333 nömrəli Tam Orta Ümumtəhsil Məktəbi

333 nömrəli Tam Orta Ümumtəhsil Məktəbi

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from 333 nömrəli Tam Orta Ümumtəhsil Məktəbi, Public School, Bakı şəhəri üzrə Təhsil İdarəsi, Baku.

Photos from 333 nömrəli Tam Orta Ümumtəhsil Məktəbi's post 05/06/2026

Şagird , məktəb , müəllim üçbucağının əsasında bilik, zəhmət və əzmkarlıq dayanır. 2025-26 -cı tədris ilində çəkilən zəhmət və əzmkarlıqla ötürülən bilik səviyyəsini yoxlamaq üçün 2–5 iyun tarixlərində məktəbimizdə bütün siniflər üzrə Böyük Summativ Qiymətləndirmə (BSQ) təşkil olunmuşdur. Qiymətləndirmə Azərbaycan Respublikasının təhsil standartlarına uyğun olaraq yüksək təşkilatçılıq səviyyəsində, şəffaf və obyektiv prinsiplər əsasında həyata keçirilmişdir. Verilən tapşırıqlar dəqiq meyarlar əsasında şagirdlərin tədris ilinin sonunda əldə etməli olduğu nəticələrin səviyyəsini ölçməyə yönəlmişdir.
Şagirdlərin tədris ili ərzində əldə etdiyi bilik, bacarıq və səriştələr qiymətləndirilmiş, onların inkişaf dinamikası müəyyən edilmişdir.
Əminik ki , bu qiymətləndirmə nəticələri şagirdlərimizin gələcək uğurlarına stimul verəcək, onların daha yüksək nailiyyətlər qazanmasına töhfə olacaqdır. İrəlidə olacaq bütün sınaqlarda şagirdlərimizə uğurlar, qiymətləndirmə prosesinin təşkilində əməyi olan müəllimlərimizə və məktəb kollektivinə isə təşəkkür edirik.

Photos from 333 nömrəli Tam Orta Ümumtəhsil Məktəbi's post 04/06/2026

📚 4 iyun 2026-cı il tarixində məktəbimizdə VI, IX və XI siniflərdə Böyük Summativ Qiymətləndirmə keçirilib.

Qiymətləndirmə prosesi təlimatlara uyğun şəkildə təşkil olunmuş, şagirdlər bilik və bacarıqlarını nümayiş etdirmək imkanı qazanmışlar.

Bütün şagirdlərimizə uğurlar arzulayır, yüksək nəticələr əldə etmələrini diləyirik!

📖🎓

Photos from 333 nömrəli Tam Orta Ümumtəhsil Məktəbi's post 04/06/2026

Məktəbimizdə nümunəvi davranışı, dərsə davamiyyəti, ictimai fəallığı və təlim nailiyyətləri ilə fərqlənən şagirdlərə “Yaşıl Kart”lar təqdim olunmuşdur.

“Yaşıl Kart” layihəsinin məqsədi şagirdləri daha məsuliyyətli, intizamlı və fəal olmağa həvəsləndirmək, onların əldə etdikləri uğurları dəyərləndirməkdir. Təltif olunan şagirdləri təbrik edir, onlara gələcək fəaliyyətlərində yeni uğurlar arzulayırıq.

04/06/2026

Photos from 333 nömrəli Tam Orta Ümumtəhsil Məktəbi's post 04/06/2026

4 iyun 2026-cı il tarixində məktəbin dərsdənkənar və sinifdənxaric işlər üzrə təşkilatçısı Xəzangül Möhsümova tərəfindən “Şəhərsalma və Memarlıq İli” çərçivəsində məktəb şagirdlərinin əl işlərindən ibarət təşkil olunmuş sərgidə 7A sinif şagirdləri ilə maarifləndirici söhbət aparılmışdır.

Söhbət zamanı şagirdlərə şəhərsalma və memarlığın əhəmiyyəti, bu sahələrin ölkənin inkişafındakı rolu, eləcə də memarlıq irsimizin qorunmasının vacibliyi barədə məlumat verilmişdir. Şagirdlər sərgi ilə yaxından tanış olmuş, nümayiş etdirilən əl işlərinə maraq göstərərək öz fikir və təəssüratlarını bölüşmüşlər.

Photos from 333 nömrəli Tam Orta Ümumtəhsil Məktəbi's post 03/06/2026

2 iyun ve 3 iyun tarixlərində məktəbimizdə IV, IX və XI sinif şagirdləri üçün Böyük Summativ Qiymətləndirmə (BSQ) təşkil olunub. Qiymətləndirmə prosesi mövcud qaydalara uyğun, şəffaf və obyektiv şəkildə həyata keçirilib.

