15/01/2025
Yanvarın 15-də məktəb rəhbərliyi tərəfindən 4 b sinfində monitorinq təşkil olundu. Monitorinq Azərbaycan dili və riyaziyyat fənləri üzrə aparıldı.
Şagird nailiyyətlərinin yaxşılaşdırılması, IV sinfin sonunda şagirdlərdə müvafiq standartlar üzrə bilik və bacarıqların hansı səviyyədə formalaşdığının müəyyən edilməsi və ibtidai təhsil səviyyəsində keyfiyyətin artırılması istiqamətində tədbirlərin görülməsi monitorinqin əsas məqsədlərindəndir.
24/02/2022
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin F-63 nömrəli “Xocalı soyqırımının otuzuncu ildönümü” əmrinə əsasən hazırlanmış tədbirlər planının “Xocalı soyqırımı ilə bağlı tədbirlərin keçirilməsi, xocalıların müvəqqəti məskunlaşdıqları şəhər və rayonlarda soyqırım şahidləri, həlak olmuş şəxslərin ailə üzvləri ilə görüşlərin təşkil edilməsi” bəndinə əsasən online “Xocalı-əbədi sağalmaz yara” adlı onlayn tədbir keçirilmişdir. Həmin tədbirdə 209 nömrəli tam orta məktəbin direktoru Səbahət Ağayeva da iştirak etmişdir
https://m.facebook.com/story.php?story_fbid=261681819460376&id=100068556804390
23/02/2022
Şagirdlərin idmana olan marağının artırılması, sağlam həyat tərzinin təbliği məqsədilə “5 mart - Bədən Tərbiyəsi və İdman Günü” ərəfəsində məktəbdə tədbirlər planı işlənib hazırlanmışdır. Bu məqsədlə fevralın 23-də məktəbdə rəsm müsabiqəsi keçirildi. Müsabiqədə yer tutan şagirdlərə məktəb rəhbərliyi tərəfindən diplomlar təqdim olunacaq.
23/02/2022
Fevralın 23-də məktəbdə Ana dili və ədəbiyyat aylığı çərçivəsində Tədbirlər Planına uyğun olaraq, lV sinif şagirdləri arasında bilik yarışlarında keçirildi. Bilik yarışı Ana dili, məntiq, riyaziyyat, həyat bilgisi fənlərini əhatə edirdi. Yarışda şagirdlər yüksək bilik və bacarıq nümayiş etdirdilər. Fasilələrdə şagirdlər musiqi nömrələri ilə çıxışlar edirdilər. Yarışın nəticələrinə əsasən 4 a sinfinin "Qələbə" komandası qalib gəldi. Belə yarışlar şagirdlər arasında ruh yüksəkliyi, öz aralarında yaxşı mənada rəqabət hissi, daha yaxşı oxumağa həvəs yaradır. Eyni zamanda şagirdlərin müxtəlif sahələr üzrə istedad və qabiliyyətlərinin, dünyagörüşünün, intelektual səviyyəsinin üzə çıxarılması baxımından belə yarışların böyük əhəmiyyəti vardır.
23/02/2022
Fevralın 23-də məktəbdə Ana dili və ədəbiyyat aylığı çərçivəsində Tədbirlər Planına uyğun olaraq, V-XI sinif şagirdləri arasında şeir müsabiqəsi keçirildi. Şagirdlər müsabiqədə ana dilinə həsr olunmuş şeirlər söylədilər. Müsabiqədə şairlərin müxtəlif şeirləri səsləndi, ən gözəl şeir deyən şagirdlər münsiflər heyəti tərəfindən I, II, III yerlərə layiq görüldülər.
22/02/2022
Fevralın 22-də məktəbin XI sinif şagirdləri üçün valideyn iclası keçirildi. İclası giriş sözü ilə açan məktəbin direktoru Səbahət Ağayeva XI siniflər üçün mart ayında keçiriləcək buraxılış imtahanının 1-ci mərhələsi haqqında valideynlərə məlumat verib, şagirdlərdə imtahan həyəcanının yaranmaması üçün bir sıra tövsiyələr verdi. XI siniflərdə davamiyyətin maksimum təmin olunması üçün valideynləri xəbərdar etdi. İclasda valideyn-məktəb münasibətlərindən, şagirdlərin nizam-intizamından, təhsillərinə və sair kimi xüsusiyyətlərinə müəllim və valideynin birgə nəzarətindən danışıldı. İclas çərçivəsində valideynləri maraqlandıran suallar cavablandırılıb, fikir mübadiləsi aparıldı.
