22/02/2025
Fəxr edirik ! Uğurlar arzu edirik!
📌 Elm və Təhsil Nazirliyinin strukturlarında əmək fəaliyyətinə başlayan 10 “Maarifçi”dən 2-si BDU məzunudur
ℹ️ Elm və Təhsil Nazirliyinin təşəbbüsü və Təhsilin İnkişafı Fondunun dəstəyi ilə icra olunan ikinci “Maarifçi” tələbə-məzun təcrübə proqramını başa vuraraq, nazirlik və tabe qurumların strukturlarında əmək fəaliyyətinə başlayan 10 nəfərdən 2-si Bakı Dövlət Universitetinin (BDU) məzunudur.
🔹️ Belə ki, BDU-nun Coğrafiya fakültəsinin “Davamlı inkişafın idarə edilməsi” ixtisası üzrə məzunu ✨️ Cavid Bağırov nazirliyin Strateji planlaşdırma və təhlil şöbəsində, həmin fakültənin SABAH qruplarının “Coğrafiya müəllimliyi” ixtisası üzrə məzunu ✨️ Nəzrin Manafova isə Təhsil İnstitutunun Təhsilverənlərin peşəkar inkişafı mərkəzinin Əlavə təhsil xidmətlərinin keyfiyyətinə nəzarət şöbəsində işlə təmin olunub.
🔸️ Elm və Təhsil Nazirliyində və qurumlarında təcrübə imkanları yaradan, 3 ay davam edən ikinci “Maarifçi” proqramını 35 nəfər müvəffəqiyyətlə bitirib. Onlardan 12-si BDU məzunudur. Proqramın təşkilində məqsəd elm və təhsil sahəsində insan resurslarının formalaşdırılması, praktiki fəaliyyətlə tələbə və məzunların sahəvi bilik, bacarıqlarının artırılması, onların təhsil sahəsində müasir yanaşmaları öyrənmələri, həmçinin təhsil islahatlarının həyata keçirilməsi prosesinə dəstək göstərməkdir.
▪️ Qeyd edək ki, ötən il keçirilən birinci “Maarifçi” tələbə-məzun təcrübə proqramını uğurla bitirən və Elm və Təhsil Nazirliyinin strukturlarında əmək fəaliyyətinə başlayan 9 “Maarifçi”dən 3-ü BDU məzunu olub.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
02/01/2025
Bu gün Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun doğum günüdür.
Allah rəhmət eləsin!
24/11/2024
Bu gün Geodeziya-Kartoqrafiya kafedrasının müdiri, eyni zamanda Coğrafiya Tələbə Elmi Cəmiyyətinin elmi rəhbəri Əfqan Talıbovun doğum günüdür.
Coğrafiya fakültəsi Tələbə Elmi Cəmiyyəti adından sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edirik!
Sizin uzun illər ərzində elmi-pedaqoji fəaliyyətiniz, fakültəmizin inkişafına, xüsusilə də Tələbə Elmi Cəmiyyətinə göstərdiyiniz əvəzsiz dəstək və rəhbərlik ali təhsilimizin keyfiyyətinin yüksəlməsinə böyük töhfə vermişdir. Biz tələbələrə hər zaman dəyərli bilik və təcrübənizlə yanaşaraq, elmə olan sevginizi aşılamağınız yüksək qiymətləndirilməkdədir. Sizə möhkəm cansağlığı, elmi nailiyyətlərinizin davamını və şəxsi həyatınızda daima uğurlar arzu edirik. Sizin zəhmətiniz və liderliyiniz tələbələr üçün daim örnək olaraq qalacaqdır.
21/11/2024
Bu gün Coğrafiya fakültəsinin Tələbə Elmi Cəmiyyətinin sədri Nəzirə Dursunovanın doğum günüdür. Nəzirə xanım, sizi Coğrafiya Tələbə Elmi Cəmiyyətinin bütün kollektivi adından doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edirik!
Sizin rəhbərliyiniz altında Coğrafiya TEC təkcə elmi fəaliyyətlərdə deyil, həm də tələbələrin inkişafına töhfə verən bir platforma kimi özünü təsdiq edib. Peşəkarlığınız, liderlik keyfiyyətləriniz və hər kəsə göstərdiyiniz diqqət və dəstək kollektivimizin hər üzvü üçün nümunədir.
Sizə möhkəm can sağlığı, ailə səadəti və fəaliyyətinizdə davamlı uğurlar arzulayırıq. Ümid edirik ki, qarşınıza çıxan bütün hədəfləri uğurla həyata keçirəcək və gələcəkdə də belə yüksək nailiyyətlərə imza atacaqsınız. Hər zaman olduğu kimi, sizinlə birlikdə daha böyük zirvələrə çatacağımıza inanırıq!