəhərdə fəaliyyət göstərən universitetlərin QS Dünya Universitetləri Reytinqindəki göstəriciləri, məzunların məşğulluq imkanları, təhlükəsizlik və yaşayış mühiti, təhsil və yaşayış xərclərinin əlverişliliyi, beynəlxalq tələbələrin sayı və müxtəlifliyi, eləcə də həmin şəhərdə təhsil almış tələbələrin rəyləri nəzərə alınır.

Tələbələrimizin istehsalat təcrübəsi uğurla yekunlaşıbXırdalan Bələdiyyəsində istehsalat təcrübəsi keçən “ Mühasibat uço...
13/07/2026

Tələbələrimizin istehsalat təcrübəsi uğurla yekunlaşıb

Xırdalan Bələdiyyəsində istehsalat təcrübəsi keçən “ Mühasibat uçotu” ixtisası, 019 R qrup tələbələrimizin təcrübə proqramı uğurla başa çatıb.

İstehsalat təcrübə müəllimi Könül Abdullayevanın rəhbərliyi ilə tələbələr təcrübə müddətində müvafiq istiqamətlər üzrə praktiki bilik və bacarıqlar əldə ediblər.

Təcrübə proqramını uğurla başa vuran tələbələr Xırdalan Bələdiyyəsinin sədri Anar Abbasov tərəfindən sertifikatlarla təltif olunublar.

Tələbələrimizin peşəkar inkişafına göstərilən diqqət və dəstəyə görə Xırdalan Bələdiyyəsinin rəhbərliyinə təşəkkürümüzü bildirir, tələbələrimizə gələcək fəaliyyətlərində yeni nailiyyətlər və uğurlar arzulayırıq.

10 iyul 2026-cı il tarixində Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar  Kollecində 2025/2026-cı ili...
10/07/2026

10 iyul 2026-cı il tarixində Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecində 2025/2026-cı ilin yekunlarına həsr olunmuş Pedaqoji Şuranın son iclası keçirildi.

Kollecin direktoru Hicran Əyyubova Şura üzvlərini gündəlikdə duran məsələlərlə tanış etdi.
Kollecin tədris işləri üzrə direktor müavini Gülnar Kərimova 2025/2026-cı tədris ilinin yaz imtahan sessiyasının və yekun təcrübə hesabatlarının nəticələri ilə bağlı geniş hesabatını təqdim etdi.
Daha sonra 2026/2027-ci tədris ili üçün tədris planlarının hazırlanması və dərs yükünün bölünməsi ilə bağlı müzakirələr aparıldı, təkliflər dinlənildi və səsə qoyuldu.
Kollecin direktoru Hicran Əyyubova yeni dərs ilində qarşıda duran vəzifələr, prioritet istiqamətlər haqqında danışdı, aidiyyətli şəxslərə tapşırıqlarını verdi.
İclasın sonunda Hicran Əyyubova pedaqoji kollektivə təşəkkür etdi, xoş arzularını və növbəti tədris ilində daha yüksək nəticələrin əldə olunacağına əminliyini ifadə etdi.

Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecinin əməkdaşları növbəti akademik nailiyyətə imza a...
09/07/2026

Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecinin əməkdaşları növbəti akademik nailiyyətə imza atıblar.

Kollecin əməkdaşı Kamil Məmmədli ADA Universitetinin magistratura pilləsi üzrə “Təhsilin idarəedilməsi”, Samirə Nuriyeva isə “Təlim və tədrisin təşkili metodikası” ixtisasına qəbul olunublar.
Əməkdaşlarımızı bu əlamətdar nailiyyət münasibətilə səmimi qəlbdən təbrik edir, onlara magistratura təhsillərində yeni uğurlar, yüksək akademik nailiyyətlər və gələcək peşə fəaliyyətlərində davamlı müvəffəqiyyətlər arzulayırıq!

Address

Xırdalan, 28-ci Məhəllə
Baku

Alerts

Be the first to know and let us send you an email when Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollec posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share