22/02/2022
Fevralın 22-də Xocalı faciəsinin 30-cu il dönümü ilə əlaqədar olaraq, məktəbin tarix müəllimi Aytac Heydərovanın rəhbərliyi ilə “Xocalı soyqırımı" mövzusunda “dəyirmi masa" keçirildi. Dəyirmi masada çıxış edən tarix müəllimi Aytac Heydərova Xocalı soyqırımının beynəlxalq ictimaiyyətdə tanınması istiqamətində dövlət səviyyəsində həyata keçirilən tədbirlərdən, görülən işlərdən danışdı. Dəyirmi masa ətrafında Xocalı faciəsindən xalqımızın başına gətirilən müsibətlərdən danışıldı cə Xocalı qurbanları yad edildi.
22/02/2022
Fevralın 22-də məktəbdə XI siniflər üçün təşkil olunmuş azərbaycan dili, riyaziyyat, ingilis dili fənnləri üzrə monitorinq qiymətləndirmə keçirildi.
22/02/2022
Xocalı faciəsinin 30-cu il dönümü ilə əlaqədar olaraq, İstiqlal Muzeyi əməkdaşlarının şagirdlər ilə görüşü keçirildi. İstiqlal Muzeyinin əməkdaşları çıxış edərək Xocalı soyqırımının bəşər tarixinin ən qanlı səhifələrindən olduğunu bildirdilər. Qeyd etdilər ki, 1992-ci il fevralın 26-na keçən gecə Ermənistan hərbi birləşmələri tərəfindən Xocalıda dinc əhaliyə qarşı törətdiyi soyqırımı erməni millətçilərinin insanlığın düşməni olduğunu ortaya qoydu. Bu kütləvi qırğında yüzlərlə soydaşımız xüsusi qəddarlıqla qətlə yetirilib, yandırılıb və girov götürülərək ağır işgəncələrə məruz qalıb. Xalqımız bu soyqırımı aktını heç vaxt unutmayacaq.
22/02/2022
Novruz bayramının ilk çərşənbəsi su çərşənbəsidir. Bu çərşənbədə su və su mənbələri təzələnir, arxlar qaydaya salınır, su ilə bağlı müxtəlif tədbirlər keçirilir. 209 nömrəli tam orta məktəbdə Novruz bayramının ilk çərşənbəsi - su çərşənbəsi qeyd edildi. Məktəbin direktoru Səbahət Ağayevanın rəhbərliyi altında 9 a və 9 bsinif şagirdləri su çərşənbəsinə həsr olunmuş adət-ənənələr barədə çıxışlar etdilər. Sonda 9 a sinif şagirdləri Əliyeva Gülsüm və Məmmədov Məhəmməd mahnı ifa etdilər.
21/02/2022
Fevralın 21-də məktəbin ibtidai sinif müəllimi Kəmalə Əliyevanın rəhbərliyi ilə “Beynəlxalq Ana Dili Günü” mövzüsunda tədbir keçirildi. Tədbirdə məktəbin direktoru Səbahət Ağayeva çıxış edərək, fevralın 21-nin Beynəlxalq Ana Dili Günü kimi qeyd olunmasının tarixindən, bu günün əhəmiyyətindən danışıb, dilimizin keçdiyi inkişaf mərhələlərinə nəzər saldı. Bildirdi ki, ana dili xalqın varlığını təmin edən amillərdən biri, insanın, bütövlükdə millətin, xalqın mənəviyyat aynasıdır. Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir. Ana dilimiz xalqımızın, müstəqil Azərbaycanın ən böyük milli sərvətidir. Bu dil Azərbaycan xalqının fikrinin, düşüncəsinin, əqidə və məsləkinin, milli ruhunun ifadəsidir. Xalqımız əsrlər boyu böyük sınaqlardan, çətinliklərdən keçib, ancaq öz mənliyini, milliliyini, dilini itirməyib. Biz müstəqil dövlətin, azad xalqın nümayəndəsi kimi doğma dilimizlə, Azərbaycan dili ilə fəxr edirik. Daha sonra məktəblilər ana dilinə həsr olunan ədəbi-bədii kompozisiya nümayiş etdirib, dil haqqında şeirlər, hikmətli kəlamlar səsləndirdilər. Tədbirin sonunda rəhbərlik bu gözəl gün münasibəti ilə müəllim və şagird kollektivini təbrik edərək onlara öz təşəkkürünü bildirdi.
21/02/2022
21 fevral “Beynəlxalq Ana dili günü” münasibətilə məktəbin ibtidai sinif müəllimi Rəhilə Məlikovanın rəhbərliyi ilə məktəbimizdə tədbir keçirildi. Tədbirdə məktəbin 4 a sinif şagirdləri Ana dilinin gözəlliklərindən danışaraq dilimizə yad ifadələrin və sözlərin keçməsinin əleyhinə olduqlarından söz açdılar. Sonda məktəbin direktoru Səbahət Ağayeva çıxış edərək dilimizin tarixi haqqında məlumat verdi və qeyd etdi ki, Ana dilimizi qorumaq, inkişaf etdirmək hər birimizin borcudur. Tədbirin əsas məqsədi gənc nəsli dilimizi qorumağa, ona şərəflə xidmət etməyə çağırmaqda ibarətdir.