Böyük Summativ Qiymətləndirmənin keçirilməsində əsas məqsəd şagirdlərin tədris ili ərzində əldə etdikləri bilik, bacarıq və səriştələrin qiymətləndirilməsi, onların nailiyyət səviyyəsinin müəyyən edilməsidir.

Şagirdlərimizə göstərdikləri məsuliyyət və əzmkarlığa görə təşəkkür edir, hər birinə uğurlar arzulayırıq!

03/06/2026

Photos from 333 nömrəli Tam Orta Ümumtəhsil Məktəbi's post 02/06/2026

“Milli mənəvi dəyərlərimiz və tarixin izi ilə” adlı ekskursiya təşkil olundu

2 iyun 2026-cı il tarixində məktəbin 6B sinif şagirdləri sinif rəhbəri Zülfiyyə Şükürova və məktəbdə sinifdənxaric və dərsdənkənar işlər üzrə təşkilatçı Xəzəngül Möhsümovanın rəhbərliyi ilə “Milli mənəvi dəyərlərimiz və tarixin izi ilə” adlı ekskursiyada iştirak etdilər.

Ekskursiya çərçivəsində şagirdlər Milli Azərbaycan Tarixi Muzeyi və Hacı Zeynalabdin Tağıyevin Ev Muzeyi ilə yaxından tanış oldular. Muzeylərdə nümayiş olunan eksponatlar, tarixi sənədlər və qiymətli irs nümunələri şagirdlərdə Azərbaycan tarixinin zənginliyi, milli-mənəvi dəyərlərimizin qorunması və gələcək nəsillərə ötürülməsinin əhəmiyyəti barədə geniş təsəvvür yaratdı.

Şagirdlər ekskursiya zamanı ölkəmizin tarixi keçmişi, görkəmli şəxsiyyətləri və mədəni irsi haqqında maraqlı məlumatlar əldə edərək həm biliklərini artırdılar, həm də vətənpərvərlik ruhunda maarifləndirildilər.

Photos from 333 nömrəli Tam Orta Ümumtəhsil Məktəbi's post 02/06/2026

04.05.2026-cı il tarixində məktəbdə Təhsildə şəffaflıq və korrupsiyadan uzaq mühit adlı maarifləndirici görüş keçirilmişdir.

Görüş məktəbin dərsdənkənar və sinifdənxaric işlər üzrə təşkilatçısı Möhsümova Xəzangül və məktəb psixoloqunun iştirakı ilə təşkil olunmuşdur. Şagirdlərlə aparılan söhbət zamanı korrupsiyanın mənfi təsirləri, ona qarşı mübarizənin vacibliyi, dürüstlük və məsuliyyət kimi mənəvi dəyərlərin cəmiyyətdə rolu barədə məlumat verilmişdir.

Şagirdlər mövzu ətrafında fikir mübadiləsi aparmış, onları maraqlandıran suallar cavablandırılmışdır. Bu cür maarifləndirici tədbirlər gənc nəslin sağlam və məsuliyyətli vətəndaş kimi formalaşmasına mühüm töhfə verir.

Photos from 333 nömrəli Tam Orta Ümumtəhsil Məktəbi's post 02/06/2026

25.05.2026-cı il tarixində məktəbin dərsdənkənar və sinifdənxaric işlər üzrə təşkilatçısı Möhsümova Xəzangül və məktəb psixoloqu tərəfindən şagirdlərlə “Korrupsiyaya qarşı mübarizədə içtimai nəzarətin əhəmiyyəti” mövzusunda maarifləndirici söhbət aparılmışdır.

Görüş zamanı korrupsiyanın cəmiyyətə vurduğu zərərlər, dürüstlük, şəffaflıq və ədalət prinsiplərinin əhəmiyyəti barədə ətraflı məlumat verilmiş, şagirdlərin mövzu ilə bağlı fikirləri dinlənilmişdir.

Maarifləndirici tədbirin keçirilməsində əsas məqsəd şagirdlərdə korrupsiyaya qarşı mənfi münasibətin formalaşdırılması, vətəndaş məsuliyyətinin artırılması və sağlam dəyərlərin aşılanması olmuşdur.

Want your school to be the top-listed School/college in Baku?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address

Bakı şəhəri üzrə Təhsil İdarəsi
Baku