Bakı İlahiyyat Kolleci

Bakı İlahiyyat Kolleci Bakı İlahiyyat Kolleci publik hüquqi şəxs Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2023-cü il 8 dekabr tarixli 444 nömrəli Qərarı ilə yaradılıb.

Azərbaycanda müxtəlif dinlərin nümayəndələri arasında əsrlər boyu formalaşmış birgəyaşayış və qarşılıqlı hörmət mühitini...
20/08/2026

Azərbaycanda müxtəlif dinlərin nümayəndələri arasında əsrlər boyu formalaşmış birgəyaşayış və qarşılıqlı hörmət mühitini, tolerantlıq ənənələrini əks etdirən “Harmoniya” qısametrajlı sənədli filmi beynəlxalq festivallarda və kino platformalarında uğurla təqdim olunur.
Belə ki, film 29-cu “Religion Today” Film Festivalının rəsmi seçiminə daxil edilib. “Harmoniya”nın Avropa premyerası 20 sentyabr 2026-cı ildə İtaliyanın Trento şəhərində keçiriləcək.
Qeyd edək ki, “Harmoniya” sənədli filmi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Mənəvi Dəyərlərin Təbliği Fondu və Bakı Media Mərkəzinin birgə layihəsidir.

Ətraflı: https://scara.gov.az/az/xeber/media/xeberler/harmoniya-senedli-filmi-beynelxalq-festivallarda-numayis-olunacaq

Ümumi (9 illik) orta təhsil bazasında Kolleclərə qəbul olan abituriyentlərin nəzərinə!Ümumi (9 illik) orta təhsil bazası...
19/08/2026

Ümumi (9 illik) orta təhsil bazasında Kolleclərə qəbul olan abituriyentlərin nəzərinə!
Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsil müəssisələrinə qəbul olunan şəxslərin qeydiyyat prosesinə başlanılır.
Qəbul olunanlar orta ixtisas təhsili müəssisələri üzrə qeydiyyatlarını yalnız my.gov.az portalı üzərindən həyata keçirirlər. Qeydiyyat 19 avqust saat 15:00-dan 31 avqust saat 18:00-dək davam edəcək.
Qəbul olunan şəxslər qeydiyyat üçün əvvəlcə mygov ID (vahid giriş sistemi) vasitəsilə my.gov.az portalındakı şəxsi kabinetlərinə daxil olmalıdırlar. Daha sonra portalın “Xidmətlər” bölməsinin “Qurumlar” kateqoriyasından Elm və Təhsil Nazirliyini seçməli və burada təqdim olunan “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalanların qeydiyyatı” xidmətinə keçid etməlidirlər.
Müraciət edəcək şəxslərdən aşağıdakı məlumatları nəzərə almaları xahiş olunur:
Tələbə qəbulu üçün qeydiyyat yalnız my.gov.az platforması vasitəsilə aparılır;
Şəkilsiz köhnə nəsil şəxsiyyət vəsiqəsi olan şəxslər my.gov.az-da qeydiyyatdan keçmək üçün şəxsiyyət vəsiqəsini yeniləməlidirlər;
15 yaşına çatmamış vətəndaşlar my.gov.az-da şəxsi kabinetlərini "SİMA Rəqəmsal İmza" ilə açmalıdırlar.

17/08/2026

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən həyata keçirilən “Hər məsciddə kitabxana” layihəsi respublikamızın cənub və aran bölgələrini əhatə edən rayon və şəhərlərdə davam etdirilib.
Bu mərhələdə Lənkəran, Astara, Lerik, Salyan, Cəlilabad, Masallı, Yardımlı, Hacıqabul, Sabirabad, Saatlı, İmişli, Biləsuvar və Neftçala rayonlarının bir sıra məscidlərinə kitablar təqdim olunub.

Ətraflı: https://scara.gov.az/az/xeber/media/xeberler/her-mescidde-kitabxana-layihesi-davam-etdirilir-1



‼️Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün avqustun 3-dən avqustun 9-n...
14/08/2026

‼️Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün avqustun 3-dən avqustun 9-na qədər aparılmış ixtisas seçimində iştirak etmiş abituriyentlərin nəzərinə!

🔖Dövlət İmtahan Mərkəzi ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün keçirilmiş müsabiqənin nəticələrini elan edib.

🔹Abituriyentlər müsabiqə nəticələri ilə buradan https://eservices.dim.gov.az/2026/nettex9mus1/ tanış ola bilərlər.

🔹Abituriyentlər müsabiqənin nəticələri haqqında məlumatı, mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

13/08/2026

"Amin" proqramının 13 avqust tarixində yayımlanacaq buraxılışında "İmam olmaq məsuliyyəti" mövzusunda müzakirələr aparılacaq. Proqramın qonağı Sumqayıt şəhəri "Ceyhun xanım və Hacı Əhməd" məscidinin imamı Ziyad Hüseynov mövzu ilə əlaqədar fikirlərini bölüşəcək.

13/08/2026

"İman" proqramının növbəti buraxılışı "İslamın yayılma səbəbləri" mövzusuna həsr olunub.
Proqramın qonağı Azərbaycan İlahiyyat İnstitutunun müəllimi, tarix üzrə fəlsəfə doktoru, dosent Rəşad Mustafadır.
Buraxılışı 13 avqust saat 19:30-da APA TV-nin efirində və "YouTube" kanalında izləyə bilərsiniz.

12/08/2026

Avqustun 5-6-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Mənəvi Dəyərlərin Təbliği Fondu və Azərbaycan İlahiyyat İnstitutunun birgə təşkilatçılığı ilə Lənkəranda keçirilən “Peşəkar dini fəaliyyət: müasir çağırışlar kontekstində” mövzusundakı seminar-treninqdən



Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi İslam dininə aid ibadət yerlərində və ziyarətgahlarda...
12/08/2026

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi İslam dininə aid ibadət yerlərində və ziyarətgahlarda imam, imam müavini, dini ayinlərin icraçısı – müəzzin vəzifələri üzrə vakant vəzifələrin tutulması üçün müsahibə elan edir.
Müsahibədə iştirak etmək istəyən namizədlər 13 avqust 2026-cı il saat 9:00-dan 11 sentyabr 2026-cı il saat 18:00-dək aşağıdakı sənədləri elektron qaydada [email protected] ünvanına və ya AMIN informasiya sistemi (amin.gov.az) vasitəsilə, yaxud kağız daşıyıcıda birbaşa Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə (Bakı şəhəri, Səbail rayonu, Əhməd Cavad küçəsi, 16. AZ 1001) təqdim edə bilərlər.

Ətraflı: https://scara.gov.az/az/xeber/media/xeberler/islam-dinine-aid-ibadet-yerlerinde-vakant-vezifelerin-tutulmasi-ucun-musahibe-elan-edilir-1

Address

Məhəmməd Naxçıvani 29
Baku

Telephone

+994124367766

Website

Alerts

Be the first to know and let us send you an email when Bakı İlahiyyat Kolleci posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Bakı İlahiyyat Kolleci:

Shortcuts

